Siqaretin ictimai yerlərdə, eləcə də qapalı məkanlarda çəkilməsi bizim üçün indiyədək “doğma” ənənə olsa da, bir çox ölkələr bu tütün məmulatının nəinki kütlə, hətta qapalı məkanda istifadəsinə çoxdan qadağa qoyub.Qonşu Türkiyə siqaretin ictimai yerlərdə çəkilməsini qadağa edən qanun layihəsini 2006-cı ildə, Rusiya isə 3 il əvvəl qəbul edib.
Bizdən fərqli olaraq, bu layihələrin qəbulu nə Türkiyədə, nə də insanlarının daha çox alkoqollu içkilərə və tütünə meyl etdiyi ölkə kimi tanıdığımız Rusiyada narazılığa səbəb olmayıb. Çünki insanlar özləri bu qərarın onların sağlamlığına
yönəlmiş bir addım olduğunu dərk ediblər.
Azərbaycanda siqaretin qapalı məkanlarda çəkilməsi məsələsi hələ bir müddət əvvəl qaldırılsa və bununla bağlı ayrıca qanun layihəsi hazırlansa da, müxtəlif səbəblər üzündən məsələ öz həllini tapmamış qaldı.
Birinci Avropa Oyunlarının bu il Bakıda keçirilməsi isə bu məsələni yenidən gündəmə gətirilməsi zərurətini ortaya qoyub. Ən azından bunu fikirləşməliyik ki, ölkəmizə təşrif buyuracaq qonaq tədbirdən sonrakı yorğunluğunu çıxarmaqdan ötrü getdiyi hansısa qapalı məkanda tüstüdən boğulmamalı, “tüstüsüz” yer tapa bilməlidır.
Azərbaycanın hazırkı “Tütün və tütün məmulatları haqqında” qanunu yalnız tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaretin çəkilməsini qadağan edir. Bu qanun 18 yaşına çatmayanlara siqaretin satılmasına, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına icazə vermir. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların da heç biri, demək olar, hazırda tətbiq edilmir və qanunun bu müddəaları faktiki olaraq işləmir.Qanunun qoyduğu qadağalara nə dərəcədə əməl edilməsinə bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi qiymət verərək bəyan etmişdi ki, ölkədə ictimai yerlərdə siqaret çəkilməsi qanunvericiliklə qadağan edilsə də, bu, hələlik tam həyata keçirilmir. Ümumiyyətlə, Azərbaycanda tütünlə bağlı qanunvericiliyin bəzi müddəalarına əməl edilməsində çatışmazlıqlar var.
ÜST-nin verdiyi bu qiymətdən bir neçə il vaxt keçməsinə baxmayaraq, ölkədə bu qadağalara nəzarətin gücləndirilməsi sahəsində ciddi bir addım atılmayıb.
Mütəxəssislər hesab edirlər ki, əgər tütünçəkməyə qarşı mübarizə tədbirləri kompleks şəkildə və dövlət dəstəyi ilə olarsa, onun nəticəsi daha yaxşı olar. Siqaret çəkilən yerlərin məhdudlaşdırılması, siqaretin qiymətinin bahalaşması, müxtəlif yerlərdə, o cümlədən restoran və kafelərdə siqaret çəkilməsinin qadağan edilməsi tütünçəkmə ilə mübarizədə effektiv olar. Ancaq ölkəmizdə ümumən tütünçəkməyə qarşı mübarizə işinin zəif olmasının nəticəsidir ki, Azərbaycanda tütünə nəzarətin gücləndirilməsi məqsədilə başlıca sənəd kimi istifadə etmək üçün bir neçə il əvvəl hazırlanan Tütünlə Mübarizə üzrə Milli Strategiya indiyədək qəbul edilməyib.
Siqaretin qapalı məkanlarda istifadəsinin qadağan edilməsi isə hazırda müvafiq orqanlar üçün gündəmdə olan və müzakirə edilən məsələ deyil.
Ölkədə siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunmasını zəruri sayan Milli Məclisin
Sosial siyasət komitəsinin üzvü Musa Quliyev ki, Azərbaycanda bu və ya digər məsələlərdə qanunvericiliyin sərtləşdirilməsinə qapalı yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunduqda baxmaq olar. Ona görə də bir çox məsələlərin həlli üçün ancaq bu qanunun yenidən müzakirəsinin vaxtının çatdığı anı gözləmək lazım gəlir. Lakin bəzi məsələlərin həlli üçün yalnız düşüncəli olmağımız kifayətdir.
