Məkkə çayı
Məkkə çayı gözəl görünüşlü, alqırmızı rəngi ilə insanı cəlb edir. Hələ qədim zamanlardan bir çox ərəb ölkələrində bu xeyirli çay bir çox xəstəliklərin əlacı sayılırdı. Tərkibindəki turşular zərərli xolesterinə və infeksiyalara qarşı mükəmməl şəkildə mübarizə aparmağa kömək edir. Güclü antioksidan hesab olunan bu turşular insan orqanizimində bəd xassəli şişlərin əmələ gəlməsinə mane olur. Məkkə çayının tərkibindəki P vitamini qan damarındakı divarcıqları möhkəmləndirir. Belə halda qan çox rahat və yüngül dövr edərək, hüceyrələri oksigenlə və qida maddələri ilə təmin edir. Bundan əlavə Məkkə çayı qaraciyər və mədə-bağırsaq sistemini düzənləyir, yüksək qan təzyiqini aşağı salır. Çayın yarpaqlarını və toxumlarını isə diatermiya zamanı sakitləşdirici kimi istifadə olunur. Hamilə xanımlar da ”Sudan qızılgülü”-nü ürəklə içə bilərlər. Məkkə çayını içdikdə qaraciyər toksinlərdən təmizlənir və bu zaman insan orqanizimində allergik reaksiyalar yox olur. Astma xəstələrinin öskürəkləri tədricən yox olur, dəri təmizlənir, saçlar isə parıltılı və möhkəm olur. Soyuqdəymə zamanı bu çay insan üçün bir tapıntı kimi olur. Onu xəstəliyin ağır fəsadlarından xilas edir. Məkkə çayı insanı gərginlikdən, neqativ hallardan, ürək sancılarından, baş ağrılarından qoruyur. Yuxusuzluğu aradan götürən Məkkə çayı miqren xəstəliyinə qarşı faydalıdır. Bağırsaqlardakı parazitləri yox etmək üçün onu ağızda 10 dəqiqə çeynəmək yetərlidir. Dəmlənmiş Məkkə gülünün yarpaqlarını atmayın, onların tərkibində sağlamlıq üçün lazım olan bir çox maddələr vardır. Onlardan biri olan pektin orqanizimdəki ağır metalları və ziyanlı toksinləri məhv edir. Ləçəklərini meyvə və tərəvəz salatlarına, dadlı şərbətə, pudinqə və siropa əlavə etmək olar. Müalicəvi xüsusiyyətlərini artırmaq üçün yaxşı olardı ki, çayı kəklikotu, dəvədabanı və cökə çiçəklərinin yarpaqları ilə birgə dəmləyəsiniz. Məkkə çayının tərkibindəki vitaminlər dərini hamarlaşdırır, cavanlaşdırır və dəri çox təravətli, gümrah olur. Eyni zamanda həyat özü də firavan olur, çünki insan sağlam və gözəl olanda həyat onun üçün daha maraqlı olur.
İtburnu kol şəkilində bitir. Tikanlı olumaqla yanaşı qızılgülə bənzəyən çiçəyə sahibdir. Gülləri ağ, bəzən də çəhrayı rəngli olur. Gülləri də meyvəsi kimi çox qiymətlidir, həm də müalicəvi əhəmiyyəti çox böyükdür. Gülündən mürəbbə bişirib hər gün 10 qram yeyilərsə bədən gümrah qalar və gec qocalar. Qanlı ishala qarşı, mədə zəifliyi və sinədən qanaxma olduğu zaman istifadə edilir. Meyvəsi xassəcə quruluq və qəbizlik yaradır. Mədə, ürək və qaraciyəri möhkəmləndirir. Meyvəsinin dəmləməsi sidikqovucu təsir bağışlayır. Böyrəyi təmizləyir. Şirəsi və şərbəti isə qara ciyərə faydalıdır. Onun suyu ilə qarqara etmək damağı möhkəmləndirir. Meyvəsinin içində olan tüklər yaranı sağaldır. Meyvələri C vitamini ilə zəngindir.
