Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Nadir şahın ölümündən sonra 1747-ci ildə Azərbaycanda müstəqillik uğrunda hərəkat genişlənir. Qarabağa qayıdıb burada möhkəmlənən Pənahəli bəy Cavanşir müstəqil xanlığın əsasını qoyur. Qarabağın Sancalı kəndinin türk tayfası cavanşirlər nəslindən olan Pənahəli xan gənc yaşlarından igidlikdə ad çıxarmış, Nadir şahın qoşunlarında xidmət etmişdi. Tərəfdarlarını ətrafına toplayaraq müstəqil dövlət yaratmağa başlayan Pənahəli xan qısa müddət ərzində Qarabağ xanlığını güclü xanlıqlardan birinə çevirdi. Ona Qarabağın təkcə türk-müsəlman əhalisi deyil, həm də alban-mənşəli Xaçın məlikliyi və erməni mənşəli Vərəndə, Dizaq, Gülüstan, Çiləbörd məliklikləri də tabe oldu. Bu ermənilər Nadir şah tərəfindən Azərbaycan torpaqlarına köçürülmüşdülər, azsaylı olduqları üçün azərbaycanlı müsəlman əhali onlara öz torpaqlarında yer ayırmışdı. O zaman erməniləri məzlum xalq kimi qəbul edən azərbaycanlılar necə böyük səhv buraxdıqlarını hələ bilmirdilər.
Pənahəli xan Bayat, Şahbulaq və Şuşa qalalarını inşa etməklə Qarabağda özünə dayaq nöqtələri yaratdı, 1748-ci ildə İran hökmdarı Adil şah onu müstəqil xan kimi tanıdı. Artıq bu zaman erməni xisləti özünü göstərməyə başladı. Lakin Pənahəli xana qarşı çıxan erməni məlikləri məğlub edildilər və xana tabe oldular. İranda hakimiyyətə gəlmək iddiasında olan Məhəmməd Həsən xan Qacar 1757-ci ildə Qarabağa hücum etdi. Pənahəli xan Şuşanın güclü müdafiəsini təşkil etməklə bərabər, düşmən üzərinə hücuma da keçdi. Böyük itkilər verən Məhəmməd Həsən xan Azərbaycanı tərk etməli oldu. Ondan sonra Qarabağa Urmiya xanı Fətəli xan Əfşar da hücum etdi. Əvvəlki döyüşlərdən sonra öz qüvvələrini bərpa etməyə imkan tapmayan Pənahəli xan 8 ay müdafiə olunsa da, sonda Fətəli xandan asılılığı qəbul etdi. Lakin bu asılılıqdan yaxa qurtarmaqçün Fətəli xanın düşməni İran hakimi Kərim xan Zəndlə birləşdi. Müttəfiqlərin birləşmiş qoşunları ağır döyüşlərdən sonra Fətəli xan Əfşarı məğlubiyyətə uğratdılar.
Kərim xan öz müttəfiqlərini paytaxtı Şiraza qonaqlığa, qələbəni qeyd etməyə çağırır. Lakin Şiraza gəldikdə onları həbs edib tabe olmağı tələb edir. Tariximizə "Şiraz qonaqlığı" adı ilə düşmüş bu hadisə 1765-ci ildə baş vermişdir və azərbaycanlılara bir daha dərs olmuşdur ki, siyasətdə qonşuluq və dostluq münasibətlərinə ehtiyatla yanaşmaq lazımdır.
Lakin Kərim xanın hiyləgərliyi onun istədiyi nəticəni vermədi. Belə ki, yürüşə yollananda Pənahəli xan oğlu İbrahimxəlil xanı öz yerinə müvəqqəti hakim qoymuşdu. O qorxurdu ki, atasını xilas etmək istəyən İbrahimxəlil xan Kərim xanın tələbi ilə razılaşar və Qarabağı İrana tabe edər. Odur ki, Qarabağın müstəqilliyini canından artıq tutan Pənahəli xan özünü Şirazda öldürür. Onun bu hərəkəti hamını, hətta Kərim xanı da heyrətləndirir və o, İbrahimxəlil xanı müstəqil hakim kimi tanıdığını bildirir və Pənahəli xanın cəsədini Qarabağa göndərir.
1763-cü ildən Qarabağı idarə edən İbrahimxəlil xan bir çox problemlərlə üzləşmişdir. Onun doğma qardaşı Mehrəli bəy qonşu xanlıqlar tərəfindən şirnikləndirilərək dəfələrlə qanuni xana qarşı çıxmış, xanlıqda ikihakimiyyətlilik yaratmışdı. İbrahimxəlil xanın gördüyü tədbirlər nəticəsində xanlıqdan uzaqlaşdırılan Mehrəli bəy öz hərəkətlərindon əl çəkməmişdi və yalnız 1785-ci ildə vəfat etdikdən sonra ikitirəlik təhlükəsi aradan qalxmışdı.
