Nikel nədir?
Nikel, saf halıyla gümüş qədər parlaq olan, müxtəlif örtmə işlərində istifadə edilən, əmtəə təməlli bir elementdir. O, ətrafımızda olan ən məşhur metallardan biridir.
Nikel allergiyası - nikelə qarşı həssaslığı olan insanın bu maddə ilə təması nəticəsində bədəninin reaksiya göstərməsidir. Yəni, insanın nikelə allergiyası olması vəziyyətidir. Nikel allergiyası irəliləyən mərhələlərində ekzema xəstəliyinə səbəb ola bilər.
Nikel allergiyası kimlərdə rast gəlinir?
Nikel allergiyasına kişilərdən çox qadınlarda rast gəlinir. Bunun ən əhəmiyyətli səbəbi isə qadınların bədənlərində daşıdıqları qiymətli materiallardan qaynaqlanır. Xüsusilə qulaqları, göbəyi, burnu və s. deşdirərək bijüteriyalar, ziynət əşyalarını taxılması da nikel allergiyasını yaradan amillərin başında gəlir. Nikelin bu şəkildə dəriylə və hətta qanla təmas etməsi bir sıra həssaslıqların da başlanğıcı olmasına səbəb olar. Beləliklə, insanda maddəyə qarşı həssaslıq inkişaf etməyə başlayır və maddənin dəriylə təmasından qısa bir müddət sonra allergik reaksiyalar başlayır. Bu allergik vəziyyətlər ekzemaya da səbəb ola bilər. Kişilərdə də son zamanlarda nikel allergiyasında artmalar müşahidə edilir. Bunun bir səbəbi də kişilərin də artıq müxtəlif bijüteriya taxmağa başlamasıdır. Nikel allergiyası əllərdə ekzemanın inkişafına da səbəb ola bilər. Bu, qapı qolu, kran (paslanmayan poladlar istisna olmaqla) və xarab pul kimi nikel tərkibli bir çox maddə ilə təmas edilməsi səbəbindəndir.
Nikel haralarda olur?
Ən çox nikel ləl-cəvahiratlarda, mətbəxlərimizdə istifadə etdiyimiz metal qazan və ya tavalarda, parlaq qapı qollarında, qıfıllarda, saç sancaqlarında, iynə, toxumaq üçün istifadə olunan millərdə, qayçılarda, pullarda vardır. Sarı qızılda, ağ qızılda, platin və gümüşdə də nikel ola bilər. Bundan əlavə, paltar yumaq üçün olan mayelərdə, saç boyaları və bəzi qida maddələrində də görülə bilər. Yüksək miqdarda nikel tərkibli qidalar da vardır. Məsələn, şokolad, noxud, mərci, qoz, günəbaxan tumunu misal göstərə bilərik. Bu cür qidalardan istifadə edənlərdə nikel allergiyası olan kəslərin vəziyyətləri daha çox pisləşərək ekzemanın daha da dərinləşməsinə səbəb ola bilər. Lakin bu, çox nadir hallarda yaşanır.
Nikel allergiyası hansı simptomlara səbəb olur?
Nikelə allergiyası olan bir adam bu maddəylə təmas etsə, bədəninin hər hansı bir bölgəsində allergik ekzema görünə bilər. Ekzema istər yeni ortaya çıxmış olsun, istərsə də təkrarlanmış olsun, adamın allergiyası olduğu maddəylə təması zamanı dərisində maye dolu qabarcıqlar və iltihablı yaralarla birlikdə, dəridə qızartı və qabarıqlığa səbəb olar. Uzun sürən təmas ekzemasında isə dəridə quruma və çatlamalarla birlikdə şiddətli qaşınma da olur.
Nikel allergiyasının diaqnozu necə qoyulur?
Xəstə dermatoloqa yönləndirilərək yama testi tətbiq olunur. Yama testi əsnasında adamın kürək bölgəsinə allergiyası olduğu maddələr bir lent köməyi ilə yapışdırılır. Bu maddələr xəstənin kürəyində 2 gün saxlanılır. Daha sonra bu maddələr xəstənin kürəyindən götürülür. Dermatoloq 1 və ya 2 gün sonra nəticələri araşdırır. Əgər xəstənin nikel allergiyası varsa, kürək bölgəsində bir dəmir pul böyüklüyündə qızartılı ekzama ləkəsi əmələ gəlir.