Dəmrovotu
Tibbdə dəmrovotunun dəmləməsini qaraciyər, öd və böyrək xəstəliklərində, podaqra, bəzi dəri xəstəliklərində (psoriaz, qaşınan dermatozlar, eroziya, dəri vərəmi) tədbiq edilir. Eləcə də herpetik xoralı stomatitin, trixomonad kolpitin kompleks müalicəsində digər preparatlarla birgə tədbiq edilir. Dəmrovotunun tərkibində alkaloidlər, flavonoidlər, saponinlər, üzvü turşular, efir yağları, vitaminlər vardır. Buna görə də əsas təsirləri spazmolitik, yerli keyləşdirici, öd qovucu, sidikqovucu, işlədici, bakterisid və epitelizasiya edicidir. İstifadə qaydasını ancaq müalicə üsulu ilə etməlisiniz. 1 xörək qaşığı xammalın üzərinə 1 st qaynar su töküb, dəmə qoyursuz və soyudub süzürsüz. Çay kimi gündə 3 dəfə içmək lazımdır. Hər dəfə yeməkdən 15 dəqiqə əvvəl yarım stəkandan az içilir.
Südlü çayda süd verən analara faydası var. Bir stəkanın yarısına su, yarısına dəm, yarısınada süd töküb için və südünüzün necə artdığının şahidi olacaqsınız. Ümumiyyətlə çay içərkən, əsasən də otları bir-birinə qarışdırmayın. Bir orqana xeyri varsa, digər bir orqana ziyanı var. Əsasən də təzyiqi aşağı salır. Ot çayları içərkən hər zaman bal istifadə edin ki, təzyiqiniz normal olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Çuğundur və gavalı salatı (foto resept)
Məşhur aparıcıdan ETİRAF
Peraşki (foto resept)
Zövqlü xanımlar üçün
Qadını düzgün dəyərləndirək
Dəcəl Qadın.Net xanımları (2)
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Yağları əridən içkilər
Bu gecə 24 oyun olacaq
İlham Əliyev Varşavada Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİB
Dəbli cins kurtkalar
Gözümüzü qırpmasaq, nə olar?
Bu günün hava proqnozu - 08.11.2013
Petek Dinçöz Şəkiyə gəlir
Yuxuda bizi yoran vərdişlər
İnternetin qiyməti artacaqmı?
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Murat Dalkılıça Hande Erçeldən dəstək
1963-cü ilin gitarası 400 min dollara satıldı
Planetin ən yaşlı insanı vəfat edib
Yol polisindən sürücülərə xəbərdarlıq
Dahi Stiv Cobs: 59 il əvvəl...
Roma mədəniyyəti - 2
Qonaq otağı dizaynları
Tibbin aciz olduğu xəstəlik- FOTO
Savadsız həkimlərimizin sayı AÇIQLANDI
Körpələr üçün bələklər
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Lüks həyatı olan 16 yaşlı Raşid-FOTO
Revmatizma ağrısını aradan qaldıran bitkilər
Dəniz suyunun faydaları
Siena beynəlxalq şəkil mükafatları
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Uşağa nece xeyr demək olar
Güzgüylə dizayn edilmiş otaqlar
104 yaşını 400 nəvə-nəticəsi ilə qeyd etdi - FOTO
Azərbaycanda həkim çatışmazlığı var? - RƏSMİ
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Sağlam pəhrizin incə məqamları
İrem Sak Kvançı təriflədi
Birlikdə keçirdiyiniz vaxt
Mobil qurğular məsləhətçiləri əvəzləyir
Ən yaxşı qısa saç modelləri
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
Kəsmikli rulet (foto-resept)
Baş həkim beynəlxalq axtarışa veriləcək
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
- ŞƏRHLƏR