Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan sarayı hər bir qonağını təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil edilmiş bu sarayın özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapmışdır.
Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə tikilmişdir. Hüseyn xan eyni zamanda "Müştaq" təxəllüsü ilə şeirlər yazdığına görə saray bəzi mənbələrdə "Müştaq imarəti" kimi qeyd olunmusdur. Tarixi mənbələrdə Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı və boğularaq qətlə yetirildiyi göstərilir. Qeyd edək ki, Hüseyn xan Müştaq Azərbaycanın məşhur şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə dost olmuşdur. Vidadi öz "Müsibətnamə" əsərini də onun ölümü münasibətilə yazmışdır. Başqa bir mənbədə isə bu binanın XVIII əsrin sonunda Məhəmmədhüseyn xanın oğlu
"Məhəmmədhəsən xan divanxanası" adlandırdığı xəbər verilir.
Şəki Xan sarayı üzü cənuba baxan ikimərtəbəli binadır. Binanın bir cərgədə yerləşən üç hissəsi bir-birindən dəhlizə ayrılır. Mərtəbələrin quruluşu eynidir.
Bura yolu düşən hər bir şəxsi, ilk növbədə, heyrətə gətirən binanin fasadındakı şəbəkə pəncərə və qapılardır. Dünyada analoqu olmayan bu şəbəkələr çox xırda həndəsi fiqurlardan ibarətdir. Şəbəkəni yaradan ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr daxil edilmişdir. Hər bir kvadrat metrdə orta hesabla 5000, mürəkkəb yerlərdə isə 14000 ağac və şüşə element vardır. Rəngli şüşələrdən düşən işıq divarlarda və döşəmədə əks olunaraq əlvan şəbəkə kölgələri yaradır. Ən maraqlısı isə odur ki, şəbəkələrin hazırlanmasında və ümumiyyətlə, binanın tikintisində nə yapışqandan, nə də mismardan istifadə edilib.
Binanın daxilində həndəsi və nəbati naxışlara, quş şəkillərinə, süjetli rəsmlərə, döyüş və ov səhnələrinə daha geniş yol verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvivinin "Leyli və Məcnun" poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Salonun qalan sahəsi isə rəsmli, ornamentli şəbəkələrlə işlənib. Otaqların divarları ilə yanaşı tavanı da incə naxışlar bəzəyir.
Şəki Xan sarayının memarı şirazlı Zeynal Abidin olmuşdur. Divar rəsmləri XVIII əsrdə yaradılsa da, sonralar dəfələrlə bərpa edilib. Sarayın divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılıb. Burada şuşalı usta Qəmbərin, şamaxılı ustalar Əliqulu və Qurbanəlinin, rəssam-nəqqaş Mirzə Cəfərin adlarına rast gəlmək mümkündür. Divarlardakı kitabələrdən məlum olur ki, həmin sənətkarlar XIX əsrin sonunda binada işlətmişlər.
XVIII əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı isə bunların içində qeyd edilməyib. İkinci mərtəbənin tavanındakı təsvirdə usta Abbasqulunun adı yazılıb. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur.
Bu gün Şəki Xan sarayı öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistlərin ən çox üz tutduğu məkanlardandır. Sarayın qarşısında əkilmiş yüzillik xan çinarlar isə sanki tarixin səhifələrindən göz açır, gələnləri XVIII əsrə dəvət edir.
XƏBƏR LENTİ
Moda ikonu Venessa Hudgens
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Ərdoğandan Makrona Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
“Survivor”da eşq iddiaları gecəyə damğa vurdu - FOTO
Metabolizmanı sürətləndirən içkilər
İrem Dericidən Qalmaqallı Sözlər:"Həyatımdakı bütün kişilər...."
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
Geyim nümunələri
Necəsiniz?
Limonlu keks (foto resept)
Həm düşünək, həm gülək
Madonna və Ajda Pekkan bir arada
Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub
Uşaq bağçaları yoxlanıldı
Dünyanın ən gözəl çimərlikləri
Xoruldama xəstəliyi
Sarkisyanın boşboğazlığı
İspan dili 19-cu dərs
Məşhur cütlükdən gözlənilməz qərar
Kino xadimlərinə pul mükafatları veriləcək - SİYAHI
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı
Su haqqında bunları bilirsinizmi?
Mehriban Əliyeva Zəhra üçün hədiyyə göndərdi-FOTO
Hava haqqında
Kakaolu fındıqlı keks (foto-resept)
Burak Özçivit
Azərbaycanda bir sıra kitabxanalarda "Wi-Fi" zonaları yaradılıb
11 yaşlı psixoloq
Azərbaycan yollarında cərimələnməmək üçün ən aşağı sürət həddi hansıdır?
Keçmişin günümüzdəki trendləri
Qış aylarında dəri qulluğu
General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"
Adriana Limanın son FOTOsu diqqət çəkdi
Uşaqlarda xüsusi öyrənmə çətinliyi
Bryus Li haqda yeni film çəkildi-VİDEO
Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”
Haruki Murakamidən tövsiyələr
Hər kəsin dəyəri ədəbi qədərdir
"Aşkı Memnu"nun məşhur aktrisasını kimsə tanımadı-FOTO
İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib (FOTO)
Yenilik! Ali məktəblərə qəbulun nəticələrini öyrənmək üçün daha bir imkan
Bəs sizin seçiminiz hansıdır?-Test
Azərbaycanda su qiymətinə maşınlar?
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Biri-birindən gözəl toy donları
Parlaq saçlar üçün 10 praktik üsul
Qış geyimləri
Uşaqların qrip olmasının ŞOK SƏBƏBİ
Xəmir sənəti
- ŞƏRHLƏR