İş yerinizdə hər kəsin sizdən nifrət etdiyini heç hiss etmisinizmi? Hər kəs müdirlərindən nifrət edir, elədir? Məncə deyil. İşinizi düzgün qursanız, iş yoldaşlarınız yanınızda özlərini rahat hiss etsələr, problem yoxdur deməkdir. Yaxşı, nəyi səhv edirsiniz? Sizi pis müdir edən pis vərdişlərinizə bir göz ataq.
1. Düzgün münasibət qurmasanız, yanınızda çalışanların fikirlərini oxuya bilməzsiniz. O zaman onların sizin fikirlərini oxumasını gözləyirsiniz? Arada ünsiyyət anlaşılmazlığı olduğunda hər kəs narahat olur. İstəklərinizi dəqiq bir səkildə bildirmədikdən sonra onlara qəzəblənib auranı mənfiləşdirmənin bir faydası yoxdur. Bir neçə məsləhət:
A) Ünsiyyət üçün zaman ayırın. Gündə ən azı 15 dəqiqənizi çalışanlarınızla ünsiyyət və məlumatlandırma üçün ayırın. Onlarla danışın və müzakirələr edin.
B) İşi yaxşı təqdim edin: İşçilərinizə ancaq mənfi siqnallar yollasanız, sizə əhəmiyyət verməməyə başlayacaqlar. Onlara müsbət enerji verin.
C) İnsanların mesajlarınızı aldığından əmin olun: Dostlarınızla danışmazdan əvvəl düşünün və istədiklərinizi dəqiq bir şəkildə ifadə edə bilməyinizdən əmin olun.
D) İşçilərinizi dinləyin: Ünsiyyət yalnız sizin istəklərinizdən ibarət olmamalıdır. İşçilərinizin dediklərini dinləyin, ciddiyə alın və buna görə davranın.
2. Hazır olmadıqları müddət ərzində insanların vəzifələrini qaldırmayın: İnsanları yüksək vəzifəyə qaldırmaq çox yaxşı olsa da, buna hazır olmadıqlarında lazım olan nəticə alınmır. Bu işi tam görə bilməyən, stresli və digər işçilərə kifayət qədər köməkçi ola bilməyən insan olur. İnsanların vəzifəsini yüksəltməzdən əvvəl qabilliyyətlərini yoxlayın. İşçilərinizdən birinə bir günlük yerinizə keçməsini söyləyib nələri edə biləcəyini yoxlaya bilərsiniz. Bu kimi işləri onların görməsinə icazə verin və nəticəni görün. Bu işlərin bir qismini bələ görə bilməyən biri qətiyyən daha böyük bir mövqeyə keçməyə hazır deyildir.
3. İşinizlə qürur duyursunuz? Güclü bir mövqedə olmaq gözəl bir hiss olsa da, bəzən insanların sizdən soyumasına səbəb ola bilər. Əgər həyatda mənəm-mənəm deyib , özünüzü yuxardan aparsanız, insanlara yuxardan aşağı baxsanız, böyük ehtimalla işçilərinizin gözündən düşərsiniz. Onlardan yüksək vəzifədə olmağınız, onlardan yaxşısınız demək deyildir! Çalışanlarınıza işlərinin ən azı sizinki qədər əhəmiyyətli olduğunu hiss etdirin. Onları təqdir edin. Nahar yeməyində birlikdə nahar etmənizdə böyük fayda olar.
4. Hədəfinizi kifayət qədər paylaşmırsınız: Final layihənin necə olacağını başınızda yaxşı bir şəkildə müəyyənləşdirmiş ola bilərsiniz, amma işçiləriniz zehninizi oxuya bilməz! Onlardan nə gözlədiyinizi bildirməsəniz onlar da təqdimatı edə bilməzlər. Buna görə də layihənin A-dan Z-yə bütün detalları izah edilməlidir.
5. Hər şeyi bildiyinizi düşünməyin: Çoxbilmişlik etməyiniz işçilərin canını sıxacaq. Əgər "Hər şeyi bilirəm!" ədası ilə çıxış etsəniz, işçiləriniz onları təhqir edə biləcəksiniz qorxusu ilə sizə fikirlərini söyləməyəcəklər. Açıq fikirli olun və işçilərin öz fikirlərini dilə gətirməsinə icazə verin. Sizin bilmədiyiniz şeyləri biləcəklərini qebul edərək bir çox şeyləri öyrənməyə çalışın.
