Sağlam bir həyat yaşamaq hər kəs üçün vacibdir. Lakin bunu bildiyimiz halda zərər verən qidalardan da imtina edə bilmirik. Bu da azmış kimi həmin qidaları alırıq və bir müddət sonra artıq çəki kimi problemlə üzləşirik. Qida seçimində necə dəqiq olmağınız həqiqətən vacibdir. Əgər düzgün seçim etmirsinizsə? sağlam qidalanmaqdan söz gedə bilməz. Sağlam qidalanmağınız bir çox xəstəliklərdən uzaq olmağınıza və sözün əsl mənasında sağlam ömür yaşamağınıza təsir edir. Planlaşdırılmış şəkildə bazarlıq etməklə siz həm sağlam qidalanmış olarsınız, həm də müəyyən müddətdən sonra artıq çəki problemi ilə üzləşməzsiniz. Sağlam qidalanmaq üçün də düzgün bazarlıq etməyi bacarmaq lazımdır. Odur ki, birlikdə düzgün bazarlıq etməyin yollarını araşdıraq.
Planlaşdırılmış bazarlıq edin.
Evdən çıxamazdan əvvəl alınması vacib qidaların siyahısını hazır edin. Unutmayın ki, yalnız sağlam qidalara üstünlük verməlisiniz. Çərəzlərə geniş yer ayırmayın. Dediyimiz kimi, artıq çəki probleminin əsas səbəbkarlarından biri və hətta birincisi həmin çərəzlərdir. Sadəcə olaraq ehtiyacınız olan sağlam qidaları siyahıya yazın. Planlaşdırmamış bazarlığa çıxsanız, evə lazımsız olan çərəzlərlə geri dönərsiz.
Hər bölməyə keçməyin.
Adətən alacağınız qidalar yanaşı olurlar. Beləliklə, eyni bölmədən siyahınızda olan bir çox qidanı almış ola bilərsiniz. Məsələn, meyvə və tərəvəz bölməsi, ət və süd məhsulları bölməsi hər zaman ilk hədəfiniz olmalıdır. Bazarlıq səbətinizi məhz bu bölmələrdə doldurmağınız həm sizin üçün, həm də ailəniz üçün faydalı olacaqdır. Əgər bazarlıq siyahısında başqa bölmələrdə olan hər hansı bir ərzaq yazılmayıbsa, onda digər bölmələrə keçmədən bazarlığı tamamlayın.
Ac halda bazarlığa getməyin.
Qəti olaraq ac halda bazarlığa çıxmayın. Çünki nəticə etibarı ilə evinizə lazımlı olan qidalar əvəzinə tez və asan hazırlanan qidalarla dönəcəksiniz. Bu isə sağlam qidalanmağa vida etməkdir. Bacardığınız qədər bazarlığa tox qarınla gedin. Beləliklə, gözləriniz də lazımsız çərəz və asan hazırlanan qidaları görməmiş olacaq.
Bazarlığa tək gedin.
Bazarlığa tək başına getmək sizin üçün ən doğru yoldur. Çünki tək olduğunuz zaman fikriniz yalnız özünüzdə və bişirəcəyiniz dadlı yeməklərdə olacaqdır. Əgər yanınızda siyahınıza uyğun olmayan qidaları seçən bir insan varsa, bazarlıq sizin üçün heç də xoş keçməyə bilər. Seçiminizə təsir edə biləcək bir insanla bazarlıq etmək sonradan peşman olacağınız nəticələrə yol aça bilər. Sağlam yaşamaq istəyirsinizsə, sağlam qidalanın. Sağlam qidalanmaq üçün isə qeyd edilənlərə əməl edin. Ailə üzvlərinizin və özünüzün sağlamlığını düşünün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bayranqabağı hava
Ən yaxşılar seçilir
İtin-pişiyin nə xeyri var?
İşıqlı gecələr və zülmət gündüzlər şəhəri
Muğamımız Rusiyada səslənəcək
Üç dövlət universiteti distant təhsil sisteminə keçdi
Gül kələmi salatı (foto resept)
Koronavirusa qalib gəlmək üçün 5 qayda
Ayaqqabı təmizliyi üçün praktik üsullar
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Hava haqqında
Günün qoroskopu:Dəyişikliklərə hazır olun
Qeyri-adi eynəklər
Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
HAVA necə olacaq?- 11 MART
İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşü bölgənin inkişafı üçün vacib adlandırıb
Bakı 2015-də ilk medalımızı qazandıq
Sami Yusifdən Azərbaycana dəstək
I siniflərə qəbulun vaxtı uzadıldı
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Azərbaycanda uşaqların qeysər kəsiyi ilə dünyaya gəlməsinə tibbi komissiyalar icazə verəcək
Dekorasiyada qara rəng dəbi
Bakıda çörək daşınmasında qadağa olacaq?
Manikürdə yarım ay trendi
Qışda maskalardan düzgün şəkildə istifadə etməyin qaydaları açıqlandı
Cəbhə xəttində gərginlik
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
"Victoria's Secret"in yeni mələkləri seçildi-FOTO
Murad Dalkılıç Bakıya gəlir
Ördək əti hansı xəstəliklərə faydalıdır
Rəngarəng çantalar
Yaponların qeyri-adi icadı
Jerar Depardenin məhkəmə işi ləğv olundu-FOTO
YENİLİK! Nazirlik valideynlərin istəyini nəzərə aldı
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Rusiya Qarabağa girərsə, Türkiyə NƏ EDƏCƏK?
Bu ilin ən gözəl 15 qadını
Hər yaşa uyğun makiyaj
Sobada kartoflu toyuq (foto-resept)
HAVA necə olacaq?- 5 fevral
"Türkiyə Avropa Birliyini təhdid etməsin" - Jan Klod Yunker
"Neftçi" üçün "ölüm-qalım" matçı
Şeyma Acunu sildi
Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış
Bill Qeyts koronavirus testləri barədə: “Boş yerə pul itkisidir”
Eşq dəryası
Nəhəng uşaq böyüyür
Sürücülərə XƏBƏRDARLIQ: "Noyabr və dekabr ayını gözləməyin"
Kəlbəcər meşələri erməni barbarlığı ilə üz-üzə: Təbiətin rəngini qaytaracağıq - VİDEO
- ŞƏRHLƏR