Giriş
Bağla

Niyə məhz Qadın.Net? (3)

Bizimdir! / QN News / İstifadəçilər

Niyə məhz Qadın.Net? (3)
в„›øMД…ñTíK DəLi

Məni bu sayta bağlayan gözəl, səmimi dostlarımdır. Burda çox səmimi dostluq qurduğum insanlar var və mən onları çox sevirəm. Onlarla dərdimi bölüşürəm, sevincimi bölüşürəm və ən əsasi burda heç kim məni heç cür narahat etmir, yəni bu saytı sevirəm.

Zehra(zehra 201)

Niyə məhz Qadın.Net? Çünki bu sayt sayəsində mən internetlə tanış oldum, istifadə etməyi öyrəndim, buna gorə də Qadın.Net-ə çox şey borcluyam. Demək olar ki, hər an vaxt tapan kimi bura girirəm. Mən bu saytdan çox şey öyrənmişəm, çox sağol canım saytım. Burada bir çox dost qazanmışam, onlara da burdan yazaraq səmimi olduqları üçün təşəkkür edirəm. İnşAllah, uzun ömürlü olar saytımız, biz də yararlanarıq maraqlı xəbərlərdən.

Husna

Niyə məhz Qadın.Net? Qadin.Net-ə gəlişim təsadüfi olub. Şirniyyat axtarışına çıxarkən bu saytı kəşf etdim və qeydiyyatdan keçdim. Artıq bir ildən çoxdur ki, bu saytdayam. Hər gün imkan tapan kimi bura gəlirəm. Burda olan səmimiyyət, mehribanlıq məni özünə cəlb edir. Qadın.Net sayəsində özümə səmimi dostlar qazanmışam. Bundan başqa ən əsas maraqlı, maarifləndirici xəbərləri ilə bizi təəccübləndirməyə davam edir. Qadın.Net saytlar arasında ən irəlidə gedəndir. Həmişə zirvələrdə ol Qadın.Net!

