Qoç - axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək. Səhhətdə problemin yaranması istisna deyil. Uzunmüddətli səfər, idmanla çox məşğul olmaq məsləhət deyil. Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil.
Buğa - işlə bağlı istənilən məsələlərin müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da, emosiyaların əsiri olmayın. Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür. Hüquqi məsələləri həll etmək olar.
Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Səhvə yol vermək çox asandır. Hesabat hazırlamaq, maliyyə məsələlərini həll etmək, alış-verişdə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Müsbət təmayüllərin təsiri güclənir. İşlərdə qayda yaratmaq, əvvəl başlanmış layihələri başa vurmaq imkanı yaranır.
Xərçəng - işləri bir qədər azaldın. İfrat yorulmağa ehtiyac yoxdur. Axşam saatlarını evdən kənarda keçirin. Səfərdən imtina edin. Yaxınlarınızı sevindirin. Həssas və diqqətli olun.
Şir - müsbət təmayüllərin təsiri güclüdür, gün ümumən uğurludur. Lakin məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız. Bədxahlarınız irəliləyişinizə mane olmaq, yolunuzda sədlər yaratmaq üçün əllərindən gələni edirlər. Təmkinli, sakit olun. Situasiyanı dəqiq və səhih dəyərləndirin, necə addım atmağın gərəkdiyini müəyyənləşdirin.
Qız - təhsil və tədris üçün əlverişli gündür. Mühüm informasiya və yaxud məlumatın yadda saxlanması ilə bağlı problem yoxdur. Əldə etdiyiniz biliyi dərhal tətbiq edin. İmkanınız varsa, alış-veriş üçün əlverişli vaxtdır. Axşam saatlarında səhv etməyin.
Tərəzi - səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatlar yaymayın. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun
Əqrəb - yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını dəyərləndirmək asan deyil. Sevimli insanla həssas olun, diqqətli davranın. Onun sizin dəstəyinizə ehtiyacı var.
Oxatan - əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil. Qələbələr sizə kiçik, məğlubiyyət və ya uğursuzluq isə fəlakət təsiri bağışlayacaq. Əslində belə deyil. Bir qədər düşünün: heç də pis olmayan nəticələr əldə olunub, qiymətli təcrübəyə yiyələnibsiniz. Sənədlərlə çalışmaq, hesabatlar hazırlamaq məsləhət deyil. Fikriniz dağınıqdır, həmişəki günlərdən fərqli olaraq daha tez-tez səhvlərə yol verirsiniz.
Oğlaq - yaxşı dost məclisində və ya ailə üzvlərinizin yanında istirahətdən həzz alacaqsınız. Bir şərtlə ki, bütün təşkilati məsələləri əvvəlcədən həll edərək işi gümana bağlamayasınız. Səfər varsa, diqqətli olun. Axşam saatları kulinar eksperimentlər üçün yaxşı vaxtdır.
Dolça - işlə bağlı problemlərdən qurtulmaq mümkün deyil. Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın. Həmkarlar və tərəfdaşlardan biri yaxşı məsləhət verəcək. Fəqət hər şeyə rəğmən yalnız öz intuisiyanıza güvənin. Sayıq və məntiqli olun. Sövdələşmə və müqavilə, yeni layihə üçün əlverişli gün deyil. Bir dəfə sizi aldatmış insanlarla yenidən hansısa işə başlamayın.
Balıqlar - günün ilk yarısı qarışıq, təbəddülatlı və əndişəli vaxtdır. Kiçik problemlər, işdə anlaşılması mürəkkəb təxirəsalmalar yaşanır. Nə baş verdiyini araşdırın, qayda yaradın. Səyləriniz hədər getməsin. Maliyyə fonu uğurlu deyil. Bu gün imzalanan müqavilə, əldə edilən razılaşma, yatırılan sərmayə uğurlu olmayacaq. Alış-verişdə çox pul xərcləməyin
XƏBƏR LENTİ
Michael Grab
Təbii ağrıkəsici olan 5 qida
Ən güclü smartfonların reytinqi - SİYAHI
BÜRCLƏR bizə nə vəd edir?-5 Fevral
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
Hava haqqında - 09.11.2013
Rus dili - Цц
Ləkələrə qarşı ən sadə 5 resept
Prezidentin köməkçisi Ermənistanın saxta məlumatlar yaymasından danışdı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Borclarınız varkən evlənməyin
Məşhurlar film üçün məşqlərə başladılar
Həyatı sıfırlanmağın və təmizləməyin yolları
2-ci sinif üçün belə dərslik olarmı?
Azərbaycanda xanımların "arıqlamaq" səhvi
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
Rusiya Suriyadan qoşunlarını çıxarmaq qərarına gəlib
Qaşlı gəlin ayaqqabıları
Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?
Hadisələrə baxış tərzimiz
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
Alla Puqaçovadan nəvəsinə 60 milyonluq toy hədiyyəsi
Bayramda yolda qala bilərsiniz
Pişik balası bilib aldılar, puma çıxdı - FOTO
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Amaliya Pənahova ilə vida mərasimi sabah olacaq
Vaxtsız yaranan qırışların həlli üçün...
Rusiya öz “iPhone”unu buraxacaq
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
Sevgidən nifrətə bir addım
Alimlər insan ömrünün orta həddini açıqlayıblar
Mükəmməl qadının 5 xüsusiyyəti
Sevgi ruhu canlandırır
Azərbaycan Avro-3 standartlarının tətbiqinə başlayır
Rusiya Universitetinə qəbul başlayır
Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək
Uşaqların ürəyini yoxlatdırmaq mütləqdir
Məktəbli uşaqların kürək çantalarından istifadəsi
Hamilə qadın müayinə zamanı bətnində qəribə varlıq gördü - FOTO
Nataşa Koroleva boşanır?
Qızdırmanı 2 saniyəyə ölçən yeni termometr - VİDEO
Toyuq içalatından peraşki (foto resept)
Bal ilə gələn gözəllik
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır
Polis hovuza düşən maralı xilas etdi – FOTO
Qayınanasının dedikləri yalan çıxdı-FOTO