Rusiya Elmlər Akademiyasının üzvü, professor Vladimir Nikolayeviç fikirləri ilə bölüşüb.Akademiklər daha çox yaşayırlar. Bunu yaşlanmaqla mübarizə üzrə mütəxəssis, Rusiya Elmlər Akademisyasının üzvü, professor Vladimir Nikolayeviç deyib. Anspress-in "Komsomolskaya pravda" ya istinadla verdiyi məlumata görə, o, adıçəkilən qəzetin saytına müsahibə verib. Onun sözlərinə görə, Nobel mükafatçılarının məlumatlarının analizi belə nəticəyə gəlməyə əsas verib. Araşdırma çərçivəsində Rusiya Elmlər Akademiyasının üzvlərinin həyatları tədqiq edilib.
Yaxşı məlumdur ki, təhsilin səviyyəsi nə qədər yüksək olsa, ömür müddəti bir o qədər uzun olur. Amerikalı mütəxəssislərin əldə etdikləri məlumata görə, kollec və ya universitet bitirən insan təhsil almayanla müqayisədə 6 il daha çox yaşayır.
İngilislər isə 1906-1922-ci illərdə doğulan yaşlı insanların bioloji yaşını analiz ediblər. Məlum olub ki, 1922-ci ildə doğulanlar 70 yaşları olanda bioloji olaraq, 1906-cı ildə doğulanlardan daha gənc olublar. Bəlli olub ki, insan nə qədər çox oxuyub-öyrənirsə, onun uzun müddət yaşamaq şansı o qədər çox olur.
Amma deyəsən, ağıl qadınların ömrünə təsir etmir. Çünki yüksək intellektə malik qadınlar kişilərə daima nəyi isə başa salmağa çalışırlar. Nəticədə onlarda stres yaranır. Bundan əlavə, zərif cinsin nümayəndələri həmişə ailənin məsuliyyətləri ilə yüklənmiş olurlar.
Bu vəziyyətdən çıxış yolu ola bilər. Belə ki, kişilər başa düşməlidirlər ki, yüksək vəzifə tutan qadın onlar kimi ev işlərindən nisbətən azad olmalıdırlar.
Yaşlanmanın 35 faizi isə genlərdən asılıdır. Bu proses əsasən də ətraf mühitlə bağlıdır.
Rusiyalı mütəxəssisin sözlərinə görə, müşahidələr daha bir maraqlı faktı üzə çıxarıb. Belə ki, böyük fiziki yüklənmə ilə olan idman növləri uzunömürlülüyə təsir etmir. Yüngül atletika, voleybol, futbol, hokkey, qaçış, konki sürmə kimi daha asan idman növləri ilə məşğul olan insanların isə daha uzunömürlü olma şansları var.Bu gün ən çox uzunömürlü insan ABŞ və Yaponiyadadır. Vladimir Nikolayeviç artıq Almaniyada əsl möcüzənin baş verdiyini deyir. 1949-cu ildə bu ölkə iki hissəyə bölünüb. Şərqi Almaniyada ömrün uzunluğu Qərblə müqayisədə daha aşağı olub. 1990-cı ildə Berlin divarı dağıdıldı və iki tərəf birləşdi. O vaxtdan sonra cəmi 10 il ərzində ölkənin şərqində ölüm səviyyəsi azalaraq qərbə çatdı.Milyonlarla insan üzərində aparılan təcrübə göstərdi ki, əgər yaşlılara qarşı düzgün siyasət, tibbi-sosial köməyin düzgün planlaşdırılması, pensiya təminatının, səhiyyə xidmətlərinin yaxşılaşdırılması insanın ömrünü azı 10 il də uzada bilər.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Ekspertdən Ermənistanla bağlı bədbin proqnoz
Binəli Yıldırım TƏCİLİ toplantı çağırdı
Hansı yaxşıdır - eynəklər yoxsa, kontakt linzalar?
Bağışlaya bilirsinizmi?
Azərbaycanda tibbi kadr çatışmazlığı var?
2018-2019 Payız/Qış saç trendləri
Buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlə VİDEOMÜSAHİBƏ
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Halit Ergenç aparıcılıq edəcək
Tuşun tarixi
Daxili dialoqun inanılmaz gücü
Quru süddən hazırlanmış məhsullar süd məhsulu kimi satılmasın - TƏKLİF
"WhatsApp"da yeniliklər
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
İlk öpüşdən 75 il sonra ailə qurdular
Bu da 2016-cı ilin Olimpiya məşəli
Qış gəldi, amma istilik yox
69 yaşlı Riçard Gir ata oldu
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
Neft daha da ucuzlaşacaq
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Özünüzü dələduz "FHN işçilərindən" qoruyun
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Xurmalı keks (foto-resept)
Şəki Xan sarayında Çinar aşdı - 19 yaralı/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Ev almaq istəyənlər üçün fürsət
İnsan ölümqabağı nə haqda düşünür?
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Dərman ləkəsini necə çıxaraq?
Mən şəkil çəkirəm- 3
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
"Tısbağa" tortu və "Zebra" piroqu
Gözəl olmaq üçün həddi aşan gəlinlər
Ağlasığmaz gerçəklər
Pravoslavlar Pasxa bayramını qeyd edir
Yaşlı qadın 27 linzanı gözündə unutdu
Liliya Hudyakovadan kolleksiya(2)
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO
Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi
Qara dəliklər
Cey Lo əkizlərini belə təbrik etdi - FOTO
"Ustad" dərgisinin 16-cı sayı işıq üzü gördü!
Pelin və Anıl ekizlərinə hesab açdılar-FOTO
Tarixin ən cazibədar qadını açıqlandı
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
Romantik yataq otağı modelləri
Sabah 26920 nəfər biliyini sınayacaq
Qarışqa qovan üsullar

- ŞƏRHLƏR