Bütün qadınlar mükəmməl bədənə sahib olmaq istəyirlər. Problemli zonalardan biri də ombalar olur – axı ən çox (əksər hallarda) məhz orada ilk növbədə artıq kiloqramlar və sellülit təzahürləri gözə çarpır.
Amma hər şey elə də qorxulu deyil, "portağal qabığından" qaçmaq üçün, rasiondan sellülitin yaranmasına səbəb olan bəzi məhsulları çıxarmaq kifayətdir. Hansı məhsulları?
Kofein
Əksəriyyətimiz səhəri qəhvəylə başlayırıq, çoxlarını isə bu dadlı, gümrahlandırıcı içki bütün gün ərzində "müşayiət edir". Problem ondadır ki, qəhvəni gün ərzində 1 fincandan artıq istifadə etdikdə qan dövranını aşağı salır, bu da piylənməyə səbəb olur. Kofeini yalnız kiçik dozalarda istifadə etmək əlverişlidir ki, qan dövranına və metobolizmə müsbət təsir etsin. Əgər siz sellülitlə mübarizə aparmaq istəyirsinizsə, qəhvədən tam imtina edib, onu təbii çaylarla əvəz edin.
Şəkər
80 q şəkər qəbul etmək kifayətdir ki, qadın orqanizmində azad radikalların sayı demək olar ki, bir yarım dəfə böyüsün. Buna görə arteriyaların və damarların divarları öz elastikliyini itirir, qan dövranı ilə sellülit əmələ gəlməyə başlayır. Bundan başqa, şəkər istəyini gücləndirir, məhz bu maddənin bolluğu "portağal qabığı" effektinə təsir edir.
Alkoqol
Əgər siz sellülitin "xoşbəxt sahibəsi" olmaq istəmirsinizsə, unutmayın: alkoqolun cəmi bir qədəhi kifayətdir ki, qanda yağların miqdarı artsın və qan dövranı yavaşısın. Bundan başqa, spirtli içkilər orqanizmdə estrogenin səviyyəsini artırır və vitaminləri mənimsəməkdən məhrum edir. Buna görə əgər siz sellülitdən qurtulmağa qərar verdinizsə, pivə, şərab, viski və başqa spirtli içkilərdən sui-istifadə etmək lazım deyil.
Buğda unu tərkibli məhsullar
Lektin – orqanizm üçün zəhərli olan təbii mənşəli maddədir. O, buğdada olur və qida allergiyasını yarada bilər. Əgər siz sellülitin yaranmasını istəmirsizsə, tərkibində buğda unu olan məhsullardan çəkinməlisiz. Xatırlayın ki, indi onu çox məhsullara əlavə edirlər – məsələn, souslar, sosiskalar, bulyon kubları və sair.
Təmizlənmiş karbohidratlar
Yarmalar, çörək, makaronlar – karbohidratların mənbəyi olan bu məhsullar, şəkərin səviyyəsini və orqanizmdə qlükozanı artırırlar. Həmçinin bu məhsullar insulinə həssaslığı azalda bilər və yağların yığılmasına səbəb olur. Əgər siz gözəl qamətli olmağa çalışırsınızsa, rasionunuzda belə qidaların miqdarını aşağı salmalısız.
Sellülitin yaranmasına səbəb olan 10 məhsul
Sellülitin əmələ gəlməsindən qorunmaq üçün və ya onun təzahürlərini azaltmaq üçün, rasionunuzdan bu məhsulları çıxarmaq lazımdır:
1. şokolad
2. vetçina
3. mayonez
4. kolbasa
5. duz
6. konfetlər
7. yağlı ət
8. banan
9. pivə
10. çörək-bulka məmulatları
Sellülitə qalib gələn 13 məhsul
Bu məhsullar sizə "portağal qabığı"nın yaranmasının qarşısını almağa kömək edəcək:
1. badam (həftədə iki dəfə istifadə etmək lazımdır)
2. soyutma yumurtalar (qızartmaları rasiondan çıxarmaq lazımdır)
3. təzə cəfəri
4. qreypfrut və başqa sitrus meyvələr
5. ananas (150 q, həftədə ən çox 3 dəfə)
6. kök (istənilən növdə və miqdarda)
7. yağsız süd məhsulları
8. balıq
9. şəkərsiz müsli (30 q həftədə iki dəfə)
10. qabıqlı paxla
11. kələm – brüssel, ağ, brokkoli, rəngli
12. bolqar istiotu (ən çox həftədə 300 q)
13. təmizlənmiş içməli su
Qidalanmanın bu rasionuna riayət edərək sellülitlə mübarizə apara bilərsiniz.
XƏBƏR LENTİ
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Hazal Kayaya ad günü surprizi-FOTO
Tramp "Evdə tək 2" filmindəki iştirakını şərh edib
Məşhur professor cərimələndi
Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO
Rəngarəng don modelləri
Yumurtanın daha bir faydası tapıldı
Dramatik sırğalar
Ezo Gəlin şorbası (foto resept)
Azərbaycan Superliqası: "Bacılar" üz-üzə
Gəlinlər üçün toy günü manikürü
Qara nöqtələrə qarşı maska
24 yaşlı gənc bütün polisləri ayağa qaldırdı-SƏBƏB
Meyvəli tuile
Soyuq havanın faydaları da var
Madonna 3 əsrlik MALİKANƏ ALDI – Bu evdə TƏMİR QADAДћANDIR
Həkimlərdən qorxulu xəbərdarlıq
Makedoniyalı İsgəndərin sərgüzəştləri
Ağ gəlinliyin vacibliyini unutduran gəlinliklər
Əsmər qadınlar necə makiyaj etməlidir?
Hansı əşyalar yataq otağında olmamalıdır?
Ancelina Coli uşaqları ilə “bit bazarı”nda - FOTO
Dünyanın ən təmiz dənizləri
Azərbaycanlı futbolçunun komandası Avropada rekord vurdu
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ
Yanğından sonra Paris Notr-Damda ilk ayin
Bakteriyaları 60 saniyəyə məhv edən yeni diş məcunu
Mark Antoninin 7 milyonluq yaxtası yandı-SƏBƏB
Uşaqlar üçün Novruz oyunları
Hava haqqında - 03.09.2013
Meksikaya meteorid düşdü
Məşhur model hər kəsdən gizlətdiyi sirrini açdı - FOTO
Acundan Adriana Lima açıqlaması-FOTO
Türkiyədə “Mərmərə” dəmiryol tuneli istifadəyə verilib
Yahoo! Vizify-i alır
Rəsmi Bakıdan Ermənistanın Şuşada kilsənin vurulması yalanına SƏRT REAKSİYA
Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ
WhatsApp-dan gözlənilən yenilik
Koronaya yoluxmada ölüm riskini azaldan amil - Araşdırma
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO
Çimərlik geyimi trendləri
Üz ifadəsi yalanı aşkar edir
“Haber Global” Şuşada
Bakı küləyi yük maşınını aşırdı
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Edis 1 milyon ödəməlidir-SƏBƏB
Hamiləlik zamanı qrip
- ŞƏRHLƏR