Oxudum, xəbərdar oldum da, vardım,
Varlıqlar sirrini yer-yer axtardım.
Səni tapan kimi yumdum kitabı1,
Hamının sənədir gördüm xitabı.
Sənsən, hər varlığın içində sənsən,
Bütün canlılara həyat verənsən.
Yetişir sayəndə çörəyə insan,
Sən ucalt başımı, böyük Yaradan!
Məni bir gün belə sən ac eyləmə,
Özgə qapısına möhta...c eyləmə.
Ruzidən ödəyən sənsən xilqəti,
Ancaq özün yetir mənə neməti.
Ağlım şey kəsəli mən səhv etmədim,
Sənin dərgahından kənar getmədim,
Qapıma yolladın nemətimi sən,
İstəməmiş verdin qismətimi sən.
Qocalmışam sənin öz astananda,
Yetiş imdadıma qorxunc zamanda.
Bu sözlər xətadır, bu nədir, aman,
Sən mənimsən, demək, mənimdir cahan,
Sərgərdar qoymuşdur bu dünya məni,
Sən xilas edənsən, qurtar bəndəni.
Kimin qapısında töküm göz yaşı,
Hamının sayəndə ucalır başı.
Nə qədər örtülü sirlər vardır,
Səndən gizli deyil, bu, aşikardır.
İnsanın məqsədi məlumdur sənə,
Yetir arzusunu sən də yerinə.
Çatdırmasan məni bu arzuma sən,
Səndən də qərəzsiz yaşayaram mən.
Səndən axtardığım istək yaxşıdır,
Sənə könül açıb demək yaxşıdır.
Sirri desəm yada, eylər xar məni,
Səninlə danışmaq ucaldar məni.
Sən, ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.
Ucaltsın başını ilahi qüdrət,
Şadlıq tacı geysin ondakı himmət.
İşləri nizama düşsün, var olsun,
O, dərvişdirsə də, tacidar olsun2.
1. Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.
2. Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ayaqlara zərər verən yaz ayaqqabıları
Eybəcər qızları sevərdi, amma...
Pələng körpəyə hücum etdi-VİDEO
Əməliyyata 250 min xərcəlilər, peşman oldular-FOTO
Məşhur aktyor iflic oldu
Ağdamda bu gün partlayış olacaq
Kompensasiyalar verildi
20 yaşlı tələbə deputat seçildi
Yeni ili keçirmək üçün daha çox arzu olunan şəhərlər - Bakı, Paris və...
"Buraxılış vərəqəsi" verilir
Qırmızı kürülü suşi (foto resept)
Koronavirus peyvəndi yeridilmiş könüllülərdə immunitet saxlanılıb
İllərə görə ən çox qazanan filmlər (1950-1970)
Kadir İnanır instagramda diqqət çəkdi-FOTO
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
Yaponlardan öyrənəcəyimiz vacib qaydalar!
"Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO
İraqda bir ailəni tarixdən sildilər: bir gecədə 18 nəfər güllələndi
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Murad Bozdan TOY AÇIQLAMASI-FOTO
HAVA necə olacaq?
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
94 kq arıqlayıb MODEL oldu-FOTO
Hamımız aşiq ola bilərik, amma...
Rəsmi Berlin Suriya münaqişəsinin həllinə inanmır
Azərbaycanda sürət qatarı görəcəyikmi?
Xəbərdarlıq: o işinizi atın!
Biri vardı...
Dostlarınıza münasibətiniz haqqında nəyi deməməlisiniz?
Neft son 2 gündə durmadan bahalaşır
Xoşbəxt olmağın 5 asan qaydası
Hava haqqında - 07.12.2013
Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA
Dr.Ender Saraçdan beyin sağlamlığı ilə bağlı tövsiyələr
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
Nüsret evlənir?-FOTO
Parlaq saçlar üçün məşhurlardan super məsləhətlər
Sezonu rəngli keçirmək istəyənlər üçün geyimlər
Münasibətinizin hansı dönəmini yaşayırsınız?
Hilmi Cem otel aldı
Peçenyeli rulet (foto resept)
Karbon pilinqi
“Coca-Cola” 130 illik ənənəsini pozur
Aleyna Tilki makiyajsız FOTO paylaşdı
Həkim qərəzinin nəticəsi, yoxsa?..
Kerri: “Rusiyanın sayılı saatları qalıb”
Yuxugörmənin öyrənilmə tarixindən (son)
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı artır
Nəhəng asteroid dünyanın bir addımlığında
- ŞƏRHLƏR