Sərt_Əsinti
Xoşbəxtəm, çünki nə istədiyimi çox vaxt bilirəm və özüm özümü təkcə fiziki deyil, həm də psixoloji olaraq idarə də bilirəm və xoşbətxəm, çünki bunu mənə öyrədən bir xanımla tanış oldum. Xoşbəxtəm, çünki hər səhər sağ-salamat ayılır və yeni günə başlamaq şansı əldə edirəm. Xoşbəxtəm, çünki Allah mənə xeyirli olan hər istəyimi daim məndən əsirgəmir. Xoşbəxtəm, çünki varam və varlığımla bir adamı da olsa, xoşbəxt edə bilirəm. Xoşbəxtəm, çünki bir adama belə olsa, bu həyatda indiyə qədər faydam toxunub. Xoşbəxtəm, çünki bu saytı tanımışam və bu sayt vasitəsilə çox şeylər öyrənmişəm. Xoşbəxtəm, çünki həyatda nə olursa olsun, hər şeyi baş verdirən bir Yaradıcının olduğunu dərk edirəm. Xoşbəxtəm, çünki məni sayıb, hörmət edib xəbərində iştirak etməyimi istəyibsən.
Gulum
Bəzən kimsə deyəndə ki, mən çox xoşbəxtəm, həmişə mənə birtəhər gəlib. Çünki mənim düşüncəmdə xoşbəxtlik anlarla, məqamlarla olan bir hissdir. İnsan daim xoşbəxt olsa, bilmirəm, bəlkə də, dəli olar. Ola bilsin ki, mənimlə razılaşmayanlar da olacaq. Xoşbəxtlik elə bir duyğudur ki, insan daim ona can atmalıdır. Düzdür, naşükürlük eləmirəm. Bir qadını həyatda xoşbəxt edəcək nə lazımdırsa, Allahım məndən əsirgəməyib. Yaxşı həyat yoldaşı, ağıllı övladlar və yaşamaq ücün zəruri olan hər bir şey var mənimçün. Ən əsası isə mənə və sevdiklərimə böyük Allah sevgisi verib Rəbbim. Əgər yaxınlarımdan biri çox sıxıntı keçirirsə və ya yaxın qonşum nə səbəbdənsə göz yaşı içindədirsə, mən necə həmin an xoşbəxt ola bilərəm? Məncə, qeyri-mümkündür. Amma xoşbəxt anlarım çox olub. Bəzən Allahıma etdiyim duaların Onun tərəfindən eşidildiyini və qurban olduğumun köməyimə çatdığı anlarda, bəlkə də, dünyanın xoşbəxti olmuşam. Məsələn, xoşbəxtəm ki, atam, anam yataq xəstəsi deyillər. Bu yaşda övladlarının bəhrini görüb sevinirlər. Xoşbəxtəm ki, 9 illik həsrətdən sonra Allahım qardaşıma iki övlad payı verdi. Atamın ocağından yenidən körpə səsi gəldi. Xoşbəxtəm ki, bugünkü gündə yoldaşım sağlamdır və çox hörmət edilən bir insandır. Xoşbəxtəm ki, övladlarım ali təhsillidirlər və hal-hazırda böyük oğlum Vətənin xidmətindədir. Xoşbəxt anların tez-tez baş verməsi üçün həmişə Allahıma dua və şükürlər edirəm. Bu həyatda məni xoşbəxt edəcək çox məqamlar olur. Bəzən övladlarımdan gec xəbər tutanda, onların telefondan gələn səsləri həmin anda məni xoşbətlikdən ağlamağa belə vadar edir. Hərdən atamgilə gedəndə içəri girərkən atamın Quran oxuyan səsini eşidəndə Allahıma yalvarıram ki, Allahım, bu xoşbəxt məqamları mənə çox görmə. Düzdür, belə məqamlarım çox olub. Yazsam, bəlkə də, qurtarmaz. Arzu edirəm ki, Allahım hər kəsə istədiyi xoşbəxtliyi yaşatsın. Amin!
