Müasir dövrümüzdə “autizm” termininin çox işləndiyinin şahidiyik. Son illərin ədəbiyyatında bu xəstəliyə rast gəlmə tezliyinin artması və xəstəliyin cəmiyyət üçün qlobal problem olması haqqında məlumatlar çoxdur. Bəs autizm nədir və hansı əlamətləri var? Gələcəyimiz olan uşaqları necə qoruya bilərik və bu problem müalicə olunurmu? Bu kimi çoxsaylı suallara cavab verməyə çalışaraq, autizm haqqında məlumatı az olan analara kömək olmaq istədik.
İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler(1857-1939) tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib. “Autizm” termini “autos” (özüm) yunan sözündən götürülüb. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943-cü ildə erkən uşaq autizminin təsvirini verib.Asperger sindiromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur.Onu qeyd etmək lazımdır ki, yalnız Rett sindromu qızlarda müşahidə olunur.
Autizm erkən yaşlardan başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Autizm irsi mənşəlidir, ancaq sırf irsi mənşəli olması hələ də tam sübut olmayıb. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir. Ümumiyyətlə, autizmli uşaqlar seçilirlər. Özlərinə qapanır və ünsiyyətə girməyə çətinlik çəkirlər. Uşaqlar eşitdiklərini, duyduqlarını olduğu kimi qəbul etmir, ona görə də davranışlarında problemlər yaranır. Autizmin əlamətləri uşağın yaşına və inkişafına görə dəyişə bilər. Hətta belə uşaqlar vaxtında danışmağa, cizgi filmindən və şeirlərdən bəndləri, ya da kiminsə səsi ilə eyni sözləri təkrarlamağı bacara bilər. Lakin, autizmli uşaqlar oyuncaqla deyil, oyuncağın hər hansı elementi ilə oynayır və eyni zamanda bir əşya ilə bir saat deyil, saatlarla oynayırlar. Belə ki, normal uşaqlar bir oyuncaqla bir saat oynadıqdan sonra yorulur və onu başqa oyuncaqla əvəz edir. 5-7 yaş dövrü olan uşaqlar rollu oyunları, məsələn: satıcı, həkim, müəllimə, ana obrazındakı oyunları sevirlər. Lakin autik uşaqlarda bu, mümkün olmur və xəstə uşaqlar özlərini birinci şəxs yox, üçüncü şəxs kimi söyləyirlər. Məsələn: “mən gəlirəm” əvəzinə “o gəlir” deyə bilərlər.
Autizmin əsas əlamətləri: barmaqlarının ucunda gəzmə, yerində fırlanma, ətrafına qarşı laqeydlik, eyniliyi istəmə və dəyişikliyi sevməmək, səbəbsiz ağlamaq və gülmək, ünsiyyət problemi, göz kontaktının olmaması, yellənmək, tək başına qalmaq istəyi, əllərini- qollarını fırlatma, özünü vurma, əllərini dişləmək, dayanmadan əl çalmaq və s.
Uşağa 36 aylıq yaşa qədər diaqnoz qoyulmalıdır və diaqnozu nevropotoloq qoymalıdır. Belə ki, autizmin əlamətləri 7 ayında özünü göstərə bilər. Məsələn: 3 aylıq normal uşaq anaya gülümsəyir, 7 ayına qədər anaya qollarını açırsa, 7 ayında autik uşaqlarda əlamətlər göstərir ki, onlar ananın varlığının fərqində belə olmur. Autik uşaqlar körpəlikdə 2 cür xüsusiyyətlərə malik ola bilərlər: ya dayanmadan səbəbsiz ağlayan və yerində dayana bilməyən, ya da həddindən artıq sakit və laqeyd ola bilərlər. Hətta ana onu otaqda tək qoyub getsə belə, onun üçün dəyişən heç nə olmur. Bəzən autizmi əqli gerilik, ya da hiperaktivliklə də səhv salırlar. Lakin qeyd etmək lazımdır ki, autik uşaqlarda həm əqli gerilik, həmdə hiperaktivlik olur.
Autik uşaqlara birinci növbədə ünsiyyət və davranış öyrədilməlidir; onlarla təkcə psixoloq yox, loqoped və defektoloq paralel şəkildə işləməlidir. Xəstə uşaqlarda loqopedin köməyi ilə nitq inkişaf edirsə, defektoloqun köməyi ilə hərəkətlər tənzimlənir, məsələn: otur, dur, salamlaş, sağollaş və s. Psixoloqun köməyi ilə autik uşaq cəmiyyət arasında özünü idarə etməyi öyrənir və sosial mühitə adaptasiya olur. Məsələn: pişiyin heyvan olduğunu, harada yaşadığını, nə yediyini, hansı səsləri çıxardığını öyrənir. Uşaq olarkən valideynlər onların yanında olur, amma böyüyəndə onlar təkbaşına özlərini idarə etmək məcburiyyətindədirlər. Autik uşağın birinci növbədə diqqəti korreksiya olunmalıdır. Paralel olaraq evdə valideynin də öhdəsinə məsuliyyət düşür.
