Ta qədimdən adətimiz, şanımız,
İsmətimiz, namusu vicdanımız,
Xəstəliyə yoluxmasın qanımız,
İsmətini, qeyrətini itirmə!
Qız olsun, ya da ki oğlan, fərqi yox,
İsmət ilə yaşamaqda fayda çox!
Allahından, vicdanından bir az qorx,
Saflığını, xislətini itirmə!
Aldatmasın səni gözün gördüyü,
Qızlar, başdan əksik etmə örtüyü!
Kim qeyrətin çəkər çılpaq sürtüyün?!
Ədəbli ol, hörmətini itirmə!
Oğul, baxma pisliklərə, pislərə,
Yolun azan nadan və xəbislərə,
Baş qoşma yolun azan iblislərə,
Şeytana uyub, cənnətini itirmə!
İtir varı, itir pulu, taparsan,
Sən itirdiyin dostları tapmarsan,
Tapan deyilsən, nə qədər axtarsan
Tərbiyəni, mərifətini itirmə!
Qeyrətli qız, oğul-çıxıb qəhətə,
Çoxu meyl salıb, şana-şöhrətə.
Nüfuz satılır, bil, vara-dövlətə,
Allah yanında izzətini itirmə!
Nə pis görsən gözlərini yumma sən,
Yan keçəcək, düşünmə sən, umma sən.
Bir bəndəni pis yoldan sən döndərsən,
Özün batma, diqqətini itirmə!
Səni sevən birinə sal mehrini,
Duy sevginin, səadətin sehrini.
İçirtmə ürəyə zina zəhərini,
Bakirəlik əzəmətini itirmə!
Allah yolu, iman yolu, haqq yolu
Azma həyatda, ey övlad, nahaq yolu!
Qəlbində sev, Allahı, Allah qulu!
Allahına şəhadətini itirmə!
Hər nə sənət öyrənsən, halal olsun!
Aman vermə haramdan zaval olsun!
Yalan satma, sus, qoy dilin lal olsun!
Haqq yolla get, fərasətini itirmə!
Nə çox gördüm üzünə üzlər çəkəni,
Ev yıxanı, haramdan ev tikəni,
Sən yaxma üstünə haram ləkəni!
İtaətini, ibadətini itirmə!
XƏBƏR LENTİ
İnternet fenomeni hər kəsi qorxutdu-FOTO
Hadise ən böyük arzusunu reallaşdırdı-FOTO
Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTO
Sincabların eyni anda kökəlməsinin səbəbi
Gavalılı piroq (foto resept)
Leysan, dolu yağacaq: çaylarda sululuq da artacaq - XƏBƏRDARLIQ
Gəncədə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edildi
“Avia.Pro.”: “Azərbaycan PUA-sı Ermənistanın “İsgəndər”ini məhv etdi”
Murat Yıldırım yeni çıxan aktyorlardan danışdı
Abort cinayətdir!
İranda güclü zəlzələ
Pis vərdişləri necə tərgitməli?
Şəkidən Bakıya qatarla gəlin gətirdilər
Bakıda cənub küləyi əsəcək, rayonlara yağacaq
Putin Qarabağı Türkiyəyə verir
Yaş maya və istifadə qaydası
Ət soyutması (foto resept)
Fərqli salat (foto resept)
Miniatür çiçək buketləri
İstirahət gününün HAVAsı
Gecə lampaları
Sinir sistemini gücləndirən meyvə
BÜRCLƏR bizə nə vəd edir?-11 yanvar
Günün ulduz falı
Çinin bütün əyalətləri virusa təslim oldu
Hamiləlikdən əvvəl cütlüklərə qızıl nəsihətlər -
Cinsi həyatınızın qayğısına qalın
Türkiyə və Rusiya Müdafiə Nazirliyi nümayəndələri arasında görüş sabah da davam edəcək
Hava haqqında
Aysel Teymurzadə
Şvarsneger pərəstişkarını depressiyadan edir-FOTO
Hava haqqında - 13.03.2014
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Sevgilisi FOTO paylaşdı
Ancelina Coli siyasətçi olacaq
Hansı bürcə ən çox nə yaraşır?
Bu günün hava proqnozu
Kıvanc Tatlıtuğ haqqında 10 il müddətinə azadlıqdan məhrumetmə istəyi
Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq
Bu qəsəbədə kişi yoxdur, qadınlar ərlərini qovurlar
"Göbələk aşı" (foto-resept)
Hikmət Hacıyevdən beynəlxalq ictimaiyyətə çağırış: “Fərqə baxın”
Pulsuz Wi-Fi turistləri artırır
45 yaşlı kraliçageyimi ilə diqqət çəkdi
Çavuşoğlu: “Ermənistan başqa ölkənin torpaqlarına göz qoymağa davam edərsə...” - VİDEO
Aksessuarlar
Braziliya sayağı badımcan
Sus, düz otur, hamı bizə baxır...
"Kobra Pərviz" "Survivor" -2020-dən Ayrıldı
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
- ŞƏRHLƏR