Elm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.
Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi.
Ancaq Almaniyanın Ulm və İsveçrənin Sürix Universitetinin mütəxəssisləri tədqiqatlarını bir az da dərinləşdirdilər və sıx bitki örtüyünün olduğu yerlərdə qarışqaların yollarını necə tapdıqlarını tədqiq etməyə başladılar. Nəticədə, bu canlıların yuvalarına addımlarını sayaraq qayıtdığı məlum oldu. Bu kiçik canlıların belə bir xüsusiyyəti heyranedici idi. Catalglyphis fortis adlandırılan Saxara qarışqaları atdıqları addımları sayır və geri qayıdarkən eyni sayda addım ataraq yuvalarına çatırdılar.
Bu nəticəyə gəlmək üçün belə bir təcrübə keçirildi: Elm adamları Saxara qarışqalarının yuvalarından yemə qədər düz xətt boyu yerimələrini təmin etdilər. Qarışqalar yemə çatdıqdan sonra, yəni yem ilə yuvaları arasındakı məsafəni əzbərlədikdən sonra qarışqaların yarısının ayaqlarına fiziologiyalarına uyğun material əlavə edilərək ayaqlarının boyunu uzatdılar. Yəni addımlarını böyütdülər. Qarışqaların digər yarısının isə ayaqları bir əməliyyatla qısaldıldı, yəni addımları kiçildildi. Addımların ölçüsünün dəyişdirilməsində məqsəd qarışqaların yuvalarından çıxdığı andan etibarən öyrəndikləri məsafəni addımları ilə ölçüb-ölçmədiklərini müşahidə etmək idi. Yenidən yuvalarına qayıtmaq üçün yola buraxılan qarışqalardan addımları böyük olanlar yuvalarının yanından keçib gedirdilər. Ayaqları qısa, addımları kiçik olanlar isə hələ yuvaya çatmadan dayanırdı. Ancaq qarışqalar tədricən yeni ayaq uzunluqlarına alışdıqdan sonra yuva-yem arasındakı məsafəni yenidən öyrənir və heç yanılmadan yuva ilə yem arasında gedib-gəlirdilər.
Bu təcrübə ilə Ulm Universitetindən neyrobioloq Harald Vulfun rəhbərlik etdiyi tədqiqat qrupu belə nəticəyə gəldi ki, qarışqalar addımlarını sayırlar.
Qarışqa şüuru, ağlı, qərar vermə, mühakimə etmə qabiliyyəti olmayan canlıdır. Şübhəsiz ki, bu canlının öz iradəsi ilə yuvasından çıxıb addımlarını sayaraq yemə doğru gedib, sonra yenidən addımlarını sayaraq yuvasına qayıtması qeyri-mümkündür. Saxara qarışqaları da digər bütün canlılar kimi yaradıldıqları andan etibarən Allahın ilhamı ilə hərəkət edirlər.
R. Əkbərov
XƏBƏR LENTİ
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Manatla verilən kreditlər artacaq
Ev geyimləri
Miniatür oyuncaqlar gündəlik həyatımızda
"Hörmət"ə evinizi banka girov qoymayın!
Gənc xanımlar üçün donlar
Məhəmməd evdə timsah saxlayır - FOTO
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Peru silkələndi
Azərbaycanda qadın nazir təyin olundu
Ballı banan peçenyesi (foto resept)
Beləsini görmədiniz
Braziliyada daşqın həyatı iflic etdi: 40 min insan evsiz qaldı
Azərbaycanda 11 bank ləğv olunur
Qeyri-adi toy şəkilləri
Zərifə Əliyevanın doğum günüdür
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
İki qolu olmayan qız: "İradə hər şeydir"
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi
İnsanların sayı 8 milyarda çatacaq, sonra azalmağa başlayacaq
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Əlləri ilə dünyanı kiçildən sənətkar
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Dərini təmizləyən və ağardan maska
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Albalının faydaları
Fındıqlı keks (foto-resept)
Şirin pizza (foto resept)
Gəlin saçı modelləri
8 yaşlı uşaq dostu üçün 1 milyon topladı
Müxalif general prezident oldu
Bukmə budlar (foto-resept)
Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
Şahinlərimizə qurban kəsildi
Uşağa tərbiyə verməkdə gecikməyək
"Hədəf"dən şəhid ailələri və qazilərin övladlarına xüsusi güzəştlər
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
Azərbaycan meyvələri Hindistana ixrac olunacaq
Türkiyə Bakıya söz verdi
Azərbaycanda Dövlət Bayrağı günüdür
Rusiya üç ölkə ilə uçuşları bərpa edir
Azərbaycan dəmir yollarında yenilik
Gecəlik modelləri
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Fahriye Evceni 12 kq arıqladan SEHRLİ PƏHRİZ - FOTO
Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu
"La case de papel" finala hazırlaşır
- ŞƏRHLƏR