Dağ zümrüdü gözəl Şəki,
Küləyinin sığalı
Təzələyir qanı da.
Çox dərdlərin dərmanıdır,
Gülü də, reyhanı da...
***
Dağı, daşı, çölü, düzü,
Gözəllikdən yoğrulub.
Burda hər şey ta qədimdən
Yaşıllığa qərq olub.
***
Şəki baxar göy otların içindən
Dağların maralı tək.
Gül-çiçəklə naxışlanıb
Şəhər əlvan xalı tək.
***
Qamətini qoca palıd
Ucaldıb ot içində,
Saçaqlanır yaşıl otlar
Sanki bulud içində.
***
Dodaqlardan çıxan söz tək
Gül içində gül yanır.
Elə bil ki, binalar da
Ot içindən boylanır.
***
Mən də otam, sən də otsan,
Elə bil ki, bu anda.
Yaşıl otlat üzərində
Addımlayır zaman da.
***
Otlar üstə əsən külək
Bir tumardır, sığaldır,
Qayğılarla yanan qəlbi
Yaşıl ipək sağaldır.
***
...Mən getsəm də yenə bir gün
Qayıdaram bu yerə.
Baş əyərəm Şəkidəki
Otlara, çiçəklərə.
Unutmaram bu yeri,
Danışaram dağa-daşa,
Başımdan keçənləri.
***
Mən deyərəm: -Ana təki,
Ovut məni, ey Şəki!
Mənim donmuş ürəyimə
Şəki yenə can verər.
Ürəyimdən otlar kimi
Təzə sözlər cücərər.
Bəxtiyar Vahabzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Noutbukların satışı niyə azalır?
Rəngarəng ideyalar
BÜRCLƏR bizə nə vəd edir? -15 İyun
Rəqəmləri birləşdir-6
Azad Söz (8-ci hissə)
Sabah şaxta olacaq
Nağıllar ölkəsi: Hindistan
Prezident Polad Bülbüloğlunu təltif etdi
UEFA-dan futbol federasiyasına cəza
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Azərbaycanda narkoman qadınların sayı ildən-ilə artır
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Dəhşətli proqnoz: Cəhənnəm istiləri gəlir
Uşaqlara çeynəməyi necə öyrədək?
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
Xəyanət
Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi
Baxışla alış-veriş etmək mümkün olacaq
Albalılı piroq (foto resept)
Şahzadə Harri Meqan Markla görə ən yaxın dostundan üz döndərdi
Qatığın möhtəşəm faydaları
Boşanmış qadınların probleminə son, kişilərin hüququ isə...
Beyini skanı intihar barədə məlumat verə bilər
Havanın temperaturu 14 dərəcəyə kimi yüksələcək
Ərdoğan: "Ermənistan odla oynayır"
İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı - FƏRMAN
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Çörək haqqında gələn xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə yardım edildi - FOTO
İngilis dili-Qq
Vaxtında çəkilmiş şəkillər
Klaç çanta modelləri
Azərbaycanda uşaqlar arasında YENİ VİRUS tapıldı
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri - VİDEO
Mərciməyin faydaları
Pul əl çirkidir?
HAVA necə olacaq?
İşinizdən bezmisininz, daha yüksək maaşlı iş axtarışındasınız?
Meteohəssas insanların nəzərinə
Ad günü
Göz makiyajı nümunələri
Pensiyaçılara şad xəbər
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Moldova Ombudsmanı: "Xocalı faciəsinin günahkarları cəzalandırılmalıdır"
Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO
Kriştiano Ronaldonu koronavirusa görə karatinə aldılar - Şok
Azərbaycan tarixindən yüz şəxsiyyət-72
- ŞƏRHLƏR