Evdar qadınlar ürək ağrısı ilə ev işlərinə gün ərzində neçə saat sərf etdiklərini deyə bilərlər. Bu haqda ən çox uşağı olanlar və ev işlərini köməksiz, tək başına görənlər danışa bilər. Bütün gününü yemək bişirmək, qab yumaq, evi yığışdırmaq, döşəməni silmək, tozları silmək, paltar ütüləmək kimi işlərə sərf etdikdə birdə baxırsan ki, günün sonudur. Lakin iş bitmir, eyni işi sabah da, birisi gün də görməli olduğunu bilirsən. Hər evdar qadının yaşaya biləcəyi bir hal ola bildiyi üçün Qadın.netlilər üçün 5 qızıl qaydanı təqdim edir.
1 – ci qayda olaraq evinizdən artıq əşyaları çıxardın. Bu ya köhnə maqnitafon, lazımsız suvenir, qab, artıq yer tutan şkaf və s. bu kimi əşyalar ola bilər. Lakin bu əşyaları keçmişin xatirəsidir deyib atmaq istəmirsinizsə, onları səliqəli bir şəkildə qutuya yığıb kənarda saxlaya bilərsiniz. Bu işlədilməyən əşyalar yalnız toz yığnacağıdır. Bu kimi lazımsız əşyaların tozunu silmək vaxtımızı alır.
2. Hamımıza məlumdur ki, təmizlənən yer deyil, dağıdılmayan yer həmişə təmiz qalır. Ona görə də çalışmalıyıq ki, götürdüyümüz hər bir əşyanı qaytarıb yerinə qoyaq. Bu vərdiş sizi “bayaq elə bil hardasa görmüşdüm” fikrindən uzaq tutacaqdır. Uşaqlarınıza kiçik yaşlarından paltar rəfinin səliqəli saxlanmasının nə dərəcədə vacib olduğunu öyrədin.
3. Yemək bişirərkən az qabdan istifadə edin! Misal üçün boşqaba soğan doğrayıb, qazana bişməsi üçün əlavə etdinizsə, ondan sonra əlavə ediləcək ya pomidor, ya katofu əlinizdəki qabı tez yuyub, onun içinə doğraya bilərsiniz. Hər bir ərzaq üçün ayrı – ayrı qab istifadə etsəniz yemək hazır olduğundan sonra nə qədər qab yumalı olacağınızı görüb qorxacaqsınız.
4. Görəcəyiniz hər bir iş üçün vaxt ayırın. İşlərinizi ard – arda, planlı şəkildə görün. Nəyi nə zaman, nə qədər müddətə edəcəyinizi planlaşdırsanız hər biri işi vaxtı – vaxtında görüb, bütün işlərinizi çatdıracaqsınız.
5. Və ən əsası odur ki, görməli olduğunuz işinizi sevin. Ev işlərinizi yaxşı əhval – ruhiyyə ilə yerinə yetirin. Təmiz olsun deyə yox, öz rahatlığım və sağlamlığım üçün təmiz edirəm deyə düşünün. Həvəssiz və pis əhval ilə görülən işi sonra mütləq yenidən görməli olacağınızı unutmayın!
XƏBƏR LENTİ
Sabah 18 dərəcə isti olacaq
Leydi Qaqa dünən və bu gün
PSJ Fransa yığmasının ulduzunu aldı
"Hüseynağadan bir dənəydi..."
Uşaqlarda davranış dəyişikliyi necə yaradılar?
Hər gün fərqli fəaliyyətlə məşğul olan skeletlər
Elm adamlarını heyrətləndirən HADİSƏ - 9 saat səmada qaldı...
Rəngarəng qablar (2)
Cəzalandırmaq ya da cezalandırmamaq
Kartoflu, pendirli qəlyanaltı (foto-resept)
Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır
Yun paltarlara qulluq- Vacib qaydalar!
Gəlinlər üçün buketlər
7 il sonra yenidən bir filmdə rol alacaqlar
Qurban Yetirmişlidən zəlzələ açıqlaması
“Haber Global” Kəlbəcərdə
Dünyanın ən nazik noutbuku təqdim edildi
Əlil uşaq və ailə
Azərbaycanda dini biliklərin məktəblərdə ayrıca fənn kimi tədrisi müzakirə olunur
Ölkə ərazisindəki restoran, kafe və çay evlərinin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Peyğəmbərin karikaturasını çəkən işsiz qaldı
Zeytun haqqında bilmədiklərimiz
Bədəni təmizləyən 4 qida
Xurmanın faydaları və zərərləri
Fahriye Evcenin 10 minlik çantası-FOTO
Gəlinin rəfiqələri üçün çiçəkli üzük (özün düzəlt)
Günün ulduz falı - 02.09.2013
Bu gün Aşuradır
Murad Boz: "Səninlə qürür duyuram"
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Müəllimin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Daha bir bank bağlandı
Xəzlərin təmizlənməsi
Sabahın HAVAsı
Nəhəng dovşanlar Bakıda
Karamelli tart (foto resept)
DVD ilə CD arasındakı fərqlər (Dərs 5)
Gözəllik məhsulları dünən və bu gün
Ziyafət çantaları
Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edildi
Bakıya "otaq temperaturu" vəd elədilər
Dadlı tort (foto resept)
Şokoladlı sufle (foto resept)
Ah, qadınlar!
Ərik turşulu ət şorbası
Üzən meşə
Aşiq olmusunuz, ya yox? - 7 nişanə
Azərbaycanda daha 30 nəfər koronavirusdan öldü: 803 yeni yoluxma
- ŞƏRHLƏR