19 fevral tarixini bütün dünya "Delfinlərin beynəlxalq müdafiəsi günü" kimi qeyd edir. Bu gün təkcə delfinlərə yox, ümumiyyətlə, dəniz və okeanlarda yaşayan bütün canlıların qorunmasını nəzərdə tutur. Lakin məlum olduğu kimi, dəniz məməliləri içərisində ən çox təzyiqlərə məruz qalan delfinlərdir. Kosmetika hazırlanan zaman istifadə olunan abra bu sülhsevər heyvanların leşlərindən alınır. Çox yaxşı ki, 1973-cu ildən artıq bu kompanentin kosmetikada istifadəsinə qadağa qoyulub. Daha hansı canlılardan kosmetika hazırlanan zaman istifadə olunur?
Eko-emblemlər
Sevimli krem və ya şampunların üzərində oxuduğumuz yazılar nədən xəbər verir? Öz sevimli kosmetikalarınızı tərkibində heyvani məhsullar olmayan orqanik kosmetika ilə əvəz etməyə dəyərmi?
LANOLİN - bir nömrəli komponent
Ona görə istifadə olunur ki, sarı parofinli məhsuldur. Qoyun yunu bir sıra həlledici vasitələrlə həll onunaraq lanolin əldə olunur. Uzun illərdir dərman vastələri və kosmetikada istifadə olunan komponentdir.
Başqa adları: Lanolin, E 913, Aliphatic Alcohol, Cholesterin, İsopropyl Lanolate, Laneth, Lanogene, Lanolin Acide, Woll Fat, Triterpene Alcohols, Lanolithione.
Nəmləndirici və qidalandırıcı üz və bədən kremləri və dodaq boyalarında istifadə edilir.
Plasenta (cift) - "Gözəlliyin başlanğıcı"
Ona görə istifadə olunur ki, təkrarolunmaz biomaterialdır. Bu orqan ana ilə uşaq arasında bətndaxili əlaqə yaradır və doğuş zamanı o da ananın bədənindən xaric olunur. Cift zülalla zəngindir, bundan başqa amin turşular, vitamin və minerallar, immunostimulyatorlar, fermetlərlə də zəngindir. Cavanlaşdırıcı təsir göstərir, orqanizmi möhkəmləndirməyə kömək edir. Plasentadan əsasən yapon kosmetikalarında və ən bahalı digər kosmetik vastələrin hazırlanmasında istifadə olunur. Əsas donorlar - inək, qoyun və donuz ciftidir.
Başqa adları: Plasenta, Plasenta Polypepdides Protein (PPP), Afterbirth.
Üz və bədən üçün nəmləndirici krem, bir sıra professional şampunlar və saça qulluq vastələrinin tərkibində istifadə edilir.
Sümük unu
Başqa adları: Bone Meal, Meal, Abrosives.
Bir sıra diş məcunları və polivitamin həblərinin tərkibində istifadə edilir.
Sistein
Ona görə istifadə olunur ki, amin turşulardan ibarətdir. Ördək lələyi və at saçından, donuz qılından, hətta heyvan dırnağından da alınır. Güclü antioksidantdır - alfa kerotinin tərkibindən ayrılır. Saç, dəri və dırnaqları zülalla təmin edir və möhkəmləndirir. Kollogenlər sayəsində dərini elastik edir. Detoks-effekt yaradır.
Başqa adları: Custeine, L-custeine, Custine, L-form.
Nəmləndirici və qidalandırıcı üz kremləri və saça qulluq vasitələrinin tərkibində istifadə edilir.
Estradiol
Ona görə istifadə olunur ki, hormonal tərkiblidir. Bu hormonlar hamilə atın sidiyindən əldə olunur. Hər bir qadın orqanizmində gözəllik hormonu adlandırılan esterodiol hormonu sintez olunur. O, qadın qamətini gözəlləşdirmək, döşləri şux göstərmək, qırışları hamarlaşdırmaq qabilliyyətinə qadirdir. Bu maddədən müxtəlif parfümeriya, ətriyyat və pəhriz məhsulları hazırlayan zavodlarda istifadə olunur.
Başqa adları: Estradiol, Estrogen, Premarin.
Nəmləndirici bədən və üz kremləri və ətirlərin tərkibində istifadə edilir .
Karmin - parabüzən böcəyi
Ona görə istifadə olunur ki, təbii qırmızı rəngdir. Dişi parabüzən böcəklərinin ifraz etdiyi turşudan əldə olunur. Hər 400-500 q rəngdən ötrü 70 min bu cur böcək tələb olunur.
Başqa adları: Carmine, Cochineal, Carminic Aside, E120, Dactylopius Coccus Extrakt.
Qırmızı rəngli kirşan və dodaq boyalarında, şampunların tərkibində olur.
Jelatin
Ona görə istifadə olunur ki, zülaldır. Heyvan vətərləri və sümüklərindən əldə olunur. Yosunlardan alınan aqar-aqar maddəsinin alternatividir.
