Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb.Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq bir vaxtda erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qalmasını da bir daha qonaqlara xatırladıb."Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda davam edir. Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır.Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik.Əks-halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcəkdir", - deyə nazir bildirib.Görüşdə iştirak edən Azərbaycan Baş prokurorunun müavini - Azərbaycan Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb. Sonda qonaqları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)