Rəsmi statistika Azərbaycanda boşanmaların sayının artmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb. Bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. Ötən il 11 min boşanma faktı qeydə alınıb ki, bu da 2011-ci illə müqayisədə 0,3 faiz çoxdur. Bu isə ailənin dəyərli hesab olunduğu ölkəmiz üçün böyük göstəricidir.
Azərbaycandan fərqli olaraq bəzi ölkələrdə boşanma proseduru daha mürəkkəbdir. Yəni tərəflər istədikləri zaman boşana bilməzlər. Bunun üçün müəyyən zaman gözləməyə məcburdular.
İtaliyada boşanmaq istəyənlər ərizə verdikdən sonra 3 il, Almaniyada 3 ilə qədər zaman keçəndən sonra boşana bilər. Fransada tərəflərdən biri boşanmaya razı deyilsə, 6 il ayrı yaşamalıdırlar, yalnız bundan sonra boşanmaları mümkündür. Argentina, Kolumbiya və İrlandiyada isə boşanmaya yalnız xüsusi hallarda icazə verilir.
Bəs Azərbaycanda ər-arvad boşanmaq üçün nə qədər gözləməlidir? Nikaha xitam verilməsinin əsasları və prosedurları necədir?
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Fərhad Nəcəfov bildirib ki, Ailə Məcəlləsi nikaha xitam verilməsinin iki əsasını müəyyən edib.
Bunlardan biri ərin (arvadın) ölməsi, yaxud məhkəmə qaydasında ölmüş elan edilməsidir. İkinci əsas isə onlardan birinin və ya hər iksinin ərizəsi, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsidir.
Nəcəfov qeyd edib ki, qanunvericilik bir halda ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə ki, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Onun sözlərinə görə, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, müəyyən hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.
“Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında qeydiyyat şöbələrində xitam verilə bilər. Onların yetkinlik yaşına çatmayan ümumi uşaqları olsa belə, ər (arvad) məhkəmə qaydasında itkin düşmüş, fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə və cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi qeydiyyat şöbələri tərəfindən aparılır”, Nəcəfov deyib.
Hüquq məsləhətçisinin sözlərinə görə, ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.
Nikahın pozulmasının məhkəmə qaydasında aparılması iki halda mümkündür. Nəcəfovun sözlərinə görə, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
“Həmçinin ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbələrində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə də nikah məhkəmə qaydasında pozulur”, o deyib.
Hüquq məsləhətçisi bildirib ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Məhkəməyə təqdim olunan sənədlər barədə danışan Nəcəfov deyib ki, nikahın pozulması barədə iddia ərizəsinə nikah haqqında şəhadətnamənin əsli, uşağın doğum haqqında şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış, dövlət rüsumu barədə qəbz əlavə olunmalıdır. Nikahın ləğv olunması haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə yolu ilə nigaha xitam verilərsə, bu zaman nigahın pozulması haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat da rüsum ödəməlisiniz.
“Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir”, o deyib.
Nəcəfovun sözlərinə görə, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
“Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz”, deyib.
XƏBƏR LENTİ
Bakıda avtobus qəza şəraiti yaratdı
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO
Çimdirməzdən əvvəl körpəyə qulluq
Qat-qat xəmirdən qatlama (foto resept)
Azərbaycan coğrafiyasının inkişaf tarixi-1
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar
Ananaslı toyuq əti (foto resept)
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Gül dərənə İnanılmaz Cəza
Rahat və gözəl
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Dəriniz çoxmu qurudur?
Yeni dişi çıxan körpələrə necə kömək etməli?
Məşhur aktrisa sağdır!
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bakıya 151 avtobus gətiriləcək
Ev dekorasiyasında yeni dövr
HAVA necə olacaq?
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Məşhur futbolçu bu gün evlənir
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Qubalılar axar suya səməni atdılar
Tanış olun: 14 yaşında biznes qurdu, indi 250 milyon dollar qazanır
Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
Film qəhrəmanları gündəlik həyatda
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Bələdiyyələrə qadağa qoyuldu
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Doğulduğu aya görə uşağın xarakteri
Beyrutu məhv olmaqdan bu qoruyubmuş - AÇIQLANDI
Grunge makiyaj trendi
Tanınmış rejissor vəfat etdi
Metropoliten rəisi sərt tənqid edildi
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Məşhur serial FİNAL EDİR
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
Uşaqlarda yetkinlik dövrü
Ayaqların donması və tərləməsi
Yaponlar dünyanı heyrətləndirdi
- ŞƏRHLƏR