Buxarla təmizləmə - klassik, bilinən təmizlik sistemlərindən daha çox təsirlidir və ən əsası da daha gigiyenik təmizlik təmin edən etibarlı bir təmizlik metodudur.
Gəlin, bu təmizləmə üsulunun müsbət tərəflərinə bir-bir diqqət edək.
Yuyucu və bənzər təmizlik məhsullarına ehtiyac duymadan, 150 dərəcə və daha yuxarı istilikdəki buxarla evinizdəki bütün əşyaları son dərəcə praktik və sürətli bir şəkildə təmizləyər, ən yüksək səviyyədə də gigiyena təmin edərsiniz. Eyni zamanda kimyəvi maddələrin kanserogen təsirlərindən özünüzü və ətrafı qoruyar, büdcənizi kimyəvi maddələrin pul yükündən qurtarmış olarsınız.
Buxarlı təmizlik sistemi yüksək istilikdəki buxarı sayəsində allergenlərlə (ev tozu gənələri) mübarizədə bilinən bütün üsullardan daha çox müvəffəqiyyətli və çox daha sərfəlidir.
Ev tozu gənələrinin ən çox rast gəlinən tipi "dermatofagoid" olaraq adlandırılır ki, "dəri yeyən" mənasını verir. Bu parazit xüsusiyyətindəki böcəklər normalda xalça, palaz, yorğan, yastıq, tüklü əşyalar və oyuncaqlarda yaşayarlar. Yaşamaları üçün lazımlı qidanı - insan dəri və tük töküntülərindən qarşılayarlar. Bu səbəblə insanın olduğu hər yerdə, daha çox da tüklü səthlərdə yaşayıb törəyərlər. 30-40 mikron (1 mikron millimetrin mində biridir) diametrində bir böyüklüyə malikdir. Yumurtlayaraq çoxalırlar. Yumurtadan çıxan balalar 3 həftədə yetkin hala gələrək çoxalmağa başlayırlar.
Ev tozu gənəsinin ən təsirli allergeni nəcisləridir. Yaşadıqları xalça, palaz, pərdə və s.-yə buraxdıqları nəcisləri üzərində getmə, silkələmə və bənzəri hərəkətlərlə ətraf havaya qarışır və buradan asanca burundan da keçərək tənəffüs yollarına çataraq allergik astmaya gətirib çıxarar. İnsanın ev içində keçirdiyi ən uzun müddət yataq otaqları olduğu üçün ən çox gənə allergeni ilə qarşılaşma yeri də yataq otağıdır. Burada yataq, yorğan, yastıq, yerdəki xalça, palaz, pərdə ana qaynaqlardır. Gənələr 60 dərəcədən yüksək istiliklərdə yaşama şanslarını itirərlər. Ən çox rast gəlinən ev içi allergenləri olduqlarından və hər zaman mühitdə olduqları üçün il boyu allergiya törədirlər. Təbii olaraq ev içində və bağlı mühitlərdə keçirilən vahid zamanın artdığı qış mövsümlərində daha çox allergik xəstəliyə səbəb olurlar.
Ev tozu gənəsinə qarşı alınacaq ən təsirli tədbirlərdən biri də buxarlı təmizlik maşını istifadə edərək yüksək istilikdəki buxarla bu canlıları təsirsiz hala gətirməkdir.
Qısaca, dediklərimizi bir yerə torplasaq, buxarla təmizləmənin üstünlükləri bunlardır:
1. Suya qənaət;
2. Zamana qənaət;
3. Əlavə təmizləyicələrə pul verilmədiyi üçün büdcəyə faydalıdır;
4. Zəhərli kimyəvi təmizləyici maddələrin təhlükəsindən qurtulmaq;
5. Ev allergeni olan gənələrdən qurtulmaq.
Əziz xanımlar, ailəsinin sağlamlığının və ailə büdcəsinin qeydinə qalan bir xanım kimi, sizlərlə bu təmizləmə üsulu barədə bildiklərimi paylaşmaq istədim. Buxarlı təmizləyici barədə mənim kimi çoxlarınız da eşitmisiniz, TV reklamlarından görmüsünüz və bəlkə də istifadə edənləriniz də az deyil. Uzun tərəddüddən sonra uyğun qiymətə internet mağazalarının birində rastıma çıxan bu "yardımçı"nı almaq qərarına gəldim. Və heç də peşman deyiləm. Xüsusilə körpəsi olan və ya olacaq ailələr üçün çox faydalı bir məhsuldur. Yuxarıda dediklərimə əlavə olaraq, gəlin bu maşını daha yaxından tanıyaq. Necə və haralarda istifadə edildiyini izah edərkən, şəxsi praktikamda da gördüklərimi əlavə edəcəyəm (məncə bu daha faydalı olar )
Aparatın gövdəsində su qazanı yerləşir ki, suyu bura dolduraraq işimizə başlayırıq. Buxarın gücünü nizamladıqdan sonra (xüsusi düymə ilə), "On" düyməsinə basaraq təmizlik işlərinə başlaya bilərik.
Qeyd edim ki, uzun dəstəyi və fırlanan başlığı sayəsində əyilmədən, aparatı gərəkli təfərə çevirərək döşəmə və xalçaları rahatlıqla təmizləmək olur. Çox uzun naqili sayəsində isə aparatı işlətmək daha da asanlaşır.
