Qadin.NET / Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

 

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?


Bütün qadınlar mükəmməl bədənə sahib olmaq istəyirlər. Problemli zonalardan biri də ombalar olur – axı ən çox (əksər hallarda) məhz orada ilk növbədə artıq kiloqramlar və sellülit təzahürləri gözə çarpır.

 

Amma hər şey elə də qorxulu deyil, "portağal qabığından" qaçmaq üçün, rasiondan sellülitin yaranmasına səbəb olan bəzi məhsulları çıxarmaq kifayətdir. Hansı məhsulları?

Kofein

Əksəriyyətimiz səhəri qəhvəylə başlayırıq, çoxlarını isə bu dadlı, gümrahlandırıcı içki bütün gün ərzində "müşayiət edir". Problem ondadır ki, qəhvəni gün ərzində 1 fincandan artıq istifadə etdikdə qan dövranını aşağı salır, bu da piylənməyə səbəb olur. Kofeini yalnız kiçik dozalarda istifadə etmək əlverişlidir ki, qan dövranına və metobolizmə müsbət təsir etsin. Əgər siz sellülitlə mübarizə aparmaq istəyirsinizsə, qəhvədən tam imtina edib, onu təbii çaylarla əvəz edin.

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Şəkər

80 q şəkər qəbul etmək kifayətdir ki, qadın orqanizmində azad radikalların sayı demək olar ki, bir yarım dəfə böyüsün. Buna görə arteriyaların və damarların divarları öz elastikliyini itirir, qan dövranı ilə sellülit əmələ gəlməyə başlayır. Bundan başqa, şəkər istəyini gücləndirir, məhz bu maddənin bolluğu "portağal qabığı" effektinə təsir edir.

Alkoqol

Əgər siz sellülitin "xoşbəxt sahibəsi" olmaq istəmirsinizsə, unutmayın: alkoqolun cəmi bir qədəhi kifayətdir ki, qanda yağların miqdarı artsın və qan dövranı yavaşısın. Bundan başqa, spirtli içkilər orqanizmdə estrogenin səviyyəsini artırır və vitaminləri mənimsəməkdən məhrum edir. Buna görə əgər siz sellülitdən qurtulmağa qərar verdinizsə, pivə, şərab, viski və başqa spirtli içkilərdən sui-istifadə etmək lazım deyil.

Buğda unu tərkibli məhsullar

Lektin – orqanizm üçün zəhərli olan təbii mənşəli maddədir. O, buğdada olur və qida allergiyasını yarada bilər. Əgər siz sellülitin yaranmasını istəmirsizsə, tərkibində buğda unu olan məhsullardan çəkinməlisiz. Xatırlayın ki, indi onu çox məhsullara əlavə edirlər – məsələn, souslar, sosiskalar, bulyon kubları və sair.

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Təmizlənmiş karbohidratlar

Yarmalar, çörək, makaronlar – karbohidratların mənbəyi olan bu məhsullar, şəkərin səviyyəsini və orqanizmdə qlükozanı artırırlar. Həmçinin bu məhsullar insulinə həssaslığı azalda bilər və yağların yığılmasına səbəb olur. Əgər siz gözəl qamətli olmağa çalışırsınızsa, rasionunuzda belə qidaların miqdarını aşağı salmalısız. 

Sellülitin yaranmasına səbəb olan 10 məhsul

Sellülitin əmələ gəlməsindən qorunmaq üçün və ya onun təzahürlərini azaltmaq üçün, rasionunuzdan bu məhsulları çıxarmaq lazımdır:

1. şokolad

2. vetçina

3. mayonez

4. kolbasa

5. duz

6. konfetlər

7. yağlı ət

8. banan

9. pivə

10. çörək-bulka məmulatları

 

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Sellülitə qalib gələn 13 məhsul

Bu məhsullar sizə "portağal qabığı"nın yaranmasının qarşısını almağa kömək edəcək:

1. badam (həftədə iki dəfə istifadə etmək lazımdır)

2. soyutma yumurtalar (qızartmaları rasiondan çıxarmaq lazımdır)

3. təzə cəfəri

4. qreypfrut və başqa sitrus meyvələr

5. ananas (150 q, həftədə ən çox 3 dəfə)

6. kök (istənilən növdə və miqdarda)

7. yağsız süd məhsulları

8. balıq

9. şəkərsiz müsli (30 q həftədə iki dəfə)

10. qabıqlı paxla

11. kələm – brüssel, ağ, brokkoli, rəngli

12. bolqar istiotu (ən çox həftədə 300 q)

13. təmizlənmiş içməli su

Qidalanmanın bu rasionuna riayət edərək sellülitlə mübarizə apara bilərsiniz.

18 yanvar 2016
GO BACK