Məsələn, millət vəkilinin qanunvericiliyin sərtləşdirilməsi baxımından təklif etdiyi məsələlərdən biri budur ki, evdə uşaqların yanında siqaret çəkən şəxslər üçün cərimə tətbiq edilsin. Amma nəzərə almaq lazımdır ki, evdə siqaret çəkən şəxsin cərimələnməsi real deyil və bu məsələ yalnız onun vicdanının öhdəsinə buraxılır. Ev şəraitində siqaretdən istifadə edən şəxs ilk növbədə cərimə barədə deyil, dünyada yalnız bir il ərzində 600 min insanın ölümünə səbəb olan passiv tütünçəkmənin, siqaretdən buraxılan tüstünün övladlarına və digər ailə üzvlərinə vurduğu ziyan barədə fikirləşməlidir. Bunu anlamaqdan ötrü isə qanunvericilikdə hər hansı qadağanın qoyulmasına ehtiyac yoxdur.
Ekspertlər də hesab edir ki, hazırkı mərhələdə siqaretin qapalı məkanlarda çəkilməməsinə nail olmaqdan ötrü qadağaların qoyulmasından çox əhali arasında maarifləndirmə işlərinin aparılması yolunun seçilməsi daha düzgündür.
Çünki dünyada əsas səkkiz ölüm səbəbinin altısının risk faktorunu təşkil edən siqaretdən istifadənin hansı fəsadlar verdiyini insanlar özləri dərk etməli və qapalı məkanda siqaret çəkməklə özləri ilə yanaşı, ətrafındakıların da sağlamlığına ciddi ziyan vurduqlarını anlamalıdırlar.
Ümidlə gözləmək olar ki, Səhiyyə Nazirliyi tərəfindən poliklinikalarda tütünçəkmədən imtina üzrə xüsusi kabinetlərin yaradılması ilə bağlı layihənin icrasından sonra bu kabinetlərə üz tutanların da sayı çox olacaq. Çünki məhz bu kabinetlərin həkimlərinin əsas vəzifəsi siqareti tərgitmək istəyənlərə yardım göstərməklə yanaşı, insanları siqaret çəkməyin fəsadları, siqaretdən imtina yolları barədə məlumatlandırmaq olacaq.
Onu da nəzərə alaq ki, Azərbaycanda siqaret çəkənlərin böyük hissəsi kişilərdir. Kişilərin 40-60, qadınların isə 2-10 faizi siqaret çəkir. Buna görə də qapalı məkanlarda siqaretin çəkilməsinə qanunla qadağa qoyulana, xüsusi kabinetlər yaradılana qədər əsas hərəkətə kişilər keçməli, heç olmasa, qapalı məkanlarda bu zərərli vərdişlərindən imtina etməlidirlər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
Həkimlərə müjdə - maaşları artırıldı!
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
Kerem yayılan gizli mesajlarından danışdı
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
Yerə yaxınlaşan "Ölüm asteroidi" təhlükə yaradacaqmı? - Rəsədxanadan CAVAB
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Bir aya 10 kiloqram arıqladı - FOTO
Cəlbedici insanların 4 xüsusiyyəti
Başqalarını koronavirusa yoluxduranlar cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
Günün qoroskopu: hədiyyə alacaqsınız
HAVA necə olacaq?
Ermənistan mağazalarında Azərbaycan adı
Qurban bayramı ərəfəsində bəzi rayonlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
Azərbaycan dəmiryolları iş rejimini dəyişdi
Saç tipinə görə daraq seçimi
Kişilərə görə ideal qadının xüsusiyyətləri
Ebru Şallı aylar sonra ilk dəfə
Əgər Allah varsa, niyə şər də var?
Binalara istilik nə vaxt veriləcək?
Xurşidbanu Natəvanın dünyadan köçdüyü gündür
Bu qatarın bileti 2 min dollara yaxındır
Malların saxlanma şəraitinə diqqət edin!
Azərbaycan tarixindən yüz şəxsiyyət-20
“Best Model of the World” müsabiqəsinin ikincisi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Selfie çəkdirənlər cərimə olunacaqlar
“33 milyon insan epidemiyadan öləcək”
Çobanyastığı maskası
BÜRCLƏR bizə nə vəd edir? - 3 MART
Tatlısəsin evlilik xəbəri yayıldı-FOTO
Qadin.Netlilərin tərcümeyi-halı (2)
"Uğursuz" dahilər
Azərbaycanda bu gün 130 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, bir nəfər vəfat edib
DKNY-dən milyon dollarlıq ətir
Heyran olacağınız rəsmlər
Evdə hazırlanan darçınlı maskalar
Məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək
Azərbaycanda yeni telekanal açılır
Azərbaycan prezidenti 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında
Prezident ad gününü belə qeyd etdi-FOTO
Millimizin baş məşqçisi biabırçılığı belə şərh etdi
Miniatür əl işləri
Koronavirusun mənşəyi ilə bağlı AÇIQLAMA
Maksim Allaya xəyanət edir?
ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla...
Ağdama sonuncu gedişim...
Antik dünya haqqında səhv bilinən faktlar
Dodaqlara qulluq
Uşaqlar uçun xəz papaqlar
- ŞƏRHLƏR