Qadin.NET / Xərçəng riskini artıran amillər

Xərçəng riskini artıran amillər

Xərçəng riskini artıran amillər

Xərçəngin qidalanma ilə əlaqəsinin 10-70 % arasında dəyişdiyini bildirən professor Mustafa Tayar qidaların tarladan süfrəyə gələnə qədər bir çox mərhələdən keçdiyini qeyd edib. "Bu mərhələlərdə müxtəlif fiziki, kimyəvi dəyişikliklərə məruz qalmaları, xarici maddələrlə çirklənmiş olmaları kimi hallar qidanın keyfiyyətinə təsir edir və nəticədə həmin qida insanın sağlamlığını poza biləcək hala düşür. Orqanizmdə yeni hüceyrə meydana gəlmə prosesində qidaların keyfiyyət və miqdarı böyük əhəmiyyət kəsb edir. Orqanizmin əsası olan hüceyrədə meydana gələcək hər hansı bir pozğunluq zamanla fəaliyyətini artıraraq toxumalara, orqanlara və bütün orqanizmə yayılır".

Xərçəng riskini artıran amillər

Xərçəngin meydna gəlməyinin qidanı qəbul etmə tərzindən asılı olduğunu deyən M.Tayar qoyun, mal-qara, keçi və toyuq əti, hamburger, sadə, yağlı ətdən edilən küftələr, sosiska, kolbasa, kərə yağı, yağda qızardılmış qidalar, nitrit və nitrat əlavə olunmuş qidalarla birbaşa odda bişmiş ətlərin istifadə edilməsinin xərçəng riskini artırdığını vurğulayıb. Bundan başqa, köklük, spirtli içkilərin qəbulu və siqaret xərçəng riskini artırır.

Xərçəng riskini artıran amillər

Gündəlik pəhrizimizdə tərəvəz, meyvə və dənli bitkilərin kifayət qədər yer almadığına görə xərçəng quruluşlu molekullar meydana gəlir. Bu molekullar bağırsaq səthi ilə mütəmadi olaraq təmasda olduları üçün xərçəng meydana gəlmə riski artır.

Köklük xərçəngin əmələ gəlməsində risk faktorudur. Kök adamlarda xərçəngdən ölüm nisbətinin arıqlara nisbətən daha çox olduğu müəyyən olunmuşdur. Həddindən artıq spirt qəbulunun dodaq, ağız, boğaz xərçənginə səbəb olduğuna, qaraciyər, ağciyər xərçəng riskini artırdığına dair faktlar da var. Siqaret və qəlyan çəkməyin və ya siqaret tüstüsünə məruz qalmağın müxtəlif növ xərçəng xəstəliyinə səbəb olduğu aşkar edilib. Tütünlə spirtli içki qəbulu eyni zamanda baş verirsə, bu risk daha da artır. 

Xərçəng riskini artıran amillər

Bəzi vitaminlərin çatışmazlığı da xərçəng riskini artırır. A, C, E vitaminləri, sink, kalsium, selenium, yod və dəmir kimi mineralların çatışmazlıqlarını buna misal göstərmək olar. Təkcə bu deyil, qidaların bişirilmə forma və müddəti də xərçəng yaradan faktorlar sırasına aiddir. Səhv bişirmə üsulları qidalarda xərçəng qoruyucu vitaminlərin itkisinə gətirib çıxarır. Xüsusilə, tərkibində zülal və yağı çox olan qidaların (ət kimi) birbaşa odda və tüstüdə bişirilməsi buna aiddir. Çox qızdırılmış yağda yemək bişirmək və sonra həmin yağı yeməyə əlavə etmək də xərçəng riski yarada bilir. Qidaların ömrünün uzadılması üçün onların tərkibinə müxtəlif qida qatqıları vurulur ki, bu qatqıların da bir çoxu insanda xərçəng xəstəliyinin yaranması riskini artırır. Bunların zərərli olanlarının istifadəsi qadağandır. Ancaq buna baxmayaraq, bu qatqı maddəsinin zərərsiz olduğunu düşünüb onu qəbul etmək də doğru deyil. Çünki hər şeyin artığı zərərlidir.

17 aprel 2014
GO BACK