Ro-Xe-Sa

Niyə məhz Qadın.Net? Ona görə ki, bu sayta çox bağlanmışam, 2011 ci ildən bu saytdayam. Saytın redaktorlarından biri də mənəm. Qadın.Net-dən çox şeylər öyrənmişəm, istifadəçiləri qadınlardır, burda dostluq etdiyim insanlar var, hamısı da səmimidir. Mən bu saytı kəşf edəndən başqa saytlarda axtarış etmirəm cünki ehtiyac yoxdur, bu saytda qadınlara lazım olan hər məlumat var. Sadəcə sayta daxil olub ürəyin istəyən məlumatı əldə edə bilərsən. Həm də saytımız başqa saytlara baxanda marifləndirici məqsəd daşıyır. Bax, elə buna görə məhz Qadın.Net!
Asmin M-va
Neçə vaxt idi ki, belə bir sayt axtarırdım. Bir neçə müddət əvvəl şirniyyat reseptləri axtararkən bu saytı gördüm və belə bir saytın var olmasını görəndə sevindim. Nəhayət, yanvarın 1-i 2015-ci ildə qeydiyyatdan keçdim. Cəmi bir neçə gündür ki, bu saytda qeydiyyatdan keçmişəm amma bu sayt mənim üçün artıq doğmalaşıb. Qadın.Net sayəsində bilmədiklərimi öyrənirəm və bundan çox şadam. Sayt həqiqətən də çox maraqlıdır. Bu saytı yaradıb ərsəyə getirən Qadın.Net komandasına öz minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsan Qadın.Net!
Nihat Mehtizadə
Niyə məhz Qadın.Net? Mən təxmini bir ilə yaxındır ki, bu portalda qeydiyyatdan keçmişəm. Bu vaxt ərzində buradan aldığım məlumatlar, öyrəndiyim yeniliklər məni çox dəyişdirdi, həm ailəmdə, həm də işimdə. Niyə məhz Qadın.Net? Çünki hər gün bura baş çəkməsəm sanki məndə nəsə çatmır. Vaxt tapıb kompüterdə oturan kimi birinci Qadın.Net-i açıram. Buradakı yazıları, şərhləri oxuyuram. Niyə məhz Qadın.Net? Buradakı qızların hamısı ilə dostluğum olmasa da, onları yazdıqları şərhlərinə görə tanıyıram, səmimi, mehriban, dürüst! Bir sözlə çox sevirəm bu portalı, buradakı xanımları. Hər biriniz çox sağ olun. Sevgilərlə Gülnur.
Niyə məhz Qadın.Net? (3)
Sema
Niyə məhz Qadın.Net? Düzü, bu sayt haqqında gəlinimizdən eşhitmişhdim, onun burranı tez-tez "ziyarət" etdiyinin də şahidi olmuşhdum. Evdə kompüter alandan sonra da ilk girdiyim sayt bura oldu. Uzun müddət kənardan izlədim, sonra isə qeydiyyatdan keçib yavaşh-yavaşh adaptasiya olmağa başhladım. İlk vaxtlar sadəcə mövzuları oxuyub şhərhlər yazırdım. Amma zamanla yaxshı insanlarla söhbətləşhdim, dostluqlar qurdum. Təbii ki, sonradan iç üzünü aşkarladığım insanlar da oldu. Amma indi ətrafımda çox səmimi dostlarım var, onları çox sevirəm. Çox kömək edirlər mənə, ailə üzvlərim kimi olublar, ürəyimi aça bilirəm, etibar edə bilirəm, danışhıb gülə bilirəm.Bu çox yaxşhıdı mənim kimi qapalı bir mühitdə olan,çox şeyi özünə kompleks edən insançun.Bundan başhqa,bu saytda nəysə bir doğmalıq, səmimilik, rahatlıq var. Sevgi, güvənc var. Hələ saytdan öyrəndiklərimi demirəm. Yeniliklər, maraqlı mövzular, şərhlər, fikirlər. Hər biri çox gözəldir. Bir də mən tənbəllik eləməyib maraqlı xəbər hazırlamaqa başhlasam əla olar. Qadın.Net-i çox sevirəm! Var olduğunuz üçün sağ olun! Yaradıcılarına, rəhbərliyinə, istifadəçilərinə- hər kəsə minnətdaram. Sənə də uğurlar, canım bacım. Dostluğumda olan, etibar elədiyim insanlardan olduğun üçün, çox sağ ol.
Gulum
Nədən məhz Qadın.Net? Mənim Qadın.Net-ə gəlişım tam təsadüf olub, amma sən demə təsadüflər zərrurətdən yaranır kəlməsi tamamilə doğruymuş. Bir neçə il bundan qabaq bizim evdə uşağların universitetə hazırlıqları ilə əlaqədar nəinki internet, hətta TV izləmək belə qadağan idi. Artıq hər iki oğlum ali məktəbə daxil olandan sonra evdə təklikdən darıxmağa başladım və bir gün kiçik oğlumun facebook səhifəsindən qadınlara aid portallar axtaranda təsadüfən Qadın.Net-lə üzləşdim. O vaxtlar hələ qeydiyyat keçməkdən başım çıxmırdı. Hər dəfə qeydiyyat olurdum və qeydiyyatımı saxlamağı bacarmırdım. Ad günüm olanda Qadın.Net-in ad günü səhifəsində mənim demək olar ki, bir 7-8 profilim çıxır və saytdan istifadə edərkən burdakı yaxın saydığım qızlardan Pərvanə Əliyeva, Yegiş, bir də Dəniz 84 çox köməyimə catıblar. Onlara o qədər sual verirdim ki, gəl görəsən, amma sağ olsunlar, hər dəfə məni səbrlə başa salırdılar. Zarafat deyil, 40 yaşa qədər internetdən istifadə etməyəsən və birdən birə istifadəçi kimi portalda olasan. Qadın.Net mənim sanki realda olmayan dostlarımı virtualda mənə verdi. Həmişə virtual tanışlıqlara yaxşı baxmırdım, amma Qadın.Net öz səviyyəsi ilə məni bu fikrimdən daşındırdı. Bəzən olur ki, bir neçə gün sayta daxil ola bilmirəm o zaman çox darıxıram. Hal hazırda uşaqlarımın hər ikisi məndən uzaqdadılar. Yəqin ki, Qadın.Net və burdakı yaxın saydığım Qadın.Net-lilər olmasaydı, mən bu həsrətə üzülərək dözərdim. Nə yaxşı Qadın.Net var.
AyTaDj HəSəNzAdə
Aysun bacı sənə təşəkkürümü bildirirəm mənə xəbərində yer verdiyin üçün. Niyə məhz Qadın.Net, çünkü Qadın.Net bir çox saytlardan fərqli və çox rahatdı mənim üçün, burada mən özümü evimdə kimi hiss edirəm, bura mənim virtual evimdi. Qadın.Net-ə girmədən əvvəl basqa saytlarda olmurdum, bura gəliş səbəbim bir qohumumun sayəsində oldu, nə yaxşı ki,o mənə bu sayta girməyimin səbəbi oldu, çox sağ ol "ayniska gulum". Burada özümə çox yaxşı dostlar tapdım, hətta bir neçəsi ilədə danışmışdım, canlarım mənim, hamınızı çoox sevirəm. Buradan bir çox yemək resepti götürmüşəm və hamısı da dadlı alınıb, çox sağ olun, hamınız əziyyət çəkirsiz bizlər üçün hazırlayırsız, bəzən olur ki, xəbəriniz alınmır, çəkdiyimiz şəkilin ölçüsü uyğun gəlmir və ya başqa bir şey bu sizin üzülməyinizə səbəb olur. Bizlərə görə əziyyət çəkirsiz, bizlərə görə əlləşirsiz ki, yaxşı alınsın hamınız çox sağ olun, ən başda da bu saytın redaktorları, rəhbərləri hamınıza təşəkkür edirəm, nə yaxşı ki, Qadın.Net-i bizim üçün açmısınız. Nə yaxşı ki, varsan Qadın.Net!...
 PО€MаёїE ДђЕ°Еѓб»ІЗєM
Qadın.Net-ə ilk dəfə gəldiyimdən buranı çox sevdim. Buradan bir çox məlumat əldə etdim. Öyrəndiklərimi tanışlarla bölüşdüm. Həqiqətən də bu saytı çox sevirəm. Sakit, əyləncəli, mehriban bir vaxt keçirmək üçün maraqlı saytdır. Burada bir çox dost qazandım. Onlarla həmsöhbət olmaq vaxt keçirmək mənə çox maraqlıdır. Nə yaxşı ki, burada Deniz84 (Aysel bacı), Aysun bacını, Aytacı ,Hicranı ve başqa xanımları tanıdım. İnanın ki, dostluğumda olanların hər birini çox sevirəm. Sanki Qadın.Net mənim ailəm kimi oldu. Yanımda olan dostlarım mənə dəstək oldu. Yeni insanlarla ünsiyyət qurmaq həqiqətən də maraqlıdır. Dərslərimlə bağlı tapşırıqları və gündəlik həyatımda bilmədiyim məlumatları məhz Qadın.Net-dən əldə etdim. Buranın layihə rəhbərlərinə çox sağol deirəm ki, belə bir milli qadin saytı yaradıb hər birimizin vaxtını səmərəli keçirməyimizə səbəb olublar.