QWEN
Əslində xoşbəxt deyiləm sözünü dilimə gətirə bilmərəm. Mənim yerimdə olmaq istəyən nə qədər insan ola bilər. Mən xoşbəxtəm, çünki mən varam. Mən xoşbəxtəm, çünki ailəm, uşaqlarım var. Mən xoşbəxtəm, çünki anam, atam, bacım var, məni sevənlər və sevdiklərim var. Bunlar ümumi cümlələr idi. İndi isə xırdalayım. Əslində kiçicik bir şey belə məni sevindirib, xoşbəxt edə bilər: bişirdiyim yeməyi tərifləyəndə, özümə nəsə alanda, kiməsə istədiyi şeyi alanda, sevdiyim insanların üzündə təbəssüm olanda, Qadın.Netdə xəbərim çıxanda, uşaqlarım mənə ana dediyində və s. Siyahını artırsam, burada yer qalmayacaq. Sonda isə hər kəsə xoşbəxt olmağı arzu edirəm. Qoy, həmişə hamı "Xoşbəxtəm!" desin. Amin!
AFƏR
Düzdür, həyatda bütün arzularım deyə bilmərəm ki, gerçək olub, amma yenə də xoşbəxtəm, çünki ilk olaraq iki gözəl, şipşirin övladım var. Çünki gözəl, sakit, mehriban ailəm var. Çünki həyat gözəldir, yaşamağa dəyər. Əgər Tanrım mənə bunları veribsə, demək, mən şükr etməliyəm. Etməsəm, nankor olmuş olaram. Bir sözlə, xoşbəxtəm, çünki xoşbəxtəm.
PƏRVANƏ ƏLİYEVA......
Həyat hər zaman istədiyimiz kimi gözəl olmur. Daha böyük acılar, çətinliklər, sıxıntılar, dərdlər var bu həyatda. Ona görə də xoşbəxtlik də, bədbəxtlik də öz əlimizdədir. Çünki Rəbbim bizlərə ağıl, şüur veribsə, demək ki, hər şeyə bir tək onun köməkliyi ilə çata bilərik. Xoşbəxtəm, bəli. Xoşbəxtəm, çünki bu gün həyatda yaşamağım üçün Rəbbim mənə hər şey bəxş edib. Allahımdan bu günə kimi nə diləmişəmsə, hər zaman səsimi eşidib. Öncə ona görə xoşbəxtəm ki, valideynlərimin başını hər zaman uca tutmuşam. Xoşbəxtəm, çünki bu həyatda çəkdiyim bütün ağrı, acılara, problemlərə baxmayaraq ailəmi qoruyub saxlaya bildim. Bu gün gözəl ailəm var. Məni sevən, mənə dəyər verən həyat yoldaşım, iki gül balam var. Xoşbəxtəm, çünki ibadət edirəm, namaz qılıram. Ən azından çevrilib arxaya, keçirdiyim illərə baxanda peşmançılıq hissi keçirtmirəm. Bu günə kimi həyatımdan çox razıyam. Bu gündən sonrasına da Allah kərimdir. Həyat təcrübəsi insana həyatı düzgün yaşamağı, səbrli olmağı, sadə olmağı, xoşbəxt olmağı, həyatın ağrı, acısını yaşamağı öyrədir. Rəbbim dərd verəndə dərmanını da verir. Bir tək istəyim var, Rəbbimin bizlərə verdiyi hər bir imtahandan üzüağ çıxaq. Allah hər bir bəndəsinə layiq olduğu xoşbəxtliyi nəsib etsin. Gözəl, pozitiv xəbərinə görə çox sağol, Asi. Allah səndən razı olsun.
Zeyneb-Esger
Xoşbəxtəm, çünki məni Yaradan, Yaşadan, inandığım, sığındığım, məni, yaxınlarımı və əzizlərimi qoruyan gözəl Allahım var. Bəzi səbəblərmi və ya qüsurlarmı deyim, məni nə vaxtsa ailə quracağım və övlad sahibi olacağım fikrindən uzaq saxlayırdı. Amma gözəl Allahımın hər bir məsləhətinə şükr. Xoşbəxtəm, çünki gözəl ailəm, ağlı, əqli və hər bir əzası yerində olan iki övladım var. Ailəm, övladlarımdan və onların xoşbəxtliyindən ötrü canımdan belə keçərəm. Allahdan sonra sevdiyim nə çox şəxs varmış. Bu qədər səbəbdən sonra xoşbəxt olmamaq olarmı.
SR
Xoşbəxtəm, çünki Allahım daim mənimlədir. Xoşbəxtəm, çünki ailəm məni çox sevir və yanımdadırlar. Xoşbəxtəm, çünki sevdiyim daim mənimlədir, həyatımdadır. Xoşbəxdəm, çünki sevdiyimlə nişanlıyam və məni çox sevir. Xoşbəxtəm, çünki sevdiklərim daim mənimlədir. Xoşbəxtəm, çünki bu saytı tanımışam. Sənin kimi səmimi insanları tanımışam. Xoşbəxtliklərimi saysam, deyəcəksiz artıq yetər. Ancaq ən əsas xoşbəxtliyim isə ondadır ki, Allahım, ailəm və sevdiyim daim mənimlədir, pisliklərdən, pis insanlardan məni qoruyurlar.
HUSNA
Mövzu haqda çox şey yazmaq olar. Mən də xoşbəxtliyimi kiçik cümlələrlə bildirmək istəyirəm. Xoşbəxtəm, çünki anayam, sevib-sevilirəm, Əlhəmdülilləh müsəlmanam. Allah mənə namaz qılmağı və hicaba keçməyi nəsib edib. Xoşbəxtəm, çünki Uca Yaradanın sevgisi daim ürəyimdədir. O, bizə nəyin düz, nəyin yanlış olduğunu, haqq yolunu öyrədir. Xoşbəxtəm, çünki şükr etməyi bacarıram. Allah xoşbəxtliyimizi pozmasın!
♥Aynişka Gülüm♥
Mən xoşbəxtəm, çox şükr. Xoşbəxtəm, çünki gözəl ailəm var, gözəl həyat yoldaşım var. Üç dünyalar gözəli övladım var. İki gözəl qızım, bir oğlum var. Yaşamağa evim var, gözəl yaşamaq üçün hər cür şəraitim var. Sevirəm, sevilirəm! Çox şükr! Allahdan başqa nə istəyə bilərəm ki, Allah bəd nəzərdən qorusun.
Ellada Babayeva
Xoşbəxtəm, çünki valdeynlərim, bacılarım yanımdadır. Onların üzü güləndə mən də xoşbəxt oluram. Xoşbəxtəm, çünki iki anam var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarla düzgün və təsirli ünsiyyət
Yenə dünyanın sonu gəlir?
Koronavirus daha bir cütlüyün ayrılıq səbəbi oldu
Dünyanın ən ağır karp balığını tutdular
Hündürdaban ayaqqabının yaratdığı xəstəliklər
Bayram namazının vaxtı açıqlandı
5G-yə 600 milyon dollar xərcləyəcək
Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”
"Körpə gəzintidə" filmi gerçək oldu
Nümayəndələr Palatasının sədri: "İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Dünyaya yeni diktator gəldi
MSK: 1894050 nəfər səsvermədə iştirak edib
Baş Prokurorluqdan terrorizm əleyhinə bir neçə dildə maarifləndirici VİDEO
Azərbaycana 1,6 milyard ayrılıb
Müğənni toyuq əti sanıb yedi, nə olduğunu biləndə şok yaşadı
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
"Kann" festivalının qırmızı xalçası
COVID-19 mövsümi xəstəliyə çevrilə bilər
Bakıda Novruz şənliyi keçiriləcək
Yeməkdən sonra 7 təhlükəli vərdiş
Qış aylarında immuniteti necə gücləndirməli?
Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"
Balaca şahzadələrimiz üçün donlar
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Erməni deputat Azərbaycanı müdafiə etdi
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ+VİDEO
"The Simpsons" sevənlərə bəd xəbər
Yeni il gecəsi üçün makiyaj
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Günün qoroskopu: asan zaman deyil
Meksika çimərlikləri boşaldıldı
Arıqladan zəncəfil çayı
Vertigonun çarəsi manevr hərəkətləridir
95 yaşlı kişi yasında "dirildi" - FOTO
Uşaqlarda diş baxımı
Milli Assambleyanın deputatı təxribatçı qətnamənin qəbulu “prosesini” ifşa etdi
Hava haqqında - 29.11.2013
ABŞ-dan dünya iqtisadiyyatını sarsıdacaq qərar
Ütünü necə təmizləməli?
Kök insanlar bu xəstəliyə yoluxmur
Məşhur müğənni Acunla Şeymanın boşanmasından danışdı
Uşaqların sosial-psixoloji inkişafı-3
Rus maşını ucuzlaşır
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Dekorativ qidalar - foto
İtlərin içərisində də ən vəfalısı var
Qeyri-adi aksesuarlar
Çörəksiz həyatın dadı yoxdur
Duzlu bisküvit (foto resept)
90 kiloqramlıq model jurnalın üz qabığında olacaq
- ŞƏRHLƏR