Səhabə - Peyğəmbəri ( s.a.s) görən, Onunla müsəlman olaraq görüşən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr Peyğəmbərimizdən (s.a.s) sonra ən xeyirli insanlar, bu ümmətin seçilmiş və fəzilətli nümayəndələri hesab olunurlar. Onları sevmək, dost tutmaq, onlardan razı qalmaq möminliyin, onlara nifrət bəsləmək isə üsyankarlığın əlamətlərindəndir. Dinimiz bizə onların vasitəsi ilə gəlib çatmışdır. Məhz onlar bu dini olduğu kimi Peyğəmbərdən (s.a.s) eşitmiş və ixlasla bizlərə nəql etmişlər. Səhabələr həqiqi mömin və ən fəzilətli şəxslər hesab olunurlar.
Uca Allah səhabələri tərifləmiş və onlara Cənnəti vəd etmişdir.
Allah buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşi işlər görməkdə onlarıın ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur"(ət-Tövbə, 100).
O həmçinin buyurur: "Möminlər Hüdeybiyyədə ağac altında beyət edərkən Allah onlardan razı qaldı" (əl-Fəth, 18)
O həmçinin buyurur: "Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olmuş yoxsul mühacirlərə məxsusdur. Onlar ALLAHın mərhəmətini qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır. Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançiılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" (əl-Həşr, 8-10).
Qeyd olunduğu kimi, Peyğəmbərin (s.a.s) səhabələri Peyğəmbərdən sonra bu ümmətin seçilmişləridir. Onlar İslamı hamıdan öncə qəbul etmişlər və hidayətin çıraqları hesab olunurlar. Onlar Allah yolunda həqiqi cihad etmiş, dini layiqincə təbliğ etmişlər. İnsan nə qədər yaxşı əməl etsə də onlardan birinin fəzilətinə çata bilməz. Buxari və Müslimin "Səhih" əsərlərində Əbu Səid əl-Xudridən(r.a) Peyğəmbərimizin (s.a.s) belə dediyi rəvayət olunur: "Mənim əshabələrimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birinin verdiyi bir ovuc sədəqəyə, heç onun yarısına belə çata bilməz".
Sonda isə qeyd edim ki, Allah qismət edərsə səhabələrin həyatından bəhs edən rəvayətlərdən, hədislərdən yazaram növbəti yazılarda inşaAllah. Allah hər birimizə onlar kimi fəzilətli, ixlasli, xeyirxah əməlli olmağı nəsib etsin. Amin!
XƏBƏR LENTİ
Ən dəbli 10 qadın
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Xəyanətə fərqli baxış
Analar və qızları
Araz çayı dondu
Azərbaycan MN və DTX Ermənistana xəbərdarlıq etdi
Körpələrə qulluq
Türkiyədə seçki başladı
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Dünyaya bənzəyən planet
Ya mənim olmalısan, ya da mənim...
Dünyada ən uzun şüşə körpü açıldı
Bağırsaq parazitləri və müalicəsi
11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası
Şokoladın yeni bir faydası ortaya çıxdı
Bu ölkədə pivə sudan ucuzdu
Maddələr mübadiləsini sürətləndirək
"Qızıl qlobus"da yeni trend - FOTO
Bəyin 35, gəlinin 80 yaşı var - Dünya bu toydan DANIŞIR (FOTOLAR)
22 yaşlı oğlanı Marsda əbədiləşdirəcəklər - FOTOLAR
“Çirkli moda”: Məşhur brend ot ləkəli şalvarları inanılmaz qiymətə satışa çıxardı
Putin İrəvanı susdurdu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Nemtsovun qətlini kim sifariş verib?
Günün ulduz falı
Bakıda velosiped yarışı keçiriləcək
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Seda Sayanın oğlu sevgilisinə evlilik təklifi edəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Toya hazırsınızmı?
Müasir dərdin dərmanı - ...sevin!
İlham Əliyev 2 həftə vaxt qoydu
Kəsmikli peçenye"Zərf" (foto resept)
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Kartof salatı(foto resept)
Avtobus sürücülərinə nəzarət gücləndirildi
"Nokia" dövrü bitdi
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!
Sirli badımcan (foto resept)
Körpə nə qədər müddətə əmizdirilməlidir?
Barak Obama Santa Klaus oldu - FOTO
Evimizdə təhlükə
Hande Erçel arıqladı-FOTO
Yeni şalvar trendi
Məşhur aktrisa nişanlısından ayrıldı
Jurnalistlərə evlərin orderləri təqdim olundu
Ayaq qoxusunu aradan qaldıran təbii həll
Limon və sodanın gücü
Virtual autizm yayılır
- ŞƏRHLƏR