Rəsmi statistika Azərbaycanda boşanmaların sayının artmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb. Bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. Ötən il 11 min boşanma faktı qeydə alınıb ki, bu da 2011-ci illə müqayisədə 0,3 faiz çoxdur. Bu isə ailənin dəyərli hesab olunduğu ölkəmiz üçün böyük göstəricidir.
Azərbaycandan fərqli olaraq bəzi ölkələrdə boşanma proseduru daha mürəkkəbdir. Yəni tərəflər istədikləri zaman boşana bilməzlər. Bunun üçün müəyyən zaman gözləməyə məcburdular.
İtaliyada boşanmaq istəyənlər ərizə verdikdən sonra 3 il, Almaniyada 3 ilə qədər zaman keçəndən sonra boşana bilər. Fransada tərəflərdən biri boşanmaya razı deyilsə, 6 il ayrı yaşamalıdırlar, yalnız bundan sonra boşanmaları mümkündür. Argentina, Kolumbiya və İrlandiyada isə boşanmaya yalnız xüsusi hallarda icazə verilir.
Bəs Azərbaycanda ər-arvad boşanmaq üçün nə qədər gözləməlidir? Nikaha xitam verilməsinin əsasları və prosedurları necədir?
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Fərhad Nəcəfov bildirib ki, Ailə Məcəlləsi nikaha xitam verilməsinin iki əsasını müəyyən edib.
Bunlardan biri ərin (arvadın) ölməsi, yaxud məhkəmə qaydasında ölmüş elan edilməsidir. İkinci əsas isə onlardan birinin və ya hər iksinin ərizəsi, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsidir.
Nəcəfov qeyd edib ki, qanunvericilik bir halda ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə ki, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Onun sözlərinə görə, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, müəyyən hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.
“Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında qeydiyyat şöbələrində xitam verilə bilər. Onların yetkinlik yaşına çatmayan ümumi uşaqları olsa belə, ər (arvad) məhkəmə qaydasında itkin düşmüş, fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə və cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi qeydiyyat şöbələri tərəfindən aparılır”, Nəcəfov deyib.
Hüquq məsləhətçisinin sözlərinə görə, ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.
Nikahın pozulmasının məhkəmə qaydasında aparılması iki halda mümkündür. Nəcəfovun sözlərinə görə, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
“Həmçinin ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbələrində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə də nikah məhkəmə qaydasında pozulur”, o deyib.
Hüquq məsləhətçisi bildirib ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Məhkəməyə təqdim olunan sənədlər barədə danışan Nəcəfov deyib ki, nikahın pozulması barədə iddia ərizəsinə nikah haqqında şəhadətnamənin əsli, uşağın doğum haqqında şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış, dövlət rüsumu barədə qəbz əlavə olunmalıdır. Nikahın ləğv olunması haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə yolu ilə nigaha xitam verilərsə, bu zaman nigahın pozulması haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat da rüsum ödəməlisiniz.
“Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir”, o deyib.
Nəcəfovun sözlərinə görə, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
“Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz”, deyib.
XƏBƏR LENTİ
Gül səbəti tortu(foto resept)
"Sürpriz" (foto-resept)
Azərbaycanda paytaxt Bakıdan savayı bir neçə yarımmərkəz yaradılacaq
HAVA necə olacaq?- 19 MART
Davamlı hıçqırıq koronavirusun əlaməti ola bilər
Hava haqqında
Aslı Özcanla bağlı iddialara cavab verdi
Paxla çığırtması (foto resept)
Məktəb bufetlərində qadağan olunan ərzaq SİYAHISI
Balıqlı dairəciklər (foto resept)
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Ayaqları uzun göstərən geyim hiylələri
Hansı vitamin çatışmazlığı yorğunluğa səbəb olur?
Sadə rəngli zapekanka (foto resept)
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Azərbaycanda daha 62 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Geyimlərin rənginə görə xarakter
İqtidar əlkimyası və ya yeni yalanlar
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Zülal çatışmazlığının əlamətləri
Bizi bu torpaq yaşadır
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi
Zəngin tərkibli kartoflu kotlet (foto resept)
Qadınlarda hormon pozğunluğu əlamətləri
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
Robot-kuryer təqdim oldu
"Qalatasaray" - "Çelsi" oyununda Xocalı qurbanları yad ediləcək?
Ağciyərləri təmizləyən ərzaqlar
HAVA necə olacaq?- 15 APREL
"İlin ən yaxşı serialı" seçildi - FOTO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Bu saç düzümü sizi keçəl qoya bilər
Kim Çen komaya düşüb: Bacısı nəzarəti ələ alır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər
Kral ailəsində İŞİD təşvişi
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
Ata sevgisi
Psixi pozğunluq yaradan koronavirus inyeksiyasının adı açıqlandı
Bakıda səhər işə gedənlərin yolunu kəsdilər
Dünyanın ən ağıllı şəhərləri məlum oldu
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Toylarda bizə niyə toy tuturlar?
İnsanın ağlını başından alır
Bu gölə gedənlər daşa dönürlər
Lukaşenko da Putinə "yox" dedi
Bütün maskalar pulsuz paylanır
Azərbaycanda səfərbərlik?
Ən gözəl CƏSUS-FOTO
Bilmədiyimizi öyrənək!
- ŞƏRHLƏR