Şərhlər (50)

sara91 sara91 26 May 2016 17:49 Cavab yaz

"QADIN.NET" haqqında yazılan bütün fikirlərlə həmrəyəyəm. Mən də bu sayti çox sevirəm.
aykanur_1997 aykanur_1997 8 March 2016 18:21 Cavab yaz

Qadin.Netde qeydiyyatdan kecdiyimden beri burani cox sevdim.Hetta bura bir gun girmeden dayana bilmirem.Bele gozel sayt yaratdiqlari ucun,saytimizin redaktorlarina tewekkur edirem. girl_ang
Xanim_Xatun Xanim_Xatun 25 December 2015 00:53 Cavab yaz

2010 Burdayam.Hecde peşman deyilem
SS,, SS,, 26 January 2015 03:52 Cavab yaz

QADİN.NET ----nomre 1 dir.
aysun2013 aysun2013 18 January 2015 16:24 Cavab yaz

Gulay, give_ros
H.M, give_ros
ElviraВ Qurbanova, give_ros
Elvira_95 Elvira_95 16 January 2015 23:46 Cavab yaz

Salam hamiya mende bura teze girmisem bilmirdim bacim dedi maraqlandim cox gozel sayti cox xosuma geldi bura girirem basim qariwir birde en cox maraqli weyler oyrenirem yaxsiki qadin net var
malahat.hesenova malahat.hesenova 15 January 2015 12:20 Cavab yaz

Qadin.net N1-dir, cox sevirem bu sayti.
smts smts 14 January 2015 10:30 Cavab yaz

Her birinizin teesuratlarini oxumaq cox xow oldu, var olsun Qadin.net.
aysun2013 aysun2013 13 January 2015 11:49 Cavab yaz

S.S.E., give_ros
gunay, give_ros
S.S.E., give_ros
SS,, SS,, 13 January 2015 01:30 Cavab yaz

4u sebirsizlikle gozleyirem
gunay36 gunay36 12 January 2015 13:22 Cavab yaz

En cox baw vurduqum saytdi.Herwey öyrenirem burdan.
SS,, SS,, 12 January 2015 11:34 Cavab yaz