Başqa adları: Gelatin, Gelatine gel, Hide glue, Kosher and Halal Geratin.
Şampun, üz üçün maskalar, üz və bədən üçün kremlər, dırnaqları müalicə vastələri və dırnaq boyasını təmizləyən maddə və bir neçə polivitaminlərin tərkibində istifadə edilir.
Heyvani yağ, yoxsa sabun?
Ona görə istifadə olunur ki, piy mənbəyidir. Donuz, mal, qoyun və bəzən də su samurunun piy qatından istifadə olunur. Kəsilən heyvanların cəmdəklərindən əldə olunan piyin tərkibindəki mürəkkəb yağ turşuları və natrium duzları sabun istehsalında istifadə olunur.
Başqa adları: Sodium Tallowate, Hudrogenatium Tallow, Fatty Acidis, Sodium Salt, Suet, Lard, Animal Fat, Steric Acid, Acid. Amide,Hudrogen Tallow Betaine,Oleic,Benzoic,Murustik Acid
Bərk sabun və bəzi kremlərin tərkibində istifadə edilir.
Kerotin
Ona görə istifadə olunur ki, zülal əsaslıdır. Heyvanların buynuz, dırnaq və tükü kimi, insanın da saçı, dırnağı, dərisinin əsasını zülal təşkil edir. Müasir kosmetikada ən çox hidrolizə olunmuş heyvani kerotindən istifadə olunur. Bu zülal adətən qoyun yunundan əldə olunur. Hazırlanan bioloji aktiv inqrediyent yeni saçların əmələ gəlməsini təmin edir, zədələnmiş saçları və dırnaqları bərpa edir.
Başqa adları: Keratin, keratins, Animal Keratin, Keratin Amino Acid, Hidroluzed Amino Proten, Hidroluzed Protein, Detoxin, Hidroluzed hair keratin, N-[ 2-Hidroxu-3-(Cocoalkyldimethylammonio)],
Əksər saça və qırnağa qulluq vasitələrinin tərkibində istifadə edilir .
Mövzunu yekunlaşdıraraq bunu da qeyd etmək istəyirəm ki, hələ qədim zamanlardan heyvani məhsullardan kosmetik vasitələr üçün istifadə olunur. Məsələn, malın piyi və beyni dazlaşmanı aradan qadırmaq üçün maska kimi, bundan başqa qatıq, yumurta, balıq yağı da kosmetik məhsullar kimi istifadə olunub. Hal-hazırda balıq kürüsü, arı məhsullarından (kosmetologiyada) və kəhraba, müşk (ətriyyatda) məhsullarına üstünlük verilir. Əlbəttə, onların səmərəliyini inkar etmək olmaz. Amma nəzərə alsaq ki, onları uzun müddət saxlamaq cox cətindir, ona görə də istiehsalçılar bu məhsulların alternativini süni yollarla əldə etməyə çalışırlar. Bu məhsullar da effektiv təsir göstərir, uzun müddət xarab olmadan saxlanıla bilir və daha ucuz başa gəlir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cazibədar xanımlar üçün donlar
Türkan Şoray sevincdən ağladı-FOTO
Prezident maaşları artırdı
Fərqli manikür nümunələri
"Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb
Əl işləri- Toxunma ayaqqabılar
Bu sezonun eynək modelləri
Gəlinlərə saç düzümləri
Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi
Mavi qar yağdı
Zəhərli qidalar
Qidaların orqanizmə təsiri
Müəllimləri onu pulsuz hazırladı - 692 bal yığdı
Məşhur reper 4-cü dəfə ata olacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
Təmiz evin 4 sirri
Misir ehramlarını tikənləri niyə gizlədirlər?
Evdə heyvan saxlamağın faydaları
Canerlə Selinin AYRILIQ xəbərləri yayıldı-FOTO
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Kəsmikli-moruqlu kekslər (foto resept)
“YouTube” yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?
Əməkdar artistin səhhəti ağırlaşdı
Keçi südünün faydaları
Göygölə 25-30 santimetr qar yağdı
Bir həftəyə 4 kq arıqladan pəhriz
SON DƏQİQƏ: Çində koronavirusa yoluxan onlarla insan güllələndi - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Facebook videoreklama başlayır?
Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Ətli-göbələkli qəlyanaltı (foto resept)
Maykl Cekson dirildi – VİDEO\FOTO
Çiyələkli "Rafaello" (foto resept)
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
Apple geriləyir
Öz maketini hazırlayan ana
Günün ulduz falı
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Sobada ətli pirojki (foto-resept)
Arzular, arzular, gözəl arzular...
Düyülü balıq şorbası (foto resept)
Bakı polisinindən xəbərdarlıq: "Sürücülər gözləməsinlər ki..."
Mütəxəssislər xəbərdarlıq edir - İnternetdə belə səhifələrdən uzaq olun!
Arıqlamağa kömək edən 3 içki
İnsanın ən böyük düşməni elə özüdür!
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Valideynlərin nəzərinə!
- ŞƏRHLƏR