Müasir dövrümüzün kompüteri də, televizoru da smartfon telefonlardır desək, yanılmarıq. Artıq 10 ilə yaxındır Azərbaycanda əhalinin istifadə etdiyi smartfonlar bütün keyfiyyətləri özündə birləşdirib. Sensor telefonların satışında da digər elektronika əşyalarında olduğu kimi, "Samsung", "Apple", "LG" kimi məşhur markalar öz sözünü deyir. Bu telefonları alarkən insanların dəyər verdiyi önəmli nüanslardan biri də onun enerji saxlama qabiliyyətidir. İş adamları, telefondan daha çox istifadə edən və ondan iş məqsədilə yararlananları məhz bu amil daha çox maraqlandırır. Hər bir telefonun enerji gücü olan amperi var və marka da bu amperə əsasən, qutuya ona uyğun "adapter" əlavə edir. Ancaq qutuda olan "adapter" xarab olduqda orijinal enerji cihazı tapmaq əməlli başlı dərdə çevrilir.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, mövzunu aydınlaşdırmaq üçün Lent.az-ın əməkdaşı şəhərdə yerləşən bir neçə telefon aksesuarları mağazasına baş çəkib. Getdiyimiz yerlərdə satıcılarla, mütəxəssislərlə söhbət edərək, "adapter"lərin saxta, keyfiyyətli olmaları, onların telefona təsirini araşdırdıq. Maraqlı olan həm mağazaların satışı, həm də alıcıların hansı mala üstünlük vermələri idi.
Getdiyimiz ilk mağazada satılan "adapter"lərin telefona uyğunluğunun əsas olduğu bildirildi. Mağazanın satıcısı deyir ki, sizə bir çox yerlərdə orijinal kimi təqdim edilsə də "adapter"lər və demək olar ki, digər bütün telefon aksesuarları Çin istehsalıdı. Həmsöhbətimiz keyfiyyətli, keyfiyyətsiz bütün aksesuarların bu ölkədən gəldiyini vurğuladı. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Bakıda böyük fırıldaq dönür:
- Alıcıların çox cibinə uyğun mal alır. Amma o bahalı malın da tam keyfiyyətli olmasına kimsə zəmanət verə bilməz. Ola bilsin ki, bir az ucuc maldan yaxşı işləsin. Lakin tam orijinal olduğunu deyə bilmərik. Siz, həm də keyfiyyətli "adapter"lər aldığını da xüsusilə qeyd etdi. Alıcılar çox vaxt buna əhəmiyyət vermir. Adam var ki, həftədə 3 dəfə gəlib "adapter" alır. Adam da var birdəfəlik alıb uzun müddət işlədir. Hər ikisinə tələbat var.
Satıcıdan qiymətləri də öyrəndik. Görək keyfiyyətli "adapter"lər keyfiyyətsizlərdən nə qədər fərqlənir. Mağaza əməkdaşı keyfiyyətli və bahalı olan "adapter"lərin 11 manatdan 20 manatadək olduğunu dedi. Müvafiq olaraq keyfiyyətsiz məhsulların qiyməti də 3 manatdan start götürərək, 9 manata qədər dəyişir. Hətta 1 manat 50 qəpiyə də "adapter" almaq olar. Satıcı bizə məlumatlar verərkən, USB kabelinin də təsiredici rola malik olduğunu və keyfiyyətsiz "adapter"lərin telefona ziyan vurduğunu qeyd etdi. Gördüyümüz müsbət tərəf isə alınan məhsullara 14 gün müddətində zəmanət verilməsi idi. Belə ki, müştəri 14 gün ərzində xarici təsirlər olmadan məhsulun işləmədiyini görsə onu qaytara bilər. Satıcının sözlərinə görə, ən çox tələb olunan məhsullar Samsung və Xiaomi telefonlarına məxsusdur.
Keyfiyyətsiz "adapter"lər də lazımlıdır. Ancaq nə vaxt?
