Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Züleyxa Seyidməmmədova
(1919-1999)
Züleyxa Həbib qızı Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirən Z.Seyidməmmədova M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olub. Ailəsi onun institutu bitirib Bakı zavodlarının birində mühəndis kimi çalışacağını düşünürdü. İnstitutda oxuduğu dövrdə Züleyxa Azərbaycanın ilk tələbə aeroklubuna yazılır və təyyarələrdə uçmağı öyrənir. O dövrdə respublika rəhbərliyi aviasiyanın inkişafına böyük diqqət yetirir, yaxşı anlayırdı ki, bu gün aeroklubda vaxt keçirən tələbələr sabah hərbi və ya mülki aviasiya sıralarına daxil ola bilərlər. Dərslərə böyük həvəslə yanaşan Züleyxa Seyidməmmədova sonralar Azərbaycanın ilk qadın təyyarəçilərindən oldu.
Təyyarəçiləri havaya buraxmazdan əvvəl onlar paraşütlə davranmağı öyrənirdilər. Paraşütçülük dərslərinə böyük diqqət yetirən Z.Seyidməmmədova idman yarışlarında da iştirak edirdi. İnstitutun son kursunda o artıq Bakı aeroklubunda paraşütçü-təlimatçı işləyirdi. 1935-ci ildə paraşütçü-təlimatçı kimi Rusiyaya göndərilən Z.Seyidməmmədova Moskvada paraşütçülərin ilk ümumittifaq toplantısında iştirak edib. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur, o dövrün mətbuatı bu faktları sensasiya kimi qiymətləndirirdi. Sovet dövlətinin rəhbərləri ilə paraşütçülərin görüşündə İ.Stalin, S.Orconikidze, M.Kalinin və b. azərbaycanlı qadının cəsarətinə heyran qalmışdılar. O dövrdə Z.Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunur, mətbuatda geniş şərh edilirdi.
1938-ci ildə institutu mühəndis-neftçi peşəsi üzrə bitirən Z.Seyidməmmədova artıq peşəkar təyyarəçi olmaq qərarına gəlir. Sakit, stabil həyatı, o dövr üçün prestijli vəzifəni qoyub Moskvaya yollanır və SSRİ aviasiya kadrları hazırlayan ən mötəbər elm və təhsil ocağı olan N.E.Jukovski adına Hərbi Hava Akademiyasının şturman fakültəsinə daxil olur. Müharibə başlayanda Hərbi Hava Akademiyasını bitirən Z.Seyidməmmədova akademiyada qalmaq təklifini almış, təklifi qəbul edərək müəllim kimi çalışmışdır. O, Moskvanı havadan qoruyan və əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən qırıcı təyyarəçi alayına göndərildi, qırıcı eskadrilyasında şturman vəzifəsində çalışmağa başladı.
Müharibənin ilk dövründə sovet rəhbərliyinin buraxdığı səhvlər ucbatından sovet aviasiyası böyük itkilər vermişdi. Müharibənin ilk günü 1200 təyyarə məhv edilmişdi ki, onların da böyük əksəriyyətini almanlar elə aerodromlardaca bombalamışdılar. Təyyarəsiz qalmış pilotlar piyada hissələrin tərkibində döyüşlərdə iştirak edir, bir çoxu həlak olurdu, bu isə sovet aviasiyasına daha bir zərbə idi. 1941-ci ilin payızında, cəbhələrdə ağır döyüşlər gedən dövrdə qadınlardan ibarət hərbi təyyarə hissələri yaratmaq ideyası yarandı. Mülki və hərbi aviasiyada çoxlu qadın var idi, lakin onlar döyüşlərə göndərilmirdilər. Arxa cəbhədə yeni aviasiya məktəbləri və kursları açmaq, onların müdavimləri təyyarəçi kimi hazırlıq keçdikdən sonra qadın aviasiya hissələrini geri çağırmaq olardı. Bu ideya qəbul edildikdən sonra onun həyata keçirilməsi istiqamətində əməli iş aparılmağa başlandı.
Qadın təyyarəçilərin sayı 3 aviasiya alayını yaratmağa imkan verirdi. Qısa müddət ərzində qırıcı, həmlə, yüngül bombardmançı (gecə bombardmançıları) alaylarını yaratmaq qərarı qəbul edildi. İndiyədək dünya aviasiyası tarixində qadınların hərbi aviasiyaya qəbul edilməsi təsadüfi hallarda baş vermişdi, sırf qadınlardan ibarət aviasiya hissələrinin yaradılmasından isə söhbət belə gedə bilməzdi. Tapşırığı yerinə yetirmək ən məşhur sovet təyyarəçilərindən olan M.M.Raskovaya tapşırıldı. SSRİ-də ilk qadın-şturman, ən məşhur rekord uçuşlarının iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı M.Raskova hərbi aviasiyaya aidiyyəti olan qadınları ətrafına topladı və onların köməyi ilə mülki aviasiyada işləyən, həmçinin aeroklubları təzəcə bitirən qadın təyyarəçiləri Moskva ətrafında yerləşən aerodromların birində toplamağa başladı. Ona bu işdə bir neçə təcrübəli təyyarəçi qadın, o cümlədən Z.Seyidməmmədova kömək edirdi.
Qırıcı eskadrilyanın şturmanı Züleyxa Seyidməmmədova 1941-ci ilin oktyabrında M.Raskovanın sərəncamına göndərildi. Qadınlardan ibarət qırıcıların seçilib hazırlanmasına o cavabdeh idi. Artıq 1941-ci ilin noyabrında şərti adı "122- ci aviasiya qrupu" olan hərbi hissə təşkil edildi. Onun tərkibinə 586-cı qırıcı alay, 587-ci bombardmançı alay, 588-ci gecə bombardmançı alayı daxil idi. 1942-ci ilin
yazınadək alayların şəxsi heyəti gərgin məşqləri davam etdirdi.
Z.Seyidmommədova 586-cı qırıcı alayın şturmanı oldu. Alay 144-cü aviasiya diviziyasının tərkibində döyüşlərə atıldı. Stalinqrad uğrunda gedən döyüşlər, Voronej, Kostroma üzərində gedən döyüşlərdə Züleyxa Seyidməmmədova təkcə alayın şturmanı kimi deyil bilavasitə təyyarəçi kimi iştirak edirdi. Həmçinin, hər döyüşdən əvvəl təyyarəçilərin təlimatlandırılması, öyrədilməsi onun vəzifəsi idi. 1943-cü ilin yayında o, Kursk üzərində döyüşlərdə iştirak etdi. Bıırada gedən qızğın hava döyüşlərində faşist Ahnaniyasının ən məşhur aviasiya hissələri məhv edildi. Səma döyüşlərində çox vaxt radioefirdə "Sokol" ("Şahin") çağırışını eşitmək olardı. Bu Z.Seyidməmmədovanın çağırış kodu idi.
586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçdi, 4419 döyüş uçuşu keçirdi, 125 döyüş apardı, 38 alman təyyarəsi vurdu. Şəxsən 500 döyüş üçuşu keçirən Z.Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. Züleyxa Seyidməmmədova da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı.
1946-cı ilin əvvəlində Z.Seyidməmmədova Bakı şəhər Partiya Komitəsində işə qəbul edildi. Sonralar o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsi tərkibində müxtəlif məsul vəzifələrdə işləməyə başladı. Xarakterinə xas qətiyyət, müharibə illərində qazandığı insanları səfərbər etmək, təşkilatlandırmaq qabiliyyəti ona çox kömək edirdi. Ona tapşırılan bütün işləri canla-başla yerinə yetirirdi.
1952-1974-cü illərdə o, Azərbaycan SSR sosial təminat naziri vəzifəsində işləmişdir. 1970-ci ildə "Təyyarəçi qadının qeydləri" kitabı işıq üzü görmüş və rəğbətlə qarşılanmışdır. O, Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" və başqa orden və medallarla təltif edilmişdir.
Züleyxa Seyidməmmədova 1999-cu ildə vəfat etmişdir.
XƏBƏR LENTİ
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Uşaqlar üçün tortlar
Nəqliyyat dəbi
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
Bəyaz 12 kq arıqladı-FOTO
Günün ulduz falı
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Dadlı toyuq əti (foto resept)
Dərman qəbul edərkən diqqətli olun!
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Qırmızı tuflilərdən qorxmayın!
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Azərbaycanda yaxşı iş tapmaq niyə çətindir?
Şakiranın yeni FOTOları
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Qeyri-adi aksesuar trendləri
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Moskvada Qarabağ xalçaları satırlmasına REAKSİYA
Hazal Kayadan hamiləlik FOTOsu
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO
Günün qoroskopu: Uğurlu gündür!
Müxtəlif geyim tərzləri
Apple-da nə baş verir?
İdmançımız Avropa çempionu oldu
Daha bir dövlət ərazisinə Azərbaycan vətəndaşlarının daxil olmasına icazə verdi
"Korrupsiyaçının Allah bəlasını versin!"
Beyindən düzgün istifadə
Tarixdə ilk dəfə baş verdi - FOTO
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Toyuqlu rizotta(foto resept)
Toy və nişan buketi
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Azərbaycan milli uşaq oyunları-9
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
Tər qoxusunun qarşısını necə almalı?
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
Mərkəzi Bank kreditlərin sərtləşdirilməsi ilə bağlı açıqlama verdi
Heyli Castin Bieberin soyadını götürdü-FOTO
Qız otaqları üçün dekorasiya nümunələri
Məşhur aktrisa cavabı ilə hər kəsi təəccübləndirdi-FOTO
Bir həftədə 27 milyon insan izlədi
İnsanın daha bir əcdadı tapılıb
"Azərbaycan Türkiyənin və Fransanın yanıdadır"
Nüsret 1 milyonluq gəlirini evsizlərə bağışladı
"Çocuklar duymasın"da sürpriz - FOTO
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Milanda gəzməli yerlər
Magiya: həm xoşbəxtlik, həm də bədbəxtlik?
- ŞƏRHLƏR