Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
ANS PRESS-in məlumatına görə, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
Məşhur müğənni 30 kq arıqlayıb tanınmaz hala düşdü - FOTO
Ən güclü Fiat 500
Aleyna Tilkidən qəribə açıqlama
Xanımların olmazsa olmazları
"Sabahdan işə gəlmirəm" dedi, pərt oldu - VİDEO
Nə qədər adam geri zəkalıdır?
Yağlı və quru saçlara qulluq
Qadın və ananın həqiqi məqamı
Tabutu açanda ŞOK OLDULAR - Ölən qadın ...-FOTO
Məşhur modelin bu addımı QALMAQAL yaratdı-FOTO
Körpü altında studiya tikdi
Hava haqqında - 17.09.2013
Dünyanın ən bahalı dikdabanın qiyməti bəlli oldu-FOTO
Üz quruluşuna görə sırğa seçimi
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
İradəsizlik
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Günə müsbət əhvalla başlamaq üçün üsullar
Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı
HAVA necə olacaq?- 15 fevral
2019-un rəngli və maraqlı trendləri
Bölgələrimizin mətbəxi - Qarabağ
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Acundan AÇIQLAMA-FOTO
Anası ilə sevgilisini səhv saldılar - FOTO
"Bizim Tarla" - Dondurulmuş meyvə
2020 Kopenhagen moda həftəsi
Madonna "Eurovision 2019"da yer alacaq
Günün qoroskopu: gün uğursuz alına bilər
Qaxda qeyri-adi hadisə olub
Pensiyaçıların nəzərinə!
İspaniya kraliçası göz qamaşdırdı-FOTO
Hər işçisinə 50 min dollar hədiyyə etdi və...-FOTO
Ailə qurmaq istəyən 209 nəfərdə QİÇS aşkarlandı
Mətin Şəntürk
Yaqut Qarayeva: “Payız-qış mövsümündə...”
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında" kitablar nəşr olunub
Azərbaycan alimlərindən daha bir ilk
2016–cı ilin səyahət təqvimi
Təhsil Nazirliyi məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmaq təşəbbüslərini dəstəkləyəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Rəngarəng ziyafət donları
Diktatoru məzarından çıxarmaq, yoxsa bağışlayıb unutmaq?
Sarkisyanla bağlı şok etiraf
Bijuteriya boyunbaqlar
Müdrik insanların qəribə tərəfləri
JLo geyiminə görə tənqid olundu-FOTO
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
- ŞƏRHLƏR