Muğam Azərbaycanın vizit kartıdır desəm yanılmaram. Muğamda poeziya, bəstəkarlıq və yüksək ifaçılıq mədəniyyəti cəmlənmişdir. Muğam sənətinə əruz vəzninin böyük təsiri olmuşdur. Azərbaycanda "Rast", "Segah", "Şur", "Bayatı-Şiraz", "Çahargah", "Şahnaz" muğamları geniş yayılmışdır. Hər muğamda özünəməxsus əhval-ruhiyyə, hisslər ifadə olunur. "Rast"da hünər, qəhrəmanlıq, "Segah"da məhəbbət hissləri ifadə olunur. Muğamlar qəzəl və qoşma üstündə oxunur.
Muğam ifa etmək böyük ustalıq tələb edir. O melodiyanın tədricən yüksəlməsi və emosional gərginliyin artması, hisslərin təsir qüvvəsinin güclənməsi və son olaraq zilə çatmasıdır. Həmçinin hisslərin və emosiyaların ilk vəziyyətə qayıtması da vacibdir. Ona görə də muğam ifa etmək üçün güclü səs və böyük ustalıq tələb olunur. Azərbaycanda bir çox muğam ifaçları vardır: Mənsum İbrahimov, Güllü Muradova, Elnarə Abdullayeva, Ağaxan Abdullayev və.s
Azərbaycan tarixində ilk dəfə Üzeyir Hacıbəyov "Leyli və Məcnun" milli muğam operasını yaratmışdır. Üzeyir bəy xeyli müddət idi ki, Azərbaycan operasını yaratmağı fikirləşirdi, fərdi qaydada bəstəkarlığın sirlərini öyrənir və nəhayət 1907-ci ildə Leyli və Məcnun operasını yazır. Bəstəkar Məhəmməd Füzulinin eyni adlı poemasına müraciət edir. Poemanın musiqi ifadəsi üçün klassik muğamlarımızdan və xalq mahnlarından istifadə edərək ilk operanı yaradr. Opera yazılsa da onu səhnələşdirmək lazım idi. Əsəri səhnələşdirmək üçün nə pul var, nə teatr, nə də peşəkar aktyor, heç kimdən də kömək yox idi. Yalnız milli, musiqili teatr yaratmaq haqqında əlçatmaz istək və arzu var. Üzeyir bəy dostları ilə həyətlərdə, küçələrdə, bazar meydanlarında gəzərək ilk operasının ifaçılarını axtarmağa başlayır. Çox çətin axtarışlardan sonra nəhayət kişi rollarının ifaçılarını tapmaq mükün olur. Amma qadın rollarına isə heç kəsi tapa bilmir. O dövrdə qadınlar nəinki səhnədə çıxış edə, heç teatr səhnəsinin qapısından bele keçə bilmirdilər. Ona görə də qadın rollarını da kişilər ifa edirdilər. Sənətə olan sevgi elə çox idi ki onlar təzyiqlərə, hücumlara baxmayaraq qadın rolunda səhnəyə çıxmağa razılıq vermişdilər. Onlar milli mədəniyyətin inkişafı naminə bütün çətinliklərə dözərək istəklərinə nail oldular.
Tamaşaya dramatik teatrın aktyoru və rejissoru Hüseyn Sarablinski quruluş verdi, tanınmış yazıçı Əbdürrəhim bəy Haqverdiyev dirijorluq etdi. Və nəhayət "Leyli və Məcnun" operasının ilk tamaşası göstərildi. 1908-ci il yanvarın 12-i milli operanın yaranma günü kimi Azərbaycan mədəniyyəti tarixinə yazıldı.
Üzeyir bəy musiqisi elə ilk sədalarından tamaşaçıların qəlbini ovsunladı. Opera tamaşasında ilk dəfə çıxış etmələrinə baxmayaraq aktyorlar ilhamla, böyük ustalıqla oxuyurdular. Opera ilk tamaşasından böyük uğur qazandı, bu günə qədər də opera teatr səhnələrindən düşmür və böyük maraqla izlənilir.
XƏBƏR LENTİ
Azərbaycanda ödənişli təhsil alan tələbələr hansı hallarda təhsil haqqından azad olunurlar?
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 97 yeni yoluxma
1090 at güclü kvant maşın
Trençkotlar
Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş
Qeyri-adi ev əşyaları
Bu günün hava proqnozu
Göy soğan piroqu (foto-resept)
Günün qoroskopu - 18.11.2013
Klonomaniya (3-cü hissə, son)
Çıxış yolu həmişə var
Azərbaycanda muzeylərə getmək istəyənlərə xoş xəbər
Siqareti tərgitməkdə yardımçınız olacaq
Payız və qış ayaqqabıları
Ağdam həkimləri məcburi köşkünləri müayinə edir
Onlar arxadan hücum edirlər
Qadın.Net-lilərin ilk şərhləri (1-ci hissə)
KREATİV ƏŞYALAR
Pizza qülləsi niyə əyilib?
Pomidorlu-pendirli toplar (foto-resept)
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
2068-ci ildə asteroid Yerlə toqquşacaq
“New-York Times”: Orta Şərqdə 14 yeni dövlət yaranacaq
Dəbli qalstuklar
Gündəlik geyim nümunələri
ABŞ yenidən İraqa qayıdır
"Pizza" (foto-resept)
Günün ulduz falı
Doğulan körpələrin çoxu oğlandır
Nazirlik azyaşlıları necə sınağa çəkir?
Bu gündən pensiyalar artır
Yaddaş gücləndirici dərmanlar əsəbi korlayır?
"Başında nə var?" fotolayihə
Gəncəyə Qafqaz dələləri gətirildi
Həqiqət acı olsa da...
Gürcü yepiskop cümə namazı qıldı
Burak Özçivitdən Fahriyeni qəzəbləndirən AÇIQLAMA - FOTO
Həyatda gec öyrəndiyimiz 5 dərs
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Azərbaycanda beş vУ™ beşdУ™n artıq uşağı olan analara xoş xəbər
Buxar maskasının faydaları
İlham Əliyev xalqı təbrik etdi
Mançini Arda Turanı istəyir
Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri
Herpes virusu
Ayda niyə "Heyvanlara yem verməyin" yazılıb?
Bu xəbər bakılı sürücüləri məyus edəcək
Evinizdə olan bu 8 əşyanı atın
Dırnaqlarınızı qoruyun
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
- ŞƏRHLƏR