Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası“Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərin başladığını elan edirlər. Yay futbol məktəbini təşkil etməkdə əsas məqsəd paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarından müvəffəqiyyətlə keçən 8-12 yaş arası (2003,2004,2005,2006 və ya 2007 təvəllüd) 32 gənc iyun ayının 1-dən 6-dək Bakıda, “Bayıl Arena” stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək.
Seçimləri prosesini həyata keçirən AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirəcəklər. Seçimlərə qatılmaq üçün heç bir ödəniş tələb olunmur.
Seçim prosesinin təqvimi aşağıda qeyd olunub:
Şəhər |
Ünvan |
Qeydiyyat tarixi və vaxtı |
Seçim tarixi |
Gəncə |
Nizami Gəncəvi küç., 24, AFFA-nın süni örtüklü meydançası |
5 may 2015-ci il, saat 16:00 |
6-7 may 2015-ci il |
Qax |
Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu |
8 may 2015-ci il, saat 16:00 |
9-10 may 2015-ci il |
Xaçmaz |
Xaçmaz Olimpiya İdman Kompleksi |
14 may 2015-ci il, saat 16:00 |
15-16 may 2015-ci il |
Sumqayıt |
Sumqayıt FK-nın stadionu, Səməd Vurğun küç., 25 |
19 may 2015-ci il, saat 16:00 |
20-21 may 2015-ci il |
Bakı |
“Bayıl Arena” stadionu, Səbail rayonu, Salyan şossesi 23, 20-ci sahə. |
22 may 2015-ci il, saat 16:00 |
23-24 may 2015-ci il |
Qeydiyyatla bağlı suallar üçün əlaqə nömrələri: 0555119078, 0555119079
Mançester Yunayted Yay Futbol Məktəbinə seçilən uşaqların idman paltarı ilə təminatı Bakcell şirkəti tərəfindən həyata keçiriləcək. Təlimlər “Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri tərəfindən keçiriləcək. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək. Səfərlə əlaqəli xərcləri də həmçinin Bakcell şirkəti öz üzərinə görürür.
“İki il ərzində AFFA və Mançester Yunayted ilə birlikdə təşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbi bütün gözləntilərimizi qarşıladı. Bu layihəyə olan xüsusi marağı nəzərə alaraq məktəbin davamlı olmasını təmin etməyi özümüzə borc bildik. Bundan öncə seçimdən müvəffəqiyyətlə keçən uşaqlar Mançesterə səfər zamanı da həmçinin yüksək nəticələr nümayiş etdirdilər. Milli operator olaraq bütün bu nailiyyətləri qürur mənbəyimiz kimi qəbul edirik. Mən daxil olmaqla, bu layihənin həyata keçirilməsində rolu olan hər bir şəxs əmindir ki, Azərbaycanlı uşaqlarda olan böyük potensial gələcəkdə milli futbolun daha yüksək nəticələr əldə etməsi üçün əvəzolunmaz zəmindir” deyə Bakcell şirkətinin baş icraçi direktoru Riçard Şirer bildirib.
Elxan Məmmədov (AFFA-nın baş katibi): “Bakıda “Mançester Yunayted” Yay Futbol Məktəbi üçün seçim prosesi artıq ardıcıl olaraq üçüncü dəfədir ki, təşkil olunur və bu, bizi çox sevindirir. Ötən iki il ərzində bu layihə çərçivəsində görülən işlər, qeydiyyat, seçim proseslərinin və təlim-məşq toplanışının yüksək səviyyədə təşkili, uşaqların bu layihəyə böyük marağı Azərbaycanda futbolun kütləviliyi ilə bağlı görülən işlərin müsbət nəticəsidir. Bu istiqamətdə AFFA, Bakcell şirkəti və “Mançester Yunayted” Yay Futbol Məktəbinin qarşılıqlı əməkdaşlıq mühitində fəaliyyəti təqdirəlayiqdir.
Layihənin ilk ilində biri qız olmaqla 6, növbəti il isə 5 nəfər istedadlı uşaq təlim-məşq toplanışında daha yaxşı göstəricilərə malik olduğunu nümayiş etdirərək Mançester şəhərinə səfər etmək və Denston kollecində məşqlər keçmək, həmçinin “Mançester Yunayted” Futbol Akademiyası, əfsanəvi “Old Trafford” stadionu ilə tanışlıq şansı qazandılar.
İnanıram ki, budəfəki təlim-məşq toplanışı da yüksək səviyyəsi ilə diqqəti cəlb edəcək, yenə də xüsusi istedad və bacarığa malik uşaqlar Mançesterə vəsiqə qazanaraq təcrübələrini artırmaq imkanı əldə edəcəklər”.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Mayli Sayrus qəribə paylaşımları ilə DİQQƏT çəkdi-FOTO
Çiy bibərin faydaları
(cizgi filmi)
Blinçik boğçası (foto resept)
Paranoyaya kişilərdə daha çox rast gəlinir
Vahid məktəbli forması necə olacaq?
Keramikadan təbiətin imtasiyası
Bir-birindən gözəl eyvan dekorasiyası
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?
Neslihan Atagül Bakıya gəlir
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Ağız qoxusunun çarəsi
Beren Saat ilk dəfə evliliyindən danışdı - VİDEO
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Məşhur aktrisa ərə getdi
“Hercai”nin “Miran”ı sevgilisi ilə - FOTO
Azərbaycanda güclü qar yağdı
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Ana südü hansı orqanın məhsuludur?
Qvinet Paltrou makiyajsız halı ilə QORXUTDU
Nə qədər sayt işləyir?
Qız kabab yeməklə 15 min qazanaraq birinci oldu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Üzr istəməsən, ölərəm
Prezident İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi növbəti hərbi cinayətdir"
Samsung sağlamlıq platforması yaratdı
Günün qoroskopu: Pozitiv gündür!
Nazim ilə Piraye
Şahzadə Yevgeniya: Çapığımdan utanmıram - FOTO
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Yatmadan əvvəl dəri baxımı
Saç sağlamlığı üçün saçları necə yumalı?
“Formula-1”ə görə bağlanan yollar
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
Prezident onu vəzifədən AZAD ETDİ
Özünüzü idman etməyə məcbur edirsiniz?
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Evdə saç jelesi hazırlayaq
İrem Derici Bakıya gəlir
Mitinq çağırışı edən saytlar bağlanacaq
Samsung smartfon kimi saat buraxacaq
Gözəl jaketlər
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb
Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
- ŞƏRHLƏR