Osmanlı dövründə bir çarıqçı baba yaşayırmış. Bu baba çarıq düzəldərək gündək pulunu qazanan kasıb bir Allah dostuymuş. Söhbətini dinləyən xalq onu çox sevər, maddi olaraq da yardım edərmişlər. Günlərin birində çarıqçı baba yenə söhbət edərkən belə söyləyir:
- Allah izn verərsə, bir gün bu məhəllədə böyük bir məscid tikdirəcəyəm.
Xalqın içindən bir neçə nəfər buna inanmamış və belə söyləmişlər:
- Baba, sən çarıq düzəldərək çətinliklə keçinən bir qoca dərvişsən. Necə olacaq ki, üç-beş çarıq düzəltməklə məscid tikdirəcəksən?
- Övladım, "