Bu sual ətrafında üz tutduğumuz növbəti mağazada danışdıq. Sahə üzrə mütəxəssis 1 manat 50 qəpiyə olan "adapter"lərin də işə yaradığını dedi. Belə ki, onun sözlərinə görə, keyfiyyətsiz və ucuz "adapter"lər köhnə telefonlar üçün əhəmiyyətlidir. Ucuz "adapter"lərin amper gücü zəif olduğundan bu baxımdan özlərinə uyğun olan köhnə telefonları rahatlıqla enerji ilə təmin edə bilirlər. Yeri gəlmişkən, telefonların özünəməxsus amper gücləri "adapter" seçimində əsas təşkil edir. Mütəxəssis telefonların amper gücündən söz açarkən Samsungun təzə modellərinin 2 amper, "İphone"nin 1 amper, Xiaominin isə 2 amper gücündə olduğunu söylədi.
Həmsöhbətimiz suallarımızı cavablandırarkən keyfiyyətsiz "adapter"lərin telefona vurduğu və vura biləcəyi ziyanlardan da söz açdı:
- Əvvəla, onu deyək ki, telefon sxeminin düzgün yığılmaması "adapter"in onu zədələməsinə səbəb olur. Həmçinin telefonun həddindən artıq enerjiyə qoşulu qalması da telefonun sonunu yaxınlaşdıran amillərdəndir. Belə olduqda telefonun batereyası şişir və partlayır. Ucuzvari "adapter"lər də telefonun sxemini yandırır, hətta partladır.
Mövzu ilə bağlı apardığımız araşdırma zamanı öyrəndiyimiz məlumatlardan biri, satıcıların dediyi kimi keyfiyyətli, orijinal "adapter"lərin zavod istehsalından fərqlənmədiyi oldu. Bundan əlavə keyfiyyətli enerji yığımının təkcə "adapter" başlığından deyil, USB kabelindən də asılı olduğu öyrəndiyimiz məlumatlar sırasında idi. Belə ki, satıcıların sözlərinə görə, bahalı "adapter" başlığına zəif kabel, yaxud da əksinə bahalı kabelə zəif başlıq qoşanda enerji yığımı düzgün yerinə yetirilmir və bu da telefonun sxeminə ziyansız ötüşmür.
Onu da öyrəndik ki, aşağı keyfiyyətli adapterləri təzə model telefonlara qoşanda ekranın əsməsi və çox vaxt sönməsi baş verir
XƏBƏR LENTİ
Azərbaycan 900 yeni vaqon alacaq
Badə-badə "yuxarıya"
Yemək görünüşlü üzüklər
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədlərinin laborator müayinəsinə başlanılıb
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Bolqar bibərinin bilmədikləriniz faydaları
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Test imtahanının taleyi sual altındadır
Hicablı xanımlar üçün
"Fənərbağça" Azərbaycana gəlir
2011- Dovşan ili
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Çində satıcısız mağazalar istifadəyə veriləcək
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Buqələmun yoxsa insan?!
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Şəmkirdə tibb məntəqəsi tikiləcək
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
2018-ci ilin ən çox qazanan aktyor bəlli oldu-FOTO
Venesuela prezidenti Obamadan xahiş etdi
Ketrin Zeta Cons qızı ilə ilk dəfə-FOTOsessiya etdirdi
İran kosmosa insan göndərəcək
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Qozlu tort (foto resept)
Göz rənginə görə göz qələmi seçimi
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı
Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Ledi Qaqa və Madonna illər sonra barışdı-FOTO
Avropa Oyunları neçəyə başa gəldi?
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcəklər
Küçə sənəti - 2
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
Metroda daha bir yenilik
Mobil telefonlar haqqında bilmədiklərimiz
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Duz terapiyası
Stomatoloqdan qorxanlar oxusunlar!
Güclü yağış Gəncədə 34 evi uçurdu
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Yuxular və yuxuyozmalar (5)
Limon içlikli peçenye (foto resept)
Mehriban xanım Heydər Əliyevi andı
“Odnoklassniki”də video avtomatik işə düşəcək
Vulkan fermeri milyonçu etdi
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
- ŞƏRHLƏR