Bakıda hava
USD AZN
EUR AZN
09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41422

Yer səthinin relyefi

 

Yer səthinin relyefi

 

Yer səthinin quruluşu relyef adlanır. Rülyefi geomorfologiya elmi öyrənir. Relyef formaları böyüklüyünə görə beş yerə bölünür:

1. Planetar-materiklər, okean çökəklikləri, quruda və okeanda nəhəng sıra dağlar və düzənliklər.

2. Meqaforma-Qafqaz, Alp, Ural dağları, Xəzəryanı, Mesopatomiya, Qərbi Sibir ovalıqları və s.
3. Makroforma-meqarelyefin böyük hissəsidir. Məsələn: Böyük Qafqazda Yan silsilə, Kür-Araz ovalığında Şirvan düzü və s.
4. Mezoforma-Çay dərəsi, yarğan, qobu, dağ tirəsi, təpə və s.

5. Mikroforma-vulkan krateri, karst qışı, barxan, gətirmə konusu və s. 
Əsas relyef formaları dağlar və düzənliklərdir. Zirvəsi, yamacları, ətəkləri aydın nəzərə çarpan və nisbi hündürlüyü 200 m-dən çox olan relyef forması dağ, 200 m-dən az olan relyef forması isə təpə adlanır. Dağ zirvələrini birləşdirən xətt suayrıcı, suayrıcının keçid üçün əlverişli olan yeri isə aşırım adlanır. Şiş uclu dağ zirvəsi pik adlanır. Suayrıcı ilə ətək arasında qalan meyilli sahə yamac adlanır. Quruda ən hündür dağ sistemi Himalay (Comolunqma-8848m), ən uzun dağ sistemi isə And (9000 km) dağlarıdır.
Mənbəyinə görə dağlar iki əsas qrupa bölünür: Tektonik (Qırışıq-Alp, Himalay, Karpat və s. Qırışıq-faylı-Ural, Appalac, Skandinaviya və s.) və vulkanik (Kazbek, Elbrus, Savalan, Vezuvi və s.) dağlar.
Mütləq hündürlüyünə görə dağlar üç yerə bölünür:
1. Alçaq dağlar-hündürlüyü 1000 m-ə qədər olan dağlar: Qobustan, Ələt, Qazaxıstan alçaq dağları və s.
2. Orta yüksəklikli dağlar-hündürlüyü 1000-2000 olan dağlar: Ural, Appalaç, Böyük Suayrıcı və s.

3. Yüksək dağlar-hündürlüyü 2000 m-dən çox olan dağlar: Qafqaz, Himalay, And, Kordilyer və s.
Arxey, Proterozoy və Paleozoy eralarında yaranmış dağlar qədim (Baykal, Kaledon, Hertsin qırışıqlıqları), Mezozoyun sonu və Kaynazoy eralarında (Mezozoy və Alp qırışıqlıqları) yaranmış dağlar isə cavan dağlar hesab olunur. Cavan dağlar, əsasən, litosfer tavalarının sərhədində (geosinklinal qurşaqlarda) yerləşir. 

 

Yer səthinin relyefi


Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır. Düzənliklər mütləq hündürlüklərinə görə üç qrupa bölünür.
- Ovalıq: mütləq hündürlüyü 200 m-ə qədər olan düzənlikdir. Okean (dəniz) səviyyəsindən aşağı olan ovalıqlar çökəklik adlanır. Yer kürəsinin ən böyük ovalıqları: Amazon, Missisipi, Orinoko, La-Plata, Atlantik sahili, Meksika sahili, Mesopotamiya, Hind-Qanq, Kür-Araz, Qərbi Sibir, Orta Dunay, Aşağı Dunay, Xəzəryanı, Turan, Mərkəzi Avstraliya və s.
- Yüksəklik: mütləq hündürlüyü 200-500 m arası olan düzənlikdir. Bunlara misal olaraq Mərkəzi, Böyük (Şimali Amerika), Şərqi Avropa, Gəncə-Qazax və s. misal göstərmək olar.
- Yayla: mütləq hündürlüyü 500 m-dən çox olan düzənlikdir. Tibet, Anadolu, İran, Kolorado, Efiopiya, Şərqi Afrika, Orta Sibir, Dekan, Qarabağ, Braziliya, Qviana, Pataqoniya, Meksika, Qərbi Avstraliya və s.
Düzənliklər mənşəyinə görə iki qrupa bölünür:
1. Akkumulyasiya düzənlikləri: səthi çökmə süxurlarla örtülmüş hamar, azmeyilli düzənliklərdir (Kür-Araz, Amazon və s.).
2. Denudasiya düzənlikləri: süxurların aşınması və parçalanması nəticəsində qədim dağların yerində yaranmış düzənliklərdir (Ərəbistan, Dekan və s.).

