Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Avtomobildən ətrafa yayılan zərərli qazların miqdarı 1 ildə 800 min tondur

 

Azərbaycanda 2014-cü il yanvar ayından etibarən “Avro-3” standartı tətbiq ediləcək. Bu addım, həm də nəqliyyat vasitələrinin ekologiyaya vurduqları zərərin minimuma endirilməsi məqsədilə atılır.Anspress yazır ki, ölkədə olan 1 milyon 200 min avtomobilin əksəriyyəti isə bu standartlara cavab vermir. Xüsusilə sovet maşınları. Bunu keçirilən reydlərə əsasən də demək olar.“Avro 3” avtomobillərin ekoloji təhlükəsizliyidir ki, bu da onların mühərrikdə yanan bir sıra zərərli qazların miqdarını məhdudlaşdırır. “Avro-3”ün tələblərinə cavab verən avtomobillərin mühərrikləri müəyyən qədər mükəmməl konstruksiya hesab olunur.Atmosferin çirklənməsində avtomobil nəqliyyatının payı 75 %-ə qədərdir. İl ərzində avtomobil nəqliyyatından ətrafa yayılan zərərli qazların miqdarı 800 min tondur. Atmosferə qarışan bu qazlar isə ekologiyanı çirkləndirməklə qalmır, qorxulu xəstəliklərə yol açır. Belə ki, avtomobilin mühərrikindən atomosferə 200-ə qədər zəhərli qazlar qarışır ki, bunların əksəriyyəti insanda sinir sistemi, qan-damar sistemi, tənəffüs yolları xətəliklərinə yol açır. Həmçinin həmin maddələrlə zəhərlənmə insanını genefondunda da dəyişiklik yaradaraq, gələcək nəsilin sağlamlığını təhlükə altına alır. Odur ki, atmosferi çirkləndirən avtomobillərdən ölkəmizi qorumaq ekologiya ilə yanaşı, sağlam gələcəyin zəmanətidir.

Mənbə: Milli.Az

Səslərin sayı: 0
0
855
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!