Qoşa y samiti ilə yazılan sözlər
Məsuliyyət, əməliyyat, nəqliyyat, ətriyyat, təyyarə, qəyyum, Xəyyam, səyyah, səyyar, ədəbiyyat, mənəviyyat, riyaziyyat, hədiyyə, cərrahiyyə, xasiyyət, vəziyyət, əhəmiyyət, kəmiyyət, nailiyyət, cəmiyyət, şəxsiyyət, hakimiyyət, mülkiyyət, xüsusiyyət, məğlubiyyət, qalibiyyət, hürriyyət, xəfiyyə, niyyət, məğlubiyyət, müvəffəqiyyət, müəyyən, kəşfiyyat, xeyriyyə, bəşəriyyət, aidiyyət, ictimaiyyət, niyyət, bələdiyyə, ciddiyyət, cərrahiyyə, cinsiyyət, davamiyyət, aidiyyət, ictimaiyyət, niyyət, bələdiyyə, ciddiyyət, cərrahiyyə, cinsiyyət, davamiyyət, ədliyyə, eyniyyət, fərziyyə, fəaliyyət, fəxriyyə, əziyyət, hal-qəziyyə, heysiyyət, ilahiyyat, irsiyyət, istiqlaliyyət, keyfiyyət, külliyyat, qabiliyyət, maliyyə, məhdudiyyət, mədəniyyət, mədhiyyə, məhrumiyyət, məşğuliyyət, məhkumiyyət, mənsubiyyət, məziyyət, məsuliyyət, məzuniyyət, müdiriyyət, muxtariyyət, mütləqiyyət, nəşriyyat, səciyyəvi, şəxsiyyət, vəsiyyət, qiyyə və s.
Bir y ilə yazılan sözlər
Tövsiyə, qafiyə, təhkiyə, saniyə, tərbiyə, cəfəngiyat, mərsiyə, məyus, təyin, akasiya, aksiya, akademiya, alleqoriya, allergiya, laboratoriya, ambisiya, anarxiya, artilleriya, batareya, Bəxtiyar, coğrafiya, dekorasiya, diviziya, dizinteriya, ehtiyat, ehtiyac, federasiya, fiziologiya, filarmoniya, filologiya, fotoqrafiya, frazeologiya, haşiyə, heyət, imperiya, inteqrasiya, investisiya, inversiya, intonasiya, infeksiya, izolyasiya, kampaniya, kommersiya, koordinasiya, qvardiya, muğayaq, orfoepiya, olimpiya, riayət, şayiə, təmayül və s.
Müxtəlifcinsli qoşasamitli sözlər
1. Söz ortasında q samiti kar samitdən əvvəl gələrsə, tələffüzdə q-k` əvəzlənməsi baş verir. Məsələn, iqtidar-[ik`tidar], təqsir-[tək`sir] və s. Bu cür tələffüz olunan sözlər əsasən alınma sözlərdir.
2. Söz ortasında iki müxtəlif kar samit yanaşı gələrsə, adətən, ikincisi cingiltili tələffüz olunur. Məsələn, əski-[əsgi], ustad-[usdad] və s.
İstisna: istintaq-[istintak`].
Qeyd: Alınma mənşəli –kar və -keş şəkilçilərindəki [`k`] səsi həmişə olduğu kimi tələffüz olunur: sənətkar-[sənətkar], zəhmətkeş-[zəhmətkeş], həvəskar-[həvəskar] və s.
3. Söz ortasında vt samit qoşalığı gələrsə, birinci samit kar qarşılığı kimi tələffüz olunur. Məsələn, avtomat-[aftomat], avtobus-[aftobus] və s.
4. K samiti samit səsdən əvvəl gələrsə, tələffüzdə, adətən, k-x` əvəzlənməsi baş verir. Məsələn, məktub-[məx`tup], küləkli-[küləx`li] və s.
5. Söz ortasında b,m samitlərindən əvvəl gələn n samiti [`m`] kimi tələffüz olunur. Məsələn, anbar-[ambar], qənbər-[qəmbər], zənbil-[zəmbil] və s.
Kombayn, kombinat, hambal, kömbə, pambıq, kombinasiya, simfoniya, qumbara, lampa, ambulans, embrion, amper, ansambl, olimpiya, kampaniya, ambisiya, imperiya sözləri “m” ilə yazılır.
6. Sonu ç ilə bitən sözlərdən sonra d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçi və ya söz gələrsə, tələffüzdə ç-ş əvəzlənməsi baş verir. Məsələn, qaçdı-[qaşdı], heç nə-[heş nə] və s.
7. Sözün ilk c samitindən sonra d, l, s, z samitləri gələrsə, c-j əvəzlənməsi baş verir. Məsələn, güclü-[güjdü], səcdə-[səjdə] və s.
