Qadin.NET / Düzgün bazarlığı necə edək?

Düzgün bazarlığı necə edək?

Düzgün bazarlığı necə edək?

Sağlam bir həyat yaşamaq hər kəs üçün vacibdir.  Lakin bunu bildiyimiz halda zərər verən qidalardan da imtina edə bilmirik. Bu da azmış kimi həmin qidaları alırıq və bir müddət sonra artıq çəki kimi problemlə üzləşirik. Qida seçimində necə dəqiq olmağınız həqiqətən vacibdir. Əgər düzgün seçim etmirsinizsə? sağlam qidalanmaqdan söz gedə bilməz. Sağlam qidalanmağınız bir çox xəstəliklərdən uzaq olmağınıza və sözün əsl mənasında sağlam ömür yaşamağınıza təsir edir. Planlaşdırılmış şəkildə bazarlıq etməklə siz həm sağlam qidalanmış olarsınız, həm də müəyyən müddətdən sonra artıq çəki problemi ilə üzləşməzsiniz. Sağlam qidalanmaq üçün də düzgün bazarlıq etməyi bacarmaq lazımdır. Odur ki, birlikdə düzgün bazarlıq etməyin yollarını araşdıraq.

Düzgün bazarlığı necə edək?

Planlaşdırılmış bazarlıq edin.

Evdən çıxamazdan əvvəl alınması vacib qidaların siyahısını hazır edin. Unutmayın ki, yalnız sağlam qidalara üstünlük verməlisiniz. Çərəzlərə geniş yer ayırmayın. Dediyimiz kimi, artıq çəki probleminin əsas səbəbkarlarından biri və hətta birincisi həmin çərəzlərdir. Sadəcə olaraq ehtiyacınız olan sağlam qidaları siyahıya yazın. Planlaşdırmamış bazarlığa çıxsanız, evə lazımsız olan çərəzlərlə geri dönərsiz.

 Düzgün bazarlığı necə edək?

Hər bölməyə keçməyin.

Adətən alacağınız qidalar yanaşı olurlar. Beləliklə, eyni bölmədən siyahınızda olan bir çox qidanı almış ola bilərsiniz.  Məsələn, meyvə və tərəvəz bölməsi, ət və süd məhsulları bölməsi hər zaman ilk hədəfiniz olmalıdır. Bazarlıq səbətinizi məhz bu bölmələrdə doldurmağınız həm sizin üçün, həm də ailəniz üçün faydalı olacaqdır. Əgər bazarlıq siyahısında başqa bölmələrdə olan hər hansı bir ərzaq yazılmayıbsa, onda digər bölmələrə keçmədən bazarlığı tamamlayın.  

Ac halda bazarlığa getməyin.

Qəti olaraq ac halda bazarlığa çıxmayın. Çünki nəticə etibarı ilə evinizə lazımlı olan qidalar əvəzinə tez və asan hazırlanan qidalarla dönəcəksiniz. Bu isə sağlam qidalanmağa vida etməkdir. Bacardığınız qədər bazarlığa tox qarınla gedin. Beləliklə, gözləriniz də lazımsız çərəz və asan hazırlanan qidaları görməmiş olacaq.

 Düzgün bazarlığı necə edək?

Bazarlığa tək gedin.

Bazarlığa tək başına getmək sizin üçün ən doğru yoldur. Çünki tək olduğunuz zaman fikriniz yalnız özünüzdə və bişirəcəyiniz dadlı yeməklərdə olacaqdır.  Əgər yanınızda siyahınıza uyğun olmayan qidaları seçən bir insan varsa, bazarlıq sizin üçün heç də xoş keçməyə bilər. Seçiminizə təsir edə biləcək bir insanla bazarlıq etmək sonradan peşman olacağınız nəticələrə yol aça bilər. Sağlam yaşamaq istəyirsinizsə, sağlam qidalanın. Sağlam qidalanmaq üçün isə qeyd edilənlərə əməl edin. Ailə üzvlərinizin və özünüzün  sağlamlığını düşünün. 

1 iyul 2014
GO BACK