Xərçəngin qidalanma ilə əlaqəsinin 10-70 % arasında dəyişdiyini bildirən professor Mustafa Tayar qidaların tarladan süfrəyə gələnə qədər bir çox mərhələdən keçdiyini qeyd edib. "Bu mərhələlərdə müxtəlif fiziki, kimyəvi dəyişikliklərə məruz qalmaları, xarici maddələrlə çirklənmiş olmaları kimi hallar qidanın keyfiyyətinə təsir edir və nəticədə həmin qida insanın sağlamlığını poza biləcək hala düşür. Orqanizmdə yeni hüceyrə meydana gəlmə prosesində qidaların keyfiyyət və miqdarı böyük əhəmiyyət kəsb edir. Orqanizmin əsası olan hüceyrədə meydana gələcək hər hansı bir pozğunluq zamanla fəaliyyətini artıraraq toxumalara, orqanlara və bütün orqanizmə yayılır".
Xərçəngin meydna gəlməyinin qidanı qəbul etmə tərzindən asılı olduğunu deyən M.Tayar qoyun, mal-qara, keçi və toyuq əti, hamburger, sadə, yağlı ətdən edilən küftələr, sosiska, kolbasa, kərə yağı, yağda qızardılmış qidalar, nitrit və nitrat əlavə olunmuş qidalarla birbaşa odda bişmiş ətlərin istifadə edilməsinin xərçəng riskini artırdığını vurğulayıb. Bundan başqa, köklük, spirtli içkilərin qəbulu və siqaret xərçəng riskini artırır.
Gündəlik pəhrizimizdə tərəvəz, meyvə və dənli bitkilərin kifayət qədər yer almadığına görə xərçəng quruluşlu molekullar meydana gəlir. Bu molekullar bağırsaq səthi ilə mütəmadi olaraq təmasda olduları üçün xərçəng meydana gəlmə riski artır.
Köklük xərçəngin əmələ gəlməsində risk faktorudur. Kök adamlarda xərçəngdən ölüm nisbətinin arıqlara nisbətən daha çox olduğu müəyyən olunmuşdur. Həddindən artıq spirt qəbulunun dodaq, ağız, boğaz xərçənginə səbəb olduğuna, qaraciyər, ağciyər xərçəng riskini artırdığına dair faktlar da var. Siqaret və qəlyan çəkməyin və ya siqaret tüstüsünə məruz qalmağın müxtəlif növ xərçəng xəstəliyinə səbəb olduğu aşkar edilib. Tütünlə spirtli içki qəbulu eyni zamanda baş verirsə, bu risk daha da artır.
Bəzi vitaminlərin çatışmazlığı da xərçəng riskini artırır. A, C, E vitaminləri, sink, kalsium, selenium, yod və dəmir kimi mineralların çatışmazlıqlarını buna misal göstərmək olar. Təkcə bu deyil, qidaların bişirilmə forma və müddəti də xərçəng yaradan faktorlar sırasına aiddir. Səhv bişirmə üsulları qidalarda xərçəng qoruyucu vitaminlərin itkisinə gətirib çıxarır. Xüsusilə, tərkibində zülal və yağı çox olan qidaların (ət kimi) birbaşa odda və tüstüdə bişirilməsi buna aiddir. Çox qızdırılmış yağda yemək bişirmək və sonra həmin yağı yeməyə əlavə etmək də xərçəng riski yarada bilir. Qidaların ömrünün uzadılması üçün onların tərkibinə müxtəlif qida qatqıları vurulur ki, bu qatqıların da bir çoxu insanda xərçəng xəstəliyinin yaranması riskini artırır. Bunların zərərli olanlarının istifadəsi qadağandır. Ancaq buna baxmayaraq, bu qatqı maddəsinin zərərsiz olduğunu düşünüb onu qəbul etmək də doğru deyil. Çünki hər şeyin artığı zərərlidir.
XƏBƏR LENTİ
Dünya mətbəxi - Türkmənistan
Qaz smart-kartlarına 10 manat hədiyyə edilməsi ilə bağlı söhbətlərə aydınlıq gəldi - RƏSMİ
Vitaminlərin sirləri(2)
Yapon dənizində çirkab suların təmizlənməsi üçün bakteriyalar tapılıb
Obamanın qızı Harvardda oxumağa başladı
Dünyanı gözləyən təhlükə
Ahmet Kural həbs edildi
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Çindən inanılmaz uğur: 30 kosmik aparat...
Windows Phone harada populyardır?
Leyla Əliyevadan xanımlarla bağlı paylaşım
Hadisənin arxiv şəklini yaydı-FOTO
Bakı 2015: Azərbaycan 34-cü medalı qazandı
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Windows üçün ilk dəfə
Hər evli cütlüyün bilməli olduğu 4 maddə
Hamilə Gigi Hadidi görənlər tanımadı-VİDEO/FOTO
Memarlıq festivalı
Kim? Harada? Necə? (Final)
Nikah müqaviləsi nə deməkdir?
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
İçlikli ət ruleti (foto resept)
Azərbaycanda problemli kreditləri olanları hansı güzəştlər gözləyir?
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
Ən ağıllı heyvanlar hansılardır?
Qaraciyər paşteti (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir?-27 Oktyabr
İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı - RƏSMİ
Dua Lipa yeni ili Mayamidə qeyd etdi-FOTO
Azərbaycanın “Avroviziya-2018”-dəki rəqibləri məlum oldu
Evdə pişik, çöldə pələng (Test)
Əlcək modelləri
WhatsApp SİM kart satışına başladı
Telekanallarda monitorinqlər başlanıldı
Real rəsmlər
Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO
Diş çəkdirərkən öldü, tabutda dirildi
Azərbaycanda zəlzələ oldu
Çoxobrazlı Aygün Kazımova stili
Azərbaycanda bu şəxslərə də yardım ediləcək - Deputatdan AÇIQLAMA
Bakıda daha bir yenilik
Ferhat Göçərin xanımından SƏRT İRAD
Kuryer, liftçi, sürücü vəzifələrinə işə qəbulda müsabiqə ləğv edildi
Əsgərimiz şəhid oldu
Onu pişiklər bu hala saldı
Yanvar ayının seçilmişləri!
Hadisə bütün qadınlara səsləndi
Qadınlar haqqında bilmədikləriniz
Yeni doğulmuş körpəyə gigiyenik qulluq
Dənizlinin “Xəzər Lənkəran”dakı yeni qaydaları
- ŞƏRHLƏR