Markasından asılı olaraq buxar maşınlarının ucluqları müxtəlif olsa da, bənzərlikləri də çox olduğu üçün demək olar ki, istifadəsi eynidir:
1. Ən çox sevdiyim ucluqdur. Ən çox da onu istifadə edirəm. Çünki bu ucluq vasitəsiylə buxarı birbaşa təmizlədiyimiz səthə yönəltmək mümkündür. Buxarın həm istiliyinin, həm də təzyiqinin sayəsində ən inadcıl kirlərdən də qurtula bilərik. Bir əlimizdə aparatı tuturuq, digər əlimizdə isə quru bezlə səthi silirik. Buxar suya çevrildiyi üçün bezlə işləmək şərtdir. Lazım olarsa əlavə bir fırçadan da istifadə etmək olar (aparatın özünün fırçaları var, amma onları taxıb-çıxarmağa vaxt sərf etmək istəmədiyim üçün belə üsul mənə görə daha rahatdır.)
Bu ucluqla qapı dəstəkləri kimi yerlərdə də uğurla dezinfeksiya işləri aparmaq olar.
2. Bu kiçik fırça adətən iki növdə olur: plastik və metal. Siz mənim kimi səbrsizlik edib buxarın yüksək gücündə plastik fırçanı işlətməyin! Düzdür, uşaqların əl bacarığının nəticəsi olan, kovralitdəki plastilin izləri təmizləndi, amma fırçadan da fırça deyiləcək bir şey qalmadı - əridi.
3. Bu ucluqla uzatma işini görərək işimizi daha rahat görə bilərik (məsələn tavan təmizliyində.)
4. Bezi plastik qurğuya keçirdikdən sonra bu ucluğu güzgü və pəncərə kimi səthlərdə istifadə etmək olar. Mən istifadə etməmişəm deyə nəticəsi barədə bir söz deyə bilmərəm.
5. Bezi plastik hissəyə keçirdikdən sonra bu ucluqla yun, toxunma, ağır trikotaj materiallardan hazırlanmış geyimləri, asılmış pərdələri ütüləmək və yumşaq mebelləri təmizləmək olar.
6. Bez aparatın əsas hissəsindəki başlığa üzərindəki cırt-cırtları vasitəsilə bərkidilir. Bu başlıqla döşəmələri, kafel, metlax kimi səhtləri təmizləmək olar. Yaxşı olar ki, döşəmə çox kirlidirsə, öncədən adi üsulla təmizlik edəsiniz. Buxar aparatıyla isə sırf dezinfeksiya və inadcıl kirlərdən qurtulmaq üçün istifadə edin. Belə etsəniz, bezin ömrü uzanar. Döşəmənin üzərindəki təmir "izlərindən" qurtulmaqda buxar maşını "əla" qiymət aldı!
7. Bu ucluq isə döşəmələr üçün istifadə edilən başlığın üzərindən keçirdikdən sonra xalça kimi səthlərdə istifadə etmək üçündür. Bunun sayəsində aparatın başlığı yumşaq səth üzərində daha rahat hərəkət edəcək.
Əziz xanımlar, ümid edirəm ki, təmizliyi və rahatlığı sevən hər xanımın yardımçısı ola biləcək bu texnoloji "möcüzə" ilə tanışlıq ürəyinizcə oldu. Sizin aranızda buxar maşınından istifadə edərək faydasını görənlər varmı? Bəlkə özünüzə uyğun seçdiyiniz istifadə üsulları ilə bizlərlə də bölüşəsiniz?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni valyutanın adı “altın” olacaq
Şagirdlərin tətil günləri başladı
Məşhurlar dünən və bu gün
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
Yaşadığım şəhər "Volqoqrad"
Aparıcısı öz toyunda xəbər büllütenini təqdim etdi
Buzlu Şamlar
Prezidentin qızları sərgidə
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Nazirlik bu şəxslərə müraciət etdi
Təbiətin güldürən üzü
Şaxta Azərbaycana tez qədəm qoydu: bəs bu gün necə olacaq?
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
Şəffaf və plastik dəb
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
Vanna otağı dekorasiyası
Messi "Qızıl butsı"nın sahibi oldu
Əməliyyata 250 min xərcəlilər, peşman oldular-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-35
Sabahın HAVAsı
Azərbaycanda 4 minlik fayton
Kişilərin bazarlığı
Yaşlanmağın qarşısını alan maska
Bakıya yağış yağacaq
Artıq avtomobil almaq elə də asan olmayacaq...
Abort və onun yaratdığı fəsadlar
Günün ulduz falı
Günün ulduz falı - 30.11.2013
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir - RƏSMİ
Bu tarixdə Milli Parklarda giriş sərbəstdir
Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti
Sabahın HAVAsı
Ermənilərin Rusiya fiaskosu
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Tac Mahalda namaz qılmaq qadağan edildi
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Məşhurların ölüm anındakı son sözləri
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Arıqlamağa kömək edən 9 qida
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Günün ulduz falı
"Neft Daşları"nda yeni quyu qazılır
İnternetdə hadisələrin səbəbkarları kimdir?
Gələcəyin mətbəxi üçün mükəmməl qadjetlər
Rusiyada dollar üzüaşağı getdi
- ŞƏRHLƏR