Sonu qoşa samitlə bitən təkhecalı sözlər
Dilimizdə bəzi təkhecalı sözlər var ki, sonu iki samitlə bitir. Belə sözlər iki növə bölünür:
1. Eynicinsli qoşasamitli təkhecalı sözlər;
2. Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər.
Eynicinsli qoşasamitli təkhecalı sözlər: Eynicinsli qoşasamitli təkhecalı sözlər, əsasən, ərəb mənşəli sözlərdir. Məsələn, haqq, sirr, fənn, xətt, zidd, həll, hədd, rədd, hiss, küll və s. Belə sözlərə samitlə başlayan şəkilçi qoşulduqda son samit düşür. Məsələn, hədsiz, haqlı, sirli və s. Mürəkkəb sözün tərkibində işlənən belə sözlərdə qoşa samitlərdən biri yazılır və bu cür tələffüz edilir: rəsmxət-[rəsimxət], hüsnxət-[hüsünxət] və s.
Mürəkkəb sözün tərkibində birinci tərəfdə işlənən belə sözlərdə şəkilçisiz qoşa samitlərin hər ikisi yazılır və mürəkkəb söz defislə yazılır. Məsələn, haqq-hesab, hədd-büluğ və s.
Hiss və küll sözləri tək samitlə işləndikdə ayrı leksik məna ifadə edir.
Hiss –duyğu; his - ocağın hisi. Küll – cəm, toplu; kül - ocağın külü.
Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər: Onlarda iki fərqli xüsusiyyət yaranır.
1. Samitlərdən ən azından birinin cingiltili olduğu belə sözlərdə tələffüz zamanı samitlərin arasına qapalı sait səs artırılır. Məsələn, qəbz, qəsr, əmr, zülm, nəbz, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn, fəhm, sehr və s. Bu sözlərə samitlə başlayan şəkilçi artırıldıqda da səsartımı hadisəsi baş verir. Məsələn, zülmkar-[zülümkar] və s.
2. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlayan şəkilçi qoşulduqda ikincisi tələffüz olunmur. Məsələn, dostluq-[dosdux], neftçi-[nefçi] və s.
İkinci variantda verilmiş qayda çoxhecalı sözlərə də aiddir. Məsələn, sərbəstlik-[sərbəslix`], behiştdə-[behişdə] və s. Ümumiyyətlə, st, ft, şt hərf birləşmələri ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi gələrsə, tələffüzdə ikinci samit düşür.
Bəzi ikihecalı sözlər var ki, onların tələffüzü təkhecalı qoşasamitli sözlər kimi olsa da, yazılışında onlardan fərqlənir, yəni yazılışda da qapalı sait olur. Həmin sözlər bunlardır: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, cisim, nəsil, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, şeir, əsil və s.
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Məşhur aktrisa 12 kq arıqladı-FOTO
Dünyanın ən unikal nəqliyyat vasitəsi hazırlandı - FOTO
FED-dən açıqlama gəldi - Dollar bahalaşa bilər
Gümüş dəstləri
Soğan haqqında bilmədiklərimiz
500 illik məscid məhv olmaq üzrədir
Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”
Qüsursuz dəri üçün 5 qızıl qayda
Düz qarın üçün 5 qızıl qayda
Repetitor yanına gedənlərə xəbərdarlıq -VİDEO
Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Səudiyyə nefti bahalaşdırdı
Yun köynəkləri necə yumalı?
UEFA iki klubu cəzalandırdı
Günün ulduz falı
Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”
Dil normalarını pozanlar 1000 manatadək cərimələnə bilər
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
HAVA necə olacaq?
Rəngli bilərziklər
İŞİD Paris qətliamının səbəbini açıqladı
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Ən gözəl konbinlər
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Ayaqdakı çatları aradan qaldıran üsul
Ərzaq qiymətləri bahalaşacaq - VİDEO
Yataqda baş verən qəzalar
Hamiləlikdə idman etməyin faydası
Metropolitenin sözçüsü: "Metroda külək də əsir..."
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Bədən formasına görə ətək növləri
Praqa tortu (foto resept)
Facebook-dan pulsuz internet
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayır
Körpələr üçün maraqlı hədiyyələr
Məşhur model gizlin EVLƏNDİ
Eldar Həsənovun şikayəti ilə bağlı məhkəmə qərarı elan edildi
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Kişilər necə sevir?!
"Hərbi hissənin bölük komandiri məni mütəmadi döyürdü"
İnteryerdə canlı rənglər
Serdar Ortaç söz-söhbətə son qoydu-FOTO
Telefonlar üçün YENİ TƏHLÜKƏ - Batareyanı partladır
Notr-Damın yanma SƏBƏBİ
Almazdan daha sərt olan mineral tapıldı
Tavada kərə yağlı kartof (video-resept)
Çillərdən azad ol
Bananlı parfe (foto resept)
- ŞƏRHLƏR