Yenə sevərəm...
Zəfər qazanmış kimi baxırsan mənə!.. Nə ilə fəxr edirsən? Getməyinlə? Yoxsa qırıb, məhv etdiyin ürəyimlə?
Gəldiyin gün yadındamı? Necə kövrək, necə həssas idin... Əzizlənəcək körpə kimi... Sevdim səni, sevgini sevdirdim sənə bir əzizin kimi!...
Vəfanı sən öyrətdin, sadiq olmağı, bağışlamağı, səhvləri görməzlikdən gəlməyi, səbəbsiz gülməyi mən...
Böyüdün sevgimin isti nəfəsində. Öyrətdiyim sevgi ilə sevdin özgəsini, Sevgimizə gətirdin bir özgə nəfəsini...
Sevgi dolu baxışlarımla yola salıram indi. Gedirsən. Səssiz-sədasız...
Dayan! Dur! Getmə ! -deməyəcəyəm. Deyə bilməyəcəyəm. O ağılda, qəlbdə yoxamsa, özümü məcbur sevdirməyəcəm...
Ayrılıq simfoniyası səslənir qulağımda. Göz yaşları axır yanağımda... Bu günləri yaşayacağım da varmış. Demək cəzamın belə ağır olmağında, Allahın bir hökmü varmış.
İndi səndən mənə qalan gözlərimdə nəm, qəlbimdə ələm. Yanıram, alışıram.Qəhər boğazımı kəsir, hicran nəfəsimi... Soruşsan əgər peşmanammı? Yox, əsla yox! Yenə gəlsən, yenə-yenə sevərəm, sənlə sevgimi böyüdərəm...
Eşq...
Eşq, ülvi hisslərin alisi. Düşdüyü qəlbi saflaşdıran, paklaşdıran. Eşq, duyğuların təlatümü.Adına şeirlər yazılan, nəğmələr qoşulan. İlahi məhəbbətdən doğan. Eşq, insan bədəninin bütünü. Qeysi məcnun edən, Fərhadı pəhləvanlaşdıran. İzahı mümkünsuz, tərifsiz olan.
Eşq, hər təzə doğulan körpə kimi qonaq olduğu qəlbə nur saçan. Eşq, ömrün baharı, göyqurşağı. Azı-çoxu olmayan . Gözəlliyini ona qucaq açan ürəklə paylaşan. Eşq, pərvanələrin odu, alovu. Uzaqdan baxmaqla yaşanmayan, İlahi imanı alovlandıran, Hər qəlbdə yaşadılmayan...
Eşq, zamansız , məkansız olan. Sonu bir müəmma olan. İfadələrin aciz qaldığı, sözlərin bitdiyi yer. Sukütun belə daşıya bilməyəcəyi, ağır olduğu qədər dəyərli.Acısının zövq verdiyi Eşq, mənim dünyamda belə yazıldı...
Etiraf — Duyğuların xəbərçisi, bəzən də göz yaşlarında susması. Özünüzlə üzləşmə...
Etiraf — Vaxtında deyilməyən sözlərin yükü. Zamanla qəlbinə yığlan kədərin dili...
Etiraf — Bəzən sonu bilinməyən yoldakı ilk addım.İnsanlarin nəticələrini fikirləşmədən, düşünmədən dedikləri sözlərin ifadəsi...
Etiraf — Fəsilləri olmayan mücadiləli yaşam. Hər insanın fərqli yaşantısı, baxşı, anlayışı...
Etiraf — İdarəsi mümükünsüz hisslər. Orda sən və mən olan, başlanğıcın sonu...
Etiraf — sevgi-nifrət, kədər-sevinc, xoşbəxtlik və bədbəxtlik arasındakı körpü.
Kimini şanslı, kimini çarəsiz edən novella...
müəllif: Gül NAR
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR