Qadin.NET / Fonetika - Hərflər (3)

Fonetika - Hərflər (3)

Fonetika - Hərflər (3)

Qoşa y samiti ilə yazılan sözlər

Məsuliyyət, əməliyyat, nəqliyyat, ətriyyat, təyyarə, qəyyum, Xəyyam, səyyah, səyyar, ədəbiyyat, mənəviyyat, riyaziyyat, hədiyyə, cərrahiyyə, xasiyyət, vəziyyət, əhəmiyyət, kəmiyyət, nailiyyət, cəmiyyət, şəxsiyyət, hakimiyyət, mülkiyyət, xüsusiyyət, məğlubiyyət, qalibiyyət, hürriyyət, xəfiyyə, niyyət, məğlubiyyət, müvəffəqiyyət, müəyyən, kəşfiyyat, xeyriyyə, bəşəriyyət, aidiyyət, ictimaiyyət, niyyət, bələdiyyə, ciddiyyət, cərrahiyyə, cinsiyyət, davamiyyət, aidiyyət, ictimaiyyət, niyyət, bələdiyyə, ciddiyyət, cərrahiyyə, cinsiyyət, davamiyyət, ədliyyə, eyniyyət, fərziyyə, fəaliyyət, fəxriyyə, əziyyət, hal-qəziyyə, heysiyyət, ilahiyyat, irsiyyət, istiqlaliyyət, keyfiyyət, külliyyat, qabiliyyət, maliyyə, məhdudiyyət, mədəniyyət, mədhiyyə, məhrumiyyət, məşğuliyyət, məhkumiyyət, mənsubiyyət, məziyyət, məsuliyyət, məzuniyyət, müdiriyyət, muxtariyyət, mütləqiyyət, nəşriyyat, səciyyəvi, şəxsiyyət, vəsiyyət, qiyyə və s. 

Bir y ilə yazılan sözlər

Tövsiyə, qafiyə, təhkiyə, saniyə, tərbiyə, cəfəngiyat, mərsiyə, məyus, təyin, akasiya, aksiya, akademiya, alleqoriya, allergiya, laboratoriya, ambisiya, anarxiya, artilleriya, batareya, Bəxtiyar, coğrafiya, dekorasiya, diviziya, dizinteriya, ehtiyat, ehtiyac, federasiya, fiziologiya, filarmoniya, filologiya, fotoqrafiya, frazeologiya, haşiyə, heyət, imperiya, inteqrasiya, investisiya, inversiya, intonasiya, infeksiya, izolyasiya, kampaniya, kommersiya, koordinasiya, qvardiya, muğayaq, orfoepiya, olimpiya, riayət, şayiə, təmayül və s. 

Fonetika - Hərflər (3)

Müxtəlifcinsli qoşasamitli sözlər

       1. Söz ortasında q samiti kar samitdən əvvəl gələrsə, tələffüzdə q-k` əvəzlənməsi baş verir. Məsələn, iqtidar-[ik`tidar], təqsir-[tək`sir] və s. Bu cür tələffüz olunan sözlər əsasən alınma sözlərdir.

       2. Söz ortasında iki müxtəlif kar samit yanaşı gələrsə, adətən, ikincisi cingiltili tələffüz olunur. Məsələn, əski-[əsgi], ustad-[usdad] və s.

İstisna: istintaq-[istintak`].

Qeyd: Alınma mənşəli –kar və -keş şəkilçilərindəki [`k`] səsi həmişə olduğu kimi tələffüz olunur: sənətkar-[sənətkar], zəhmətkeş-[zəhmətkeş], həvəskar-[həvəskar] və s.

       3. Söz ortasında vt samit qoşalığı gələrsə, birinci samit kar qarşılığı kimi tələffüz olunur. Məsələn, avtomat-[aftomat], avtobus-[aftobus] və s.

         4. K samiti samit səsdən əvvəl gələrsə, tələffüzdə, adətən, k-x` əvəzlənməsi baş verir. Məsələn, məktub-[məx`tup], küləkli-[küləx`li] və s.

      5. Söz ortasında b,m samitlərindən əvvəl gələn n samiti [`m`] kimi tələffüz olunur. Məsələn, anbar-[ambar], qənbər-[qəmbər], zənbil-[zəmbil] və s. 

Kombayn, kombinat, hambal, kömbə, pambıq, kombinasiya, simfoniya, qumbara, lampa, ambulans, embrion, amper, ansambl, olimpiya, kampaniya, ambisiya, imperiya sözləri “m”  ilə yazılır.

6.    Sonu ç ilə bitən sözlərdən sonra d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçi və ya söz gələrsə, tələffüzdə ç-ş əvəzlənməsi baş verir. Məsələn, qaçdı-[qaşdı], heç nə-[heş nə] və s. 

7.    Sözün ilk c samitindən sonra d, l, s, z samitləri gələrsə, c-j əvəzlənməsi baş verir. Məsələn, güclü-[güjdü], səcdə-[səjdə] və s.      

Fonetika - Hərflər (3) 

Sonu qoşa samitlə bitən təkhecalı sözlər

Dilimizdə bəzi təkhecalı sözlər var ki, sonu iki samitlə bitir. Belə sözlər iki növə bölünür:

         1. Eynicinsli qoşasamitli təkhecalı sözlər;

         2. Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər.

 Eynicinsli qoşasamitli təkhecalı sözlər: Eynicinsli qoşasamitli təkhecalı sözlər, əsasən, ərəb mənşəli sözlərdir. Məsələn, haqq, sirr, fənn, xətt, zidd, həll, hədd, rədd, hiss, küll və s. Belə sözlərə samitlə başlayan şəkilçi qoşulduqda son samit düşür. Məsələn, hədsiz, haqlı, sirli və s. Mürəkkəb sözün tərkibində işlənən belə sözlərdə qoşa samitlərdən biri yazılır və bu cür tələffüz edilir: rəsmxət-[rəsimxət], hüsnxət-[hüsünxət] və s.

Mürəkkəb sözün tərkibində birinci tərəfdə işlənən belə sözlərdə şəkilçisiz qoşa samitlərin hər ikisi yazılır və mürəkkəb söz defislə yazılır. Məsələn, haqq-hesab, hədd-büluğ və s.

Hiss və küll sözləri tək samitlə işləndikdə ayrı leksik məna ifadə edir.

Hiss –duyğu; his - ocağın hisi. Küll – cəm, toplu; kül - ocağın külü.

Fonetika - Hərflər (3)

Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər: Onlarda iki fərqli xüsusiyyət yaranır.

       1. Samitlərdən ən azından birinin cingiltili olduğu belə sözlərdə tələffüz zamanı samitlərin arasına qapalı sait səs artırılır. Məsələn, qəbz, qəsr, əmr, zülm, nəbz, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn, fəhm, sehr və  s. Bu sözlərə samitlə başlayan şəkilçi artırıldıqda da səsartımı hadisəsi baş verir. Məsələn, zülmkar-[zülümkar] və s.

       2. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlayan şəkilçi qoşulduqda ikincisi tələffüz olunmur. Məsələn, dostluq-[dosdux], neftçi-[nefçi] və s.

 İkinci variantda verilmiş qayda çoxhecalı sözlərə də aiddir. Məsələn, sərbəstlik-[sərbəslix`], behiştdə-[behişdə] və s. Ümumiyyətlə, st, ft, şt hərf birləşmələri ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi gələrsə, tələffüzdə ikinci samit düşür.

Bəzi ikihecalı sözlər var ki, onların tələffüzü təkhecalı qoşasamitli sözlər kimi olsa da, yazılışında onlardan fərqlənir, yəni yazılışda da qapalı sait olur. Həmin sözlər bunlardır: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, cisim, nəsil, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, şeir, əsil və s.

 

7 iyun 2014
GO BACK