6. İşçilərinizə azadlıq verin: Bəzi müdrlər elə pis qaydalar qoyurlar ki, işçilər özlərini hərbi sistemdə hiss edirlər. İşçiləriniz ilə sərt olmaqdan çəkinin və onlarla düzgün rəftar edin. Tədqiqatlar göstərir ki, sərbəst işləyən işçilər xoşbəxt, sağlam və məhsuldar olurlar. İşçilərə sərbəstlik verə biləcəyiniz bəzi sahələri qeyd edək:
A) 9-5 arası iş saatları onlarə buraxın. İşçilərinizə öz proqramlarını sərbəst qurmağa şərait yaradın.
B) Günorta yeməyi üçün müəyyən bir müddət təyin edin, amma hansı saatlarda yeyəcəklərinə işçilər özləri qərar versinlər.
C) İş arasında işçilərin musiqi dinləməsinə icazə verin.
E) İşçilərinizlə telefonda danışanda əsəbləşməyin. Qısa internet və mesajlaşma onları daha məhsuldar edə bilər.
7. Rəqabət aparırsınız? Kiçik rəqabətlər işçiləri motivasiya etmək üçün yaxşı ola bilər, ancaq fərqli qrupları davamlı bir-birinə qarşı qaldırsanız bu qarşıdurmaya yol açacaqdır. İnsanları öz üzərlərində motivasiya edin, başqaları ilə müqayisə etməyin.
8. Bütün işi özünüzə bağlayırsınız? Daha əvvəl bir layihənin sonunda bu layihə üçün doğurdan da çox işlədim dedinizmi? Bu işi tək görmədiyinizi yadınıza salın. Bütün işi özünüzün gördüyü kimi aparsanız, insanlar sizinlə iş görmək istəməyəcəklər. Kimin nə iş gördüyünü izah edərək danışmağa çalışın. Yaxşı bir müdir olmaq çətindir. Bu pis vərdişlərdən əl çəksəniz doğurdan da yaxşı bir müdir, ən əsas sevilən bir insan ola bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur pəhrizlər insanı dişsiz qoyur
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Pendirli şam ağacları (foto resept)
Begemotlar
Martın 31-dən YENİ QAYDA
Çilli insanların bilməli olduqları
Balqabağın faydaları
Eva Lonqoriya və platyaları
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Qeyri-adi sürücülər
İnstitutlarda viki-qruplar yaradılacaq
Evlənmək iyundan çətinləşir
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Kraliça koronavirusdan belə qorundu-FOTO
Avropada koronavirusun yeni dalğası gözlənilir
Adobe Photoshop (Dərs 8)
Adamı meymun bilib güllələdi
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Azərbaycanlılar batan gəmidə
Günün ulduz falı
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Aksesuar seçimi necə olmalıdır?
Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR?
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
ABŞ-da iti şəhər meri seçdilər
İsmətini itirməyən qızlarımız
Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri və Monako Şahzadəsi ilə görüşüb
Macarons (Fransa mətbəxindən) (foto resept)
Azərbaycan əhalisinin sayı açıqlandı
Dəri ləkələri üçün maskalar
Bitkilər və təbabət (2)
Sürücülərin diqqətinə: başlanır!
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Qeyri-adi ayaqqabılar
Yeni türk nəsilini necə yetişdirməli?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sərdardan xanımına ad günü sürprizi-FOTO
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Rəsmi göstəricilər açıqlandı: artım var
Oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO
Almalı mütəkkə (foto resept)
Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...
Virtual autizm yayılır
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Ingilis Dili-XII Dərs
Afinada ilk məscid tikildi
Deniz Çakırın məşhur seriala "qayıdışı"-VİDEO
Bir gün də yaşasa, müdafiə naziri olacaqdı - Generalın ölümünün böyük sirri
Yerə bənzəyən 7 planet tapıldı
- ŞƏRHLƏR