İnsan nikel allergiyasına bir dəfə tutulduqda, artıq ondan tamamilə xilas olması mümkün deyil. Ancaq müalicə edərək bu allergiyanın üzərindəki təsirlərini yüngülləşdirə bilər.
Nikel allergiyası zamanı tədbirlər və faydalı tövsiyələr
• Sarı qızıl və ya titan nikel deyildir. Gümüşdə ümumiyyətlə nikel olmur.
• Nikelin quru və çatlamamış dəriyə nüfuz etməsi asan deyil. Bu səbəblə əllərinizi quru və yumşaq tutmağa çalışın.
• Əgər nikel tərkibli bijüteriya - üzük, saat, qolbaqdan istifadə etmək istəyirsinizsə, metalla təmasdan qaçmaq üçün metalı şəffaf dırnaq boyası ilə bir neçə qat örtmək lazımdır.
• Bijüteriya aldığınız zaman onların nikel tərkibli olmadığına dair zəmanət istəyin.
Nikel alllergiyasının müalicəsi
Allergiyadan uzaq olun. Əgər allergik maddədən uzaq olmasanız, tətbiq olunan digər bütün müalicələri də heç etmiş olarsınız. Nizamlı bir şəkildə nəmləndirici kremlərdən istifadə etmək faydalıdır. Dəriniz ümumiyyətlə quru olacaq. Bir müddət kortizon kremlərinin istifadəsinə ehtiyac ola bilər. Əgər kortizon kremi istifadə ediləcəksə, bunun istifadəsindən 2 saat sonra da nəmləndirici krem istifadə edilməlidir. Əgər insan nikellə təmasına davam etsə, bu dəfə allergiya bədənində nikellə təmas etməyən digər sahələrə də yayıla bilər.
XƏBƏR LENTİ
Məhkəmə Nərminin qatilinə həbs QƏRARI VERDİ
Üzünüzə uyğun eynək hansıdır?
Dəsmalları daha yumşaq etmək üçün 8 məsləhət
Daha çox yaşaya bilərik
BÜRCLƏR bizə nə vəd edir? - 7 Aprel
Türkiyədə dəhşətli yol qəzası
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Meşələrdə yaşayan qəribə insanlar
Çimərlik geyimləri
Sabah hava necə olacaq?
Azərbaycan tarixindən yüz şəxsiyyət-92
Meyvəli-kakoslu desertlər (foto resept)
İmumniteti hansı vitaminlər gücləndirir?
Motivasiya testi
Tuneldəki dərinlik
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Şirin xəmirdən hazırlanan tortlar
Hansı toyuqlar halaldır?
Vanna otağı dekorasiyası
Bu məktəblər bağlandı
Dünyanın ən yaxşı çimərlikləri
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Kremli kek (foto resept)
Beyninizi qorumağın 10 yolu
Karantin şəraitində toy - VİDEO
Ermənilər girovumuzu əməliyyat etdilər
Bu kənddə cəmi 3 saat yarım oruc tuturlar
Bakıda şimal küləyi əsəcək
Saçların tez uzanması üçün üsullar
Ayaqaltı modelləri
Tam Günəş tutulması baş verəcək - Vaxt AÇIQLANDI
Həkimlər kişinin başında 26 il qalan bıçağı çıxardılar - FOTO
Heç vaxt görmədiyiniz qeyri-adi quşlar
Torpaq sahəsini necə özəlləşdirmək olar?
Tuba Geckilin qeyri-adi tortları
Öz əkizinə rast gələnlər (FOTO)
Cəbhədə Ermənistan ordusu fəallaşıb
Qripdən qorunmağın yolları
Smartfonun köməyilə qanazlığı xəstəliyi aşkarlanacaq
Quru meyvəli, yulaflı, şəkərsiz bisküvit (video-resept)
Messiyə ağlasığmaz təklif: 728 milyon dollar!
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
Saçlar üçün təbii yağlar
İlin ən səs-küylü ayrılıqları - FOTO
Ağız qoxusunun 5 səbəbi
Necə edək, körpə səhərə kimi rahat yatsın?
Bulvarda oyun meydançası pulludur? - AÇIQLAMA
Üç ədəd şabalıd bir dilim çörəyə bərabərdir...
- ŞƏRHLƏR