Qadin.Net xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Onun sözlərinə görə, bu gün Abşeron yarımadası Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazidir. Hazırda Abşeron yarımadasında əhalinin sıxlığı hər kvadrat km-ə 850-1000 nəfərə çatır:
"Bu, o deməkdir ki, Abşeron yarımadası dünyanın ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu gün yalnız Bakı şəhərində deyil, onun ətraf ərazilərində də insanlar sıx məskunlaşıb. Bakı şəhəri artıq böyük aqlomerasiyadır. Bakı ətrafındakı qəsəbələrlə birlikdə böyük aqlomerasiya yaradıb".
Əhalinin Bakı şəhəri və Abşeron yarımadasında daha çox məskunlaşmasının yaratdığı problemlərdən danışan N.Paşayev qeyd edib ki, Abşeron yarımadasında məskunlaşma xüsusi planlaşma əsasında aparılmayıb. Burada çoxlu nizamsız evlərin tikilməsi nəticəsində ərazidə su, işıq təminatı pisləşir:
"Elə yerlər var ki, orada əhali birbaşa palçıq vulkanının, sürüşmə sahəsinin ətrafında məskunlaşıb. Bakı şəhərinin özündə də dövlətin aidiyyatı qurumları əhaliyə torpaq paylayarkən böyük səhvlər buraxıb. Onlar əhaliyə torpaq paylayanda gərək nəzərə alaydılar ki, harada palçıq vulkanı, sürüşmə, subasma, uçqun sahəsi var. Buraxılan bu səhvlər isə bu gün əhali üçün problemlər yaradır".
2015-ci ildə ölkə prezidentinin Bakı və Abşeron yarımadasında palçıq vulkanları ərazisində dövlət təbiət qoruqlarının yaradılması barədə sərəncam verdiyini xatırladan N.Paşayev əlavə edib ki, məqsəd həm həmin əraziləri qorumaq, həm də əhalinin həmin ərazilərdə məskunlaşmasının qarşısını almaq olub:
"Azərbaycanda, xüsusilə Bakıda 500 mindən çox ev hələ qeydiyyata alınmayıb. Bu evlər plansız tikilib. Onların bir hissəsi palçıq vulkanları olan ərazilərə düşür. Ona görə bu məsələlər aydınlaşdırılmalı, yaşayış məntəqələri salındıqa insanların təbii fəlakətdən uzaq olması kimi məsələlər nəzərə alınmalıdır. Nəzərə alın ki, bir palçıq vulkanı püskürdükdə 50 metr dairədə, yəni böyük ərazidə problem yarada bilir. Biz bu gün palçıq vulkanlarının xeyrindən istifadə etməli, ondan turizm potensialını artırmaq üçün istifadə etməliyik".
XƏBƏR LENTİ
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Bakıda Novruz yarmarkaları
Qan yaddaşımız
Gülməli şəkillər
Azərbaycanda daha 79 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dadlı toyuq qızartması (foto resept)
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Həyəcan başladı
Övlad qatili
Meşədə balina tapıldı - QƏRİBƏ HADİSƏ
Niderland Türkiyədən üzr istədi
Maraqlı tarixi şəkillər
Əlillələrə iş imkanı
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aktrisa 36 il sonra BOŞANIR-SƏBƏB
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Bürclər və daşlar
Gəlin toy günü həyəcandan öldü
O şəhərdə göz-gözü görmür
Bu, son 500 ildə 3 dəfə olub
Fikrət Qoca infarkt keçirdi
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Məşhur aktyor ata oldu-FOTO
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
O an...
Oruc tutanlar imsaqda çay içməsinlər
Günün qoroskopu: Mübahisə etməyin!
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Bu gün Bakıda 40 dərəcə isti olacaq
İştahı kəsən qidalar
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Dəniz duzunun faydası
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Sağlam kökəlməyin yolları
Sürətli kökəlmə proqramı-1
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Otellərdə rastlanan qəribə hallar
Qar yağacaq - Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Dünyanın ən böyük fənər sərgisi
DÇ-2014: hansı oyun, hansı kanalda?
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Tələbələr ordumuza dəstək mitinqi keçirdi
Balaca qızlar üçün yaz geyimləri
Bahalı əməliyyatları bahalı edən nədir?
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Azra Akın ana oldu-FOTO