Qoç - İntuisiyanızın səsinə qulaq asın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Əvvəllər əldə etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq üçün əlverişli zamandır.
Günün ikinci yarısında ən ağır problemi, müşkül məsələni üzbəüz söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir, yaşam arealının rekonstruksiyası üçün münasib zamandır.
Axşam saatlarında evdən çox uzağa getməyin.
Buğa - Günün ilk yarısında yaranan kiçik çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya məclisə dəvət ala bilərsiniz.
Əkizlər - Dəyişən şərtlərə və fərqli nüanslar kəsb edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var. Amma saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.
Xərçəng - Adi günlərdən fərqli olaraq bu gün yaxşı tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara qapılmayın, namərdin şirin dilinə iannmayın. Bütün qüvvə və potensialınızı irreal məsələləri həll etmək cəhdlərinə tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan yararlanaraq optimal variantı seçin. Belədə inkişafın yeni səviyyəsinə nail olacaqsınız. Mühüm işlərin görülməsini təxirə salmayın. Yaxınlarınızdan birinin köməyinizə, yardımlarınıza ehtiyacı var. Ona arxa olun, dəstək verin.
Şir - Risk etmək olar. Avantüralara qapılmadan bütün variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk baxışdan primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən çəkinməyin. Emosional olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi üçün əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız insanlara inanmayın.
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə bilər.
Şayiələri həqiqət saymayın.
Qız - Gün narahatlıq, əndişə və həyəcan vəd edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!
Tərəzi - İdeya və təkliflərin heç də hamısını geniş müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki ab-hava xüsusi önəm kəsb edir. Həmkarlarınızla münasibətləri normallaşdırın. Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Təcrübəli insanın məsləhətlərindən yararlansanız, daha sürətli irəliləyişə nail olacaqsınız. Axşam saatlarında əylənin.
Əqrəb - Günün ilk yarısı ən mürəkkəb problemlərin həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək üçün yaşam təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında başlayın. Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.
Oxatan - Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.
Oğlaq - İnsan psixologiyasının nüanslarını anlamağa çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin. Peşəkar fəaliyyət və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə diqqətli davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin. Onun hisslərindən xəbər tutsanız, lap yaxşı olar.
Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın.
Axşam saatlarını ailənizə həsr edin.
Dolça - Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Səhhətinizə fikir verin. Qətiyyətli və iradəli davranış indiyədək uğursuzluqla qarşılaşdığınız sahələrdə irəliləyişlərə imkan verəcək.
Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin həllində təmkinqli davranın.
Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq, ekspromt, improvizələrə ehtiyac var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)