 

Düzənliklər səth quruluşuna görə hamar, maili, qabarıq, batıq və dalğavari olur. 
Yer səthindəki süxurların xarici proseslərin təsirindən parçalanmasına və kimyəvi dəyişməsinə aşınma deyilir. Aşınma üç cür olur:
A) Fiziki aşınma səth temperaturunun kəskin dəyişməsi və küləyin təsirindən yaranır.
B) Kimyəvi aşınma süxurların suda həll olaraq tərkibinin dəyişməsindən yaranır.
C) Üzvi aşınma canlı orqanizmlərin süxurlara təsirindən yaranır.
Səth (axar) sularının təsiri ilə yaranan (eroziya prosesləri) relyef formaları: çay dərəsi, gətirmə konusu, delta, terras, subasar, astana, şəlalə, meandr, yarğan, qobu, kanyon.
Buzlaqların təsirindən yaranmış (ekzarasiya prosesi) relyef formaları: moren tirəsi, troq dərəsi, sirk, kar.
Yeraltı suların təsirindən yaranmış (karst prosesi) relyef formaları: mağara, karst qıfı.
Küləklərin təsirindən yaranmış (eol prosesləri-deflyasiya) relyef formaları: barxan, dyun, qum tirələri.
Dəniz dalğalarının təsirindən yaranan (abraziya prosesi) relyef formaları: qum tirələri, dəniz terrasları.
Canlı orqanizmlərin təsirindən yaranan relyef formaları: mərcan adaları (atollar) və riflər.

Okean dibinin relyefi

Okean dibində olan düzənliklər iki əsas qrupa bölünür:
1. Materik dayazlığı (şelf düzənlikləri) 200 m-ə qədər dərinlikləri əhatə edən materik tipli Yer qabığının okean suları ilə örtülmüş kənar hissələridir. Səthi hamar və az meyillidir. Materik mənşəli Yer qabığına malikdir. Fiziki xəritələrdə açıq mavi rəngdə təsvir olunur. Şimal Buzlu okeanın 1/3-ni əhatə edir. Okeanın ən çox istismar (neft-qaz hasilatı, balıqçılıq və s.) olunan hissəsidir.

2. Okean yatağı (abissal düzənlikləri) düzənlikləri 3000-6000 m dərinlikləri əhatə edir. Yer kürəsinin 50 %-ni tutur. Okean tipli Yer qabığına malikdir.
Okean dibində yerləşən dağlar rift adlanır. Okean dibinin 15 %-ni Orta okean dağ silsilələri tutur. Bu dağlar divergent sərhəddə yerləşməklə ümumi uzunluğu 70.000 km-dən artıqdır. 
Okeanın ən çox dərinliyə malik olan ensiz hissələri okean çökəkliyi və ya nov adlanır. Məsələn: Sakit okean-Marian novu: 11022 m

Səslərin sayı: 4
15
12087
Şərhlər
Offline
Xanim_Xatun
Okean dibində yerləşən dağlar rift adlanır. Okean dibinin 15 %-ni Orta okean dağ silsilələri tutur. Bu dağlar divergent sərhəddə yerləşməklə ümumi uzunluğu 70.000 km-dən artıqdır.
13 iyun 2015 13:30
Offline
Hacət-i Vuslat
Maraqlı təkrar oldu aqat,çox sağol give_ros
7 dekabr 2014 08:39
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Rüzgar
Növbəti maraqlı məlumat good
31 oktyabr 2014 19:04
Offline
Aysel İ.
Düzənliklər səth quruluşuna görə hamar, maili, qabarıq, batıq və dalğavari olur. give_ros
29 oktyabr 2014 16:00
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xalidə Həsənzadə
Ayda ele bil kitabimizin icidi duz..kitabdada bunun kimi yazilir ve wekillerde beledir
22 oktyabr 2014 16:46
Offline
.............
İndi ele cografia hazırlıgından gelirem bunu görmeyim yaxşı oldu cox teşekkürler Agat xanım
27 sentyabr 2014 19:30
Offline
Qəribə
Sağ ol Agat baci, bəziləri yadımdadır. Tesekkur edirem bacim.
27 sentyabr 2014 17:20
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥♥S.Nur♥♥
Beynimizin pasini silen ellere eshq olsun! Teshekkurler,bacim.
27 sentyabr 2014 16:58
Offline
Fatma xanım
Lap özümü coğrafiya dərsində hiss eləədim
27 sentyabr 2014 16:34
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥AyKa♥
Maraqlidir təşəkkür
27 sentyabr 2014 15:54
Offline
Aysel İ.
Mənlə işi yox idi, hər dərsə hazır idim çünki ))

Coğrafiya ən çox sevdiyi dərslərdən biri idi.
27 sentyabr 2014 15:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Hər dəfə coğrafiya xəbərləri efirə gedəndə rəhmətlik müəllimimizi xatırlayıram. Elə əsəbi idi ki, əlindən incə nazik çubuğu əskik olmazdı. Özü də centlemen idi e, dəcəllik edənlərdən sadəcə oğlanları vururdu, qızlara çatdıqda çubuqla bir hay həşirlə üstlərinə gedirdi , amma tam çatdıqda vurmurdu, bağırırdı, o qədər. Elə bu bəs olurdu qızlara rəngləri saralıb solurdu qorxudan lol
Mənlə işi yox idi, hər dərsə hazır idim çünki ))
27 sentyabr 2014 15:00
Offline
Əliyeva Dalğa
Okean dibinin relyefi

Okenalar və onların canlı aləmi haqqda yeni-yeni məlumatlar oxumağı çox sevirəm. İnşallah bu barədə də xəbərləriniz olar.Təşəkkürlər.
27 sentyabr 2014 14:10
Offline
Aysel İ.
Diqqət Cöğrafiya dərsi başladı)) Bu dərsi məktəb illərində keçmişdik. Bəziləri yadımdadır. bəzilərini unutmşdum Sağ ol Agat.
27 sentyabr 2014 13:22
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nigar dadasova
Agat_tesekurler xebere gore give_ros ilk serh menden
27 sentyabr 2014 12:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış