Telejurnalistikada müəllif proqramlarının mövcudluğu və inkişafı söz azadlığı və demokratik mühitin formalaşmasına bağlı olduğundan, cəmiyyətimizdə ulduzlaşmış müəllif-aparıcılar, ciddi təhlilçilər azdır və o azlardan biri də İlhamiyyə Rzadır.
İlhamiyyə Rza telejurnalistika fəaliyyətinə AzTV-də başlamışdır. İxtisasca jurnalist-filoloqdur. 1991-1993-cü illərdə AzTV-də xəbərlər departamentinin reportyoru, 1994-1995-ci illərdə Türkiyə üçün Azərbaycan haqda həftəlik proqramın aparıcısı, 1996-1997-ci illərdə AzTV-də "Telefaks" xəbər proqramının şərhçisi, müxtəlif səhər proqramlarının aparıcısı kimi fəaliyyət göstərmişdir. Dövlət televiziyasında “ Sabah ” Yaradıcılıq Birliyinin ədəbi hissə müdiri işlədiyi illərdə televiziya tamaşalarının redaktoru olmuşdur.
2001-2002-ci illərdə “ Lider” TV-də “Səhər” proqramının baş redaktoru, Britaniya televiktorinasının Azərbaycan versiyası üzrə “Milyonçu ”nun, “ ABA” kanalında gündəlik verilişin aparıcısı ,“ Space”də departament rəhbəri olaraq çalışmışdır. Eyni zamanda TV fəaliyyəti dövründə mətbuatda mütəmadi yazılarla çıxış etmişdir.
2002-2006-cı illərdə “Space ” telekanalında müəllif proqramının rəhbəri və aparıcısı olmuşdur. Onun “Gecə kanalı ” adlı verilişi geniş tamaşaçı kütləsi arasında populyarlıq qazanmış, eyni zamanda xalqın intellektual kəsiminin diqqətini cəlb etmişdir. Lakin bu layihənin ömrü cəmi dörd il davam etmişdir. Bu müddət ərzində o, yeni mövzular üzərində işləmiş , onları tam araşdırmışdır.
Müəllif proqramı Azərbaycan televiziya məkanının ən zəif inkişaf etmiş sahəsidir. Məlum olduğu kimi, Sovet dövründə bu sahə üzrə heç bir irəliləyiş olmamış , müstəqillik illərinin hazırki dönəmlərində isə söz azadlığı məhdudlaşdırıldığından mətbuat, xüsusilə elektron KİV bu baxımdan ağır təzyiqlərlə üz-üzə qalmışdır.
İlhamiyyə Rza da belə antidemokrat təzyiqlərlə rastlaşmış və öz “Gecə kanalı ”nı bir çox digər müəlliflər kimi bağlamalı olmuşdur. Lakin televiziya məkanında öz yeri olan, fikir səviyyəsi ilə sevilən İlhamiyyə Rza yazarlıq fəaliyyətini bir an belə dayandırmamış, ictimai-sosial-mənəvi problemlərin cəsarətli sözçüsü olmuşdur. Bundan sonra İlhamiyyə Rza fəaliyyətini “Gündəlik Azərbaycan” qəzetində davam etdirmiş, həmin qəzet zorakı yollarla dayandırılana kimi orada çalışmışdır.
İlhamiyyə Rza 2003-cü ildə telejurnalistika fəaliyyətinə görə “ Həsən bəy Zərdabi adına mükafat” almışdır.
O, həyat yoldaşı yazıçı Həmid Herisçi ilə birgə “Gecə kanalı” kitabının müəllifidir. Bu kitabda həm də teletənqid silsiləsindən məqalələri dərc olunmuşdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO
- ŞƏRHLƏR