Uşaqda autizm nə vaxt aşkar olunarsa, elə həmin andan tədrisə başlanmalıdır. Tədrisə nə qədər tez başlanarsa, nəticə o qədər uğurlu olar. Ümumiyyətlə, analar uşaqlarda hər hansı qeyri-adi hərəkətlər hiss etsələr, mütləq psixoloqa müraciət etsinlər. Fikirləşməsinlər ki, yaş keçdikcə keçib gedər. Bu haqda qonşulara, yaxınlara sual verməkdənsə, bir dəfə mütəxəssisə müraciət etmələri problemi onların usaqlarının xeyrinə həll etmələrinə yardım etmiş olacaqlar.
Təbii ki, hər ana üçün bunu qəbul etmək çətin olur, qorxmaq, geri çəkilmək əvəzinə, sadəcə inanmaq lazımdır. Ən birinci isə, səbrli olmaq lazımdır. Valideynlər bunun səbəblərini bir-birlərində axtarmasınlar, çünki bunun səbəbləri hələ tam məlum deyil. Nə sevgi azlığından, nə stres və qorxudan, nə də imkansızlıqdan olduğu bilinmir. Dünyanın istənilən ölkəsində bolluq içində yaşayan bir ailədə belə autik uşaq dünyaya gələ bilər. Buna görə də ana və atalar bir-birlərini günahlandırmaq əvəzinə, əl-ələ verib uşağın tədrisi ilə məşğul olmalıdırlar. Çünki bu uşaqların tədrisləri davamlı şəkildə olarsa, onlarında özlərinə görə uğurlu nəticələr əldə olunar.
Əziz valideynlər, əgər uşaqlarınızda münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik, ətrafdakılara yad və laqeyd münasibət, insanlara cansız əşyalara olduğu kimi münasibət, sosial davranışların “incəliyini” və digər insanların dР° istəyinin, məqsədinin, nəzər-nöqtəsinin olduğunu başa düşməmək, sözlərin mənasını anlamaqda çətinlik, ancaq öz ehtiyaclarının ödənilməsi ilə Рјəhdudlaşan ünsiyyət, başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik, nitqdən qeyri-adi istifadə və nitqi hərfi РјənР°dР° anlamaq, bir fikirdən digərinə keçməkdə çətinlik, dəyişikliklərə müqavimət və s. kimi əlamətləri müşahidə edirsinizsə, o zaman mütləq ixtisaslaşmış müəssisələrə müraciət edin! Bu, sizin uşağınızın sosial mühitə adaptasiya olmasına kömək etmiş olacaq!
Əgər şübhəli və normadan kənar hallar ilə rastlaşmış olsanız, bu ünvanda təmənnasız müayinədən istifadə edə bilərsiniz:
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 4, "Autist Uşaqlarin Reabilitasiyasına Kömək" İctimai Birliyi
Telefon: 012 511 36 17, 055 742 00 75, 077 742 00 75
Hamınıza sağlam övlad arzu edirik!
Psixoterapevt həkim, phd. Kərəmova N.Y.
Psixoloq Əzimova G.
XƏBƏR LENTİ
Dişə zərərli qidalar
Putinin Türkiyə - Vatikan şərhi
Dünyanın ən “kök” 10 ölkəsi
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
Soyuq qışa hazır olun
Övliya kimdir?
Doğuş sonrası depressiya
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Tək rəng dəbi
Facebookdan yenilik
Erməni həvəsi qursaqda qaldı
Detoksdan uzaq olmaq üçün 7 səbəb
Canlı əfsanə səfir oldu
HAVA necə olacaq?
Övladınız sözə qulaq asmır?
Uşaqlar uçun xəz papaqlar
Bolqar xıçınisi (foto-resept)
Buzdan “Mercedes G” düzəltdi-FOTO
Nazir müavini karantin rejiminin müsbət tərəflərindən danışdı
Qadın çantalarındakı mikroblar təhlükə yaradır
2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
Qadınların kişiləri qorxudan 9 xüsusiyyəti
Cəbhədə gərgin gecə
Bel və qarın ətrafındakı yağları əridən ərzaqlar
Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara xoş xəbər...
Yaylıqların fərqli bağlanışı
Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
Sabahın hava proqnozu
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
Kral cangüdəni ilə evləndi - FOTO/VİDEO
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Məktəblərin bağlanması gözlənilir? - RƏSMİ
Plastik kartlar dəyişəcək
Uşaqların I sinfə qəbulu ilə bağlı yeni metod
Bəbiri ovlayan şəxs külli miqdarda cərimələndi
Bürclərin sevgiliykən ortaya çıxan xüsusiyyətləri
Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı - FOTO
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Qeyri-adi tikililər
Doğulduğundan bəri günə 6 milyon dollar qazanıb
Azərbaycanda digər şəhərlərin ictimai nəqliyyatında da ödəniş kartları tətbiq ediləcək
Acı bibərlə bağlı yeni faktlar
Xəstəliyə qarşı mürəbbələr (3)
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Saçlarını evdə boyayanlara 7 təklif
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Çay və qəhvə haqqında bilmədiklərimiz
Almaniya yığması London metrosunda
Gəncə dünyada ilkə imza atır
Bill Qeyts: "Bu, yanlış addım idi"
- ŞƏRHLƏR