Araşdırmalar göstərir ki, əhalinin xaricdə istirahətə üstünlük verməsinin əsas səbəbi ölkədə birgünlük istirahətin qiyməti ilə xarici ölkələrdə bir həftə istirahət etməyin eyni qiymətdə olmasıdır.
Maraqlıdır, Novruz bayramını xaricdə və Azərbaycanda qeyd etmək bizə neçəyə başa gəlir?
Bunu öyrənmək üçün kiçik bir araşdırma apardıq.Bakıdakı turizm şirkətlərinin birindən aldığımız məlumata görə, Novruz bayramını Parisdə qeyd etmək 940 manata başa gələ bilər. Qiymətə 5 gün 6 gecə 3 ulduzlu oteldə qalmaq, həmçinin qidalanma (səhər yeməyi), transfer, sığorta, ekskursiya (şəhər turu) daxildir. Misirdə 375 manat, Maldiv+Dubay adalarında 1250 manatdır . Qiymətə 4 gecə Maldiv + 2 gecə Dubay otellerində gecələmə, qidalanma (Maldivdə otellərin konsepsiyasına uyğun dəyişir, Dubayda səhər yeməyi), aviabilet (FLYDUBAY), Transfer (Indvidual), sığorta, viza rüsumu (Dubay) daxildir. Səyahətin tarix intervalı 22-28 martdır.
Dubay otelləri istəyə uyğun dəyişdirilə bilər. Maldivə viza ödənişsizdir.
Dubayda 670 manata 5 gün (4 gecə oteldə gecələmə), səhər yeməyi, aviabilet, transfer, viza daxildir. Brüsseldə isə bu göstərici 1250 manatadır.
Qeyd edək ki, bu qiymətlərə 5 gecə 6 gün 3 ulduzlu oteldə qalmaq, aviabilet (Bakı-Brüssel-Bakı), qidalanma (səhər yeməyi), transfer, sığorta, ekskursiya (şəhər turu) daxildir.
Digər bir turizm şirkətindən aldığımız məlumata görə isə Novruz bayramını İstanbulda keçirmək 1 nəfər üçün 998 manata başa gəlir. Qiymətə aviabilet, 7 gecə, 8 gün oteldə qalmaq və transfer daxildir. Turizm şirkətindən Novruz bayramı üçün hələlik endirim olmadığını dedilər.
Başqa bir turizm şirkəti isə 768 manata İstanbulda Novruz bayramını qeyd etməyi təklif edir. Bu qiymətə aeroportda qarşılama, hotelə çatdırılma, hoteldə yerləşmə (səhər yeməyi daxil), asudə vaxt daxildir. Həmçinin İstanbulun tarixi yerlərinə ekskursiya, 3 adda yemək, soyuq və isti qəlyanaltılar, spirtli içki və maraqlı əyləncəli proqramı daxildir. Həmçinin bu pula aeroporta çatdırılma və Bakıya yola düşmə də daxildir.
8 mart Qadınlar Günü münasibətilə də turizm şirkətlərindən biri Zaqatala - Balakən - Gürcüstan turu 8-9-10 mart tarixlərində 155 manata 2 gecə 3 gün qalmaqla tur elan edib.
Azərbaycan daxilində olan qiymətlərə gəlincə isə Şəkidə 6 gün (5 gecə qalmaq) istirahətin 1 nəfər üçün qiyməti (iki nəfərlik otaqda yerləşməklə) 675 manatdan başlayır. On nəfərlik qrupla bir nəfər üçün qiymət 335 manatdır. Lənkəran turu isə 275 manatdır.
Turizm şirkətləri Novruz tətili günlərində ən çox gəliri Türkiyəyə və Avropaya təşkil etdikləri səfərlərdən gözləyirlər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Günün ulduz falı - 11.03.2014
BÜRCLƏR bizə nə vəd edir?-1 Fevral
"2" almış məzunların çoxu bu rayondandır - SİYAHI
Miniatür əl işləri
Moda şousu dağlarda, körpü üzərində oldu
Ermənilərin ən ağır günü
2019-cu ilin son iş gününün HAVAsı
Nur Yerlitaş canlı yayımda üzr istədi-FOTO
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Bu gün Qədir-Xum bayramıdır
Heyva ətirli toyuq qızartması (foto-resept)
Avakado maskası ilə dərinizi nəmləndirin
Ətlə ayran birlikdə qəbul edilərmi?
Müəllimlərin maaşı artacaq - 26 rayonda
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Ançelotti: "Hədəfimiz 3 kubokdur"
Hava haqqında - 16.09.2013
Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?
Sızanaqların müalicəsi üçün
"Gəncliyin ən yaxşısı" - (İtaliya-2003)
Nazir müavini: "Öz fənlərini kifayət qədər yaxşı bilməyən müəllimlər bu gün də təhsil sistemində çalışırlar"
Bunu da görəcəyik
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Mənzil almaq istəyən müəllimlərə ŞAD XƏBƏR - VİDEO
"Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"
Rühəngiz Müsəvi yeni imicdə-VİDEO
Cinsi uyğunlaşma testi
Yaponiyanın sənətkar əkinçiləri
Hava haqqında - 12.02.2014
Yaponiyada vulkan dəhşəti davam edir
Həcc ziyarəti başladı
Dekabrın 22-də nə baş verəcək?- Hamı bu tarixi gözləyir - VİDEO
Serenaydan 1,5 milyonluq imza - FOTO
İmtahan fənlərinin sayı artırılacaq
Dilqəmdən oğluna məktub
Avtomobillərin texniki baxışında yeniliklər
Britaniyada moda mükafatları sahiblərini tapdı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Hz. Məhəmmədin doğulduğu evi sökürlər
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Tələbələrə ŞAD XƏBƏR: bu universitetdə imtahanlar ləğv edildi
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
ÜST: “Koronavirus adi fövqəladə vəziyyət olmaqdan çıxıb”
Kral ailəsi Bekhemi seçdi
Hollivud aktyoru qəzaya düşdü
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Azərbaycanda nə qədər avtomobil var?
Avropa çempionatında 3 gümüş, 1 bürünc medal
Dolu bədənli xanımlar üçün geyimlər
- ŞƏRHLƏR