Alimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.
Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.
İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Antitellər ilə viruslar arasında baş verən mübarizə üç şəkildə nəticələnə bilər: viruslar zərərsiz məhv edilir, müvəqqəti xəstəlik törətdikdən sonra zərərsizləşdirilir və ya ən pis ehtimalla orqanizmdə nəzarətsiz şəkildə yayılırlar.
Alimlər virus infeksiyaları ilə mübarizə aparmaq üçün süni antitellər əmələ gətirərək birinci ehtimalı daha da gücləndirmək istəyirlər. Bu süni antitellərdən əvvəlcə virusları müəyyən etməkdə istifadə olunacaq, sonrakı mərhələlərdə isə bu antitellər külli miqdarda hasil edilərək virusların üstünə göndəriləcək.
Virusa qarşı “VİP”
Şimali İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universiteti tədqiqat qrupunun hazırlamaq istədiyi süni antitellər sadə məntiqə əsaslanır: virusu müəyyən et, virusun surətini nanozərrəciklərə yerləşdir və meydana gələn virus-nanozərrəcik birləşməsi ilə əsl virusu məhv et.
Tədqiqatçılar viruslu nanozərrəciklər hasil etmək üçün iki metod üzərində işləyirlər. Birinci metod birləşdirici kimyəvi maddələrdən istifadə edərək virusu silisium nanozərrəciyin (SNP) üstünə yapışdırmaqdır. Ancaq burada istifadə edilən kimyəvi maddələr orqanizmə həddindən artıq zərərlidir.
Uğurlu nəticələr əldə edilib.
SNP-ni örtən təbəqənin optimal qalınlığını müəyyən edən tədqiqatçılar daha sonra əldə etdikləri VİP-i virus infeksiyalı qan serumunda sınaqdan keçiriblər. 30 dəqiqə sonra virusların 88%-nin üstünü VİP-lər bürüyüb. VİP-lər virusa yoluxmuş su məhlulunda daha yüksək nəticə göstəriblər.
Alimlər əldə edilən ilk nailiyyətdən sonra VİP-lərdən müalicə məqsədilə istifadə etmək istədiklərini bildiriblər. İsveçrəli elm adamları yeni virus növləri ilə mübarizə aparan nanozərrəciklər hasil edildiyi təqdirdə gələcəkdə külli miqdarda süni antitel hazırlaya biləcəklərini deyiblər.
R. Əkbərov
XƏBƏR LENTİ
Bitki çayları ilə arıqlama tədbiri
Düşmən rayonlarımızı atəşə tutub - RƏSMİ
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
Alla Puqaçova həyat yoldaşı ilə İKİNCİ DƏFƏ evləndi
Daun sindromu haqqında doğru bilinən yanlışlar
Türkiyəyə qar yağdı
Məhkum qadınlar arasında gözəllik yarışması-FOTO
Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi
Makiyaj texnikası
Hava haqqında
Sağlam arıqlamağın yolu
Badımcan bükməsi (foto resept)
Sel Astaraya ziyan vurub
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Acundan Şeymaya daha bir TƏLƏB
Azərbaycanda il ərzində yeni Ayın təzələnmə vaxtı açıqlanıb
Adi soyuqdəymə ilə qarışdırılan zəhlətökən xəstəlik - ƏLAMƏTLƏRİ
Coni Deppin pərəstişkarları onun “qisasını” almağa hazırlaşır
Azərbaycanda tələbələrin köçürülməsi başa çatdı
Bakı Avropaya mühüm sənəd verdi
Portağallı-şokoladlı ürək dondurma (foto resept)
Qızıl ucuzlaşıb
Azərbaycanın ikinci süni peyki orbitə buraxılacaq
Bakıdan İrəvana çox sərt cavab
2015-ci ilin gəlin saç modelləri
Bu həkimlər cərimələnəcək
Azərbaycan 2 böyük ölkə ilə qarşı-qarşıya
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
Real həyatda cizgi film qəhrəmanları
Budurmu sevgi?
Xəzərdə dairəvi kruiz marşrutu yaradılacaq
Evimizdəki gizli "düşmənlər"
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Kişilər evləndikdə niyə kökəlir?
Günün qoroskopu: Pozitiv gündür!
Xama alarkən nəyə diqqət yetirmək lazımdır?
Günün qoroskopu: ailədə harmoniyanı qoruyun
Sabah Bakının bu əraziləri qazsız qalacaq
Bakıda avtobusların fəaliyyəti ilə bağlı daha bir qurum yaradılır
Dünyanın ən sürətli qadını rekord qurbanı oldu-FOTO
Fantastik heyvanlar
"Dərmanları içməyi unutdum" deməyəcəksiz
Qızardılmış toyuq (foto resept)
Günün qoroskopu: Uğurlu gündür!
May ayında əfv gözlənilir?
Gözəllik maskaları
Ukraynada prezident dəyişir?
Yaponiyada quş qripi aşkar edilən bölgələrin sayı artdı
Avqust ayının qalibləri!
Misirdə məscidləri bağlayacaqlar
- ŞƏRHLƏR