Nedense bu saytdan vaz kece
bilmirem

Nedense bu saytdan vaz kece
bilmirem
aysun2013 aysun2013 11 January 2015 19:56 Cavab yaz

Farida_Asadova, give_ros
Pərvanə, give_ros
Pervane01 Pervane01 11 January 2015 01:17 Cavab yaz

Qadın netti hamıya tovsiyə edirəm burda tanıdıqlarıma
feride-asadova feride-asadova 10 January 2015 08:46 Cavab yaz

Çox maraqla oxudum. Userlərin sayta gəlii və niyə məhz Qadın.net li olduğunu bilmək çox xoş oldu..
aysun2013 aysun2013 9 January 2015 15:12 Cavab yaz

NuraneВ Kerimova,
Insallah xanim
ElladaВ Babayeva, give_ros
S.S.90...SВ AВ MВ IВ R...,
Istesen sende qatila bilersen
Hacət-iВ Vuslat,
Ele hemin gun azqaldi ozumu asim amma ip tapa bilmedim can mocking
Dəniz84,
Qəribə,
Щ‚Щ„ШЁВ В Ro-Xe-SaВ Щ‚Щ„ШЁ,
FatmaВ xanım,
Cox saqolun sizler olmasaz bu xeberde olmazdi saqolun eziz userler
Fatma Fatma 9 January 2015 14:01 Cavab yaz

i bu kisi xeylaginin yazisina oxsama

Bu xanım oğlunun adınnan girir bura

S.S.90...SВ AВ MВ IВ R...,
Hara vaz keçirsən e kimdi səni buraxan burdan otur orutduğun yerdə
Ro-Xe-Sa Ro-Xe-Sa 9 January 2015 13:46 Cavab yaz

Aysun xanim tesekkurler size maraqli alinib, hamisini maraqla oxudum. Tanidiqlarimda oldu, kusen, bu sayta az az gelenlerin 80% qayidib, bezileri adlarini deyisib, bezileri ise xelvet helib gedir. Xelvet gelemek neye lazim bu saytin qapi-pencereleri butun istifadecilerin uzune aciqdir.
Nihat Mehtizadə
Niyə məhz Qadın.Net? Mən təxmini bir ilə yaxındır ki, bu portalda qeydiyyatdan keçmişəm. Bu vaxt ərzində buradan aldığım məlumatlar, öyrəndiyim yeniliklər məni çox dəyişdirdi, həm ailəmdə, həm də işimdə. Niyə məhz Qadın.Net? Çünki hər gün bura baş çəkməsəm sanki məndə nəsə çatmır. Vaxt tapıb kompüterdə oturan kimi birinci Qadın.Net-i açıram. Buradakı yazıları, şərhləri oxuyuram. Niyə məhz Qadın.Net? Buradakı qızların hamısı ilə dostluğum olmasa da, onları yazdıqları şərhlərinə görə tanıyıram, səmimi, mehriban, dürüst! Bir sözlə çox sevirəm bu portalı, buradakı xanımları. Hər biriniz çox sağ olun. Sevgilərlə Gülnur.

Yazilarin icinde bu maragimi daha cox cekdi, oxuduqca fikirlesdimki bu kisi xeylaginin yazisina oxsamaz, ele axirida ele gelib cixdi. Nihat Mehtizadə beyin yazisilile baylayib Gulnur xanimla bitidi biggrin

Ro-Xe-Sa xanımla eyni ildə qeydiyyatdan keçmişik.

Xeyale xanim ne xos give_ros
qeribe qeribe 9 January 2015 12:20 Cavab yaz

Aysun bacim cox gözə xəbərdi. Çox bəyənərək oxuyuram, qızların səmimi yazılarını. Hər bir istifadəçinin sayta gəlişini cox maraqla oxudum.

Bu sayt, meni ozune cox baglayib. Ona baxmayaraq ki, evde 10 ildi internet var, hec bir saytda bu geder olmamishdim.
Ne qeder ki, burda yani Qadın.Net-də.
Amma, ozum burdan ayri hec dura bilmirem. Iki gun gelmiyende, cox darixiram Qadın.Net- siz!

Nə yaxşı ki, n sevarsan Qadın.Net! give_ros give_ros give_ros give_ros give_ros

Maraqli idi tesekkur edirem. give_ros kiss
s s 90 s s 90 9 January 2015 10:18 Cavab yaz

7 bacının bir qardaşı))) Bu qədər bacının bir qardaşı olmalıdır ya yox

give_ros give_ros give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика