Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Niyazi
(1912-1984)
Niyazi Tağızadə-Hacıbəyli 1912-ci ildə Tiflisdə anadan olub. Onun atası Zülfüqar bəy Hacıbəyli Azərbaycanın görkəmli musiqi xadimlərindən olmuşdur. Niyazinin əmisi Üzeyir bəy Hacıbəyli onun uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə diqqət yetirmişdir. Ümumi təhsil aldıqdan sonra Niyazi Moskva şəhərinə yollanır və 1926-cı ildə Qnesinlər adına Musiqi Texnikumuna daxil olur.
1931-ci ildə buranı bitirdikdən sonra o, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, sonra isə Yerevan (əvvəllər bu Azərbaycan şəhəri İrəvan adlanırdı) konservatoriyasında təhsilini davam etdirmişdir.
1933-1934-cü illərdə Niyazi Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. O, təzəcə yaranan Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmişdir. Niyazi 1938-ci ildən həmin orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunmuşdur. Eyni zamanda onun ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olmuşdur. Belə ki, o, 1937-1948-ci illərdə teatrın dirijoru vəzifəsində çalışmışdır.
Niyazinin bəstəkarlıq və dirijorluq fəaliyyəti 30-cu illərdən başlamışdır. Orijinal istedad sahibi olan Niyazi yüksək musiqi mədəniyyəti, dərin erudisiya və güclü iradəyə malik böyük sənətkar idi. Niyazinin repertuarında Qərbi Avropa, rus, sovet klassiklərinin, müasir bəstəkarların əsərləri mühüm yer tuturdu. Azərbaycan ifaçılıq sənətinin inkişafmda, milli musiqinin təbliğində Niyazinin xidməti böyükdür.
Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"-nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ- da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır.
1951-1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır.
1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır.
Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul
Opera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir.
İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir.
Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Niyazi 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olmuşdur.
Niyazi məşhur hind filosofu R.Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür.
Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O, həmçinin, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.
1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B.Bartok adına medalı ilə təltif edilmiş, 1982-ci ildə Tbilisinin fəxri vətəndaşı seçilmişdir.
Niyazi 1984-cü ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Zander (foto resept)
"Fənərbağça"lılara üzücü xəbər
Yaşıl çay saç maskası
Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi
Evdə jülyen hazırlayaq (foto-resept)
Mətbəx mebelləri
Zərif görünmək üçün nə geyinməli?
Göz ətrafı qırışları aradan qaldıran 2 təbii üsul
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Azərbaycan Milli Ensiklopediyasının yeni binası (FOTO)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Rulet tortu (foto resept)
Şəkillərdə güldürən detallar
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Film festivalında jüri olacaq - FOTO
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Telefonla çox danışanlara bəd xəbər
Hollivud ulduzu müsəlman olur
Qadının öz həyatını idarə etmə bacarığı
Daha bir yenilik - satışa quru araq çıxarılır
Yatmadan əvvəl dəri baxımı
İlham Əliyev Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam verdi
Qabırğalı-tərəvəzli yemək (foto resept)
Süni mayalandırma düşünənlər üçün düzgün qidalanma tövsiyələri
İşıqsız dünya
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Ulduzun gitarası 6,7 milyona satıldı-FOTO
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
"Kişi və qadın" tamaşası Qazaxda
Tatarıstanda matəm elan olundu
“The New York Times”da Füzuli və Ağdamdakı dağıntılar haqqında məqalə yayımlanıb - FOTO
Moskvada metal anqar yanır - VİDEO
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Aspirinin bilinməyən faydası tapıldı
Günün qoroskopu: xərclərinizi azaldın
Mənim dərsliyim Sənsən!
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Ömür dediyin...
Əhaliyə xəbərdarlıq edildi!
Məşhur cütlüyün beşinci övladı doğuldu
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
Kənan yeni ev axtarışındadır - FOTO
Bu da ən uzun iftar süfrəsi
Kompüter təhlükəsizliyi
Hava haqqında
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Güzgüylə dizayn edilmiş otaqlar
Sabahdan Novruz tətili başlayır
- ŞƏRHLƏR