Ölkədə baş qaldırmaq istəyən separatçı feodallar da məğlub edilir, xanlığın ərazisində quldur basqınlarına son qoyulur. Pərakəndəliyin Azərbaycana necə böyük ziyan vurduğunu görən İbrahimxəlil xan birləşdirici siyasət həyata keçirməyə başlayır. Onun tədbirləri nəticəsində Naxçıvan, Gəncə və Təbriz xanlıqları Qarabağın müttəfiqinə çevrilir.
Azərbaycanda vahid dövlət yaranacağından qorxan Rusiya İbrahimxəlil xanın getdikcə artan nüfuzundan ehtiyat etməyə başlayır. Rusiyanın göndərdiyi emissarlar Qarabağ ərazisində yaşayan ermənilərin başçıları məliklərlə əlaqə qurur, onlara İbrahimxəlil xan məğlub edilərsə, Qarabağda erməni dövləti qurulacağını vəd edirlər. Nəticədə 1781-ci ildə Qarabağın erməni məlikləri İbrahimxəlil xana qarşı qiyam qaldırırlar. Mənşəcə alban olan Xaçın məliyi xristian olmasına baxmayaraq İbrahimxəlil xana xəyanət etmir və onun tərəfini saxlayacağını bildirir.
Sürətlə hərəkət edən İbrahimxəlil xan qoşunları ilə qiyamçıları məğlub edir, dayaq məntəqələrini ələ keçirir. Məlum olur ki, onların arxasında Rusiya emissarları dayanır, katolikos İoahannes isə dini ədavəti ortaya salmaq istəyir ki, xristian dövlətləri Qarabağ xanına qarşı yürüşə başlasınlar. Lakin İbrahimxəlil xanın qətiyyətli tədbirləri bu planların qarşısını alır. Bir neçə məlik və katolikos həbs edilir, digərləri Tiflisə qaçırlar. Düşmənlərini məğlub edən İbrahimxəlil xan, bununla belə, ərazisində yaşayan adi, zəhmətkeş xristianlara toxunmur, ermənilərə qarşı heç bir repressiya xarakterli tədbir həyata keçirmir.
İbrahimxəlil xan yüksək diplomatik məharət göstərərək Rusiya ilə danışıqlara başlayır. O, Rusiyanın Qarabağda erməni dövləti yaratmaq niyyətini başa düşsə də, onunla əlaqələri münaqişə həddinə çatdırmamağa çalışır. Bu işdə Qarabağ xanlığının vəziri məşhur Azərbaycan şairi və görkəmli dövlət xadimi Molla Pənah Vaqifin böyük əməyi olmuşdur. Rusiya imperatriçəsi II Yekaterina üzdə Qarabağın müstəqilliyini tanımış, xan və onun vəzirinə böyük hədiyyələr göndərmiş, lakin əslində öz mənfur niyyətindən əl çəkməmişdi.
Belə ki, 1787-ci ildə Rusiya-Osmanlı münasibətləri pisləşəndə Qafqaza əlavə qoşunlar göndərən Rusiya Qarabağ xanlığını zəbt etmək qərarına gəlir.
Gürcü çarı II İrakli, onunla birlikdə olan və əvvəllər xanın qəzəbindən Tiflisə qaçmış erməni məlikləri və polkovnik Burnaşovun başçılığı ilə rus qoşunları Gürcüstan tərəfdən Qarabağ xanlığına yürüşə başlayırlar. Bu yürüş tarixi sənədlərdə "Qarabağ xanlığına qarşı xaç yürüşü" adlandırılır.
İbrahimxəlil xan bütün qüvvələrini səfərbər edir. Şimali Azərbaycan xanları ona kömək edəcəklərinə söz vermişdilər və qoşunlarını da hazır vəziyyətə gətirmişdilər. Üstəlik Rusiya-Osmanlı müharibəsi cəbhələrində işlər heç də Rusiyanın arzuladığı kimi getmirdi. Odur ki, imperiya rəhbərləri Qafqazda yeni cəbhə açmağa cürət etmədilər. İbrahimxəlil xanın müdafiə olunmaq əzmi, Azərbaycan xanlarının birlikdə vuruşmaq istəyi, Rusiya-Osmanlı müharibəsinin uzanması "xaç yürüşü"-nün yarımçıq dayandırılmasına və işğalçı qoşunların geri çəkilməsinə səbəb oldu. Rusiya və Gürcüstan Qarabağ xanlığı ilə dostluq əlaqələri qurmaq istəyini bildirdi və İbrahimxəlil xan onların bu təkliflərini qəbul etdi.
İbrahimxəlil xanın hakimiyyəti illərində Qarabağ xanlığı güclənmiş, xanlığın ərazisi xeyli genişlənmişdi. İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd xan Qacar 1795-ci ilin yayında Qarabağa hücum edib Şuşa şəhərini mühasirəyə alır. Lakin o burada güclü müqavimətlə üzləşir. 33 günlük mühasirədən sonra müvəffəqiyyət qazanmayan xan qoşununu çəkib Gürcüstana basqına gedir. 1797-ci ildə İbrahimxəlil xanın Şuşadan kənarda olmasından istifadə edən Ağa Məhəmməd xan Qacar yenidən Qarabağa hücum edir və Şuşanı tutur. Lakin burada ona qarşı sui-qəsd təşkil olunur və o öldürülür, qoşunu isə Qarabağdan çəkilir. Şuşaya qayıdan İbrahimxəlil xan yenidən hakimiyyəti ələ alır.
XIX əsrin əvvəllərində bir tərəfdən Rusiya böyük qoşunla Azərbaycanın işğalına başlayanda, digər tərəfdən isə İran qoşunları Azərbaycan sərhədlərində cəmləşəndə İbrahimxəlil xan qonşu Azərbaycan xanlarını vahid ittifaq yaratmağa sövq edə bilmədi. Öz şəxsi mənafeyindən çıxış edən, şəxsi ədavətlərindən yaxa qurtara bilməyən xanlar pərakəndə siyasət yürüdürdülər. Belə şəraitdə müqavimətin azərbaycanlı əhalinin qırğını ilə nəticələnəcəyindən qorxan İbrahimxəlil xan Rusiya ilə danışıqlara başladı.
1805-ci il mayın 14-də o, Kürəkçay müqaviləsini imzalamaqla Rusiyanın himayəsini qəbul etdi. Hakimiyyətini qoruyub saxlayan və Rusiyanı mövcudluğu ilə hesablaşmağa məcbur edən xan Qarabağın erməniləşdirilməsi siyasətinə qarşı çıxır, onun əzəli Azərbaycan torpaqları olmasını sübut edirdi. Xanla müqavilə imzalayan, onun hakimiyyətini tanıyan imperiya onun mövcudluğundan əziyyət çəkməyə başlayır və planlarını həyata keçirə bilmirdi. Nəticədə ilk qalmaqal yaranan kimi xanı öldürmək qərarı qəbul edilir.
1806-cı ildə İran qoşunu Qarabağ tərəfə hərəkət etməyə başladıqda İbrahimxəlil xan və onun ailəsi mayor Lisaneviçin rus dəstəsi və onlara kömək edən erməni məlikləri tərəfindən öldürülür.
XƏBƏR LENTİ
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Uşaqlar üçün tortlar
Nəqliyyat dəbi
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
Bəyaz 12 kq arıqladı-FOTO
Günün ulduz falı
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Dadlı toyuq əti (foto resept)
Dərman qəbul edərkən diqqətli olun!
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Qırmızı tuflilərdən qorxmayın!
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Azərbaycanda yaxşı iş tapmaq niyə çətindir?
Şakiranın yeni FOTOları
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Qeyri-adi aksesuar trendləri
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Moskvada Qarabağ xalçaları satırlmasına REAKSİYA
Hazal Kayadan hamiləlik FOTOsu
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO
Günün qoroskopu: Uğurlu gündür!
Müxtəlif geyim tərzləri
Apple-da nə baş verir?
İdmançımız Avropa çempionu oldu
Daha bir dövlət ərazisinə Azərbaycan vətəndaşlarının daxil olmasına icazə verdi
"Korrupsiyaçının Allah bəlasını versin!"
Beyindən düzgün istifadə
Tarixdə ilk dəfə baş verdi - FOTO
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Toyuqlu rizotta(foto resept)
Toy və nişan buketi
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Azərbaycan milli uşaq oyunları-9
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
Tər qoxusunun qarşısını necə almalı?
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
Mərkəzi Bank kreditlərin sərtləşdirilməsi ilə bağlı açıqlama verdi
Heyli Castin Bieberin soyadını götürdü-FOTO
Qız otaqları üçün dekorasiya nümunələri
Məşhur aktrisa cavabı ilə hər kəsi təəccübləndirdi-FOTO
Bir həftədə 27 milyon insan izlədi
İnsanın daha bir əcdadı tapılıb
"Azərbaycan Türkiyənin və Fransanın yanıdadır"
Nüsret 1 milyonluq gəlirini evsizlərə bağışladı
"Çocuklar duymasın"da sürpriz - FOTO
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Milanda gəzməli yerlər
Magiya: həm xoşbəxtlik, həm də bədbəxtlik?
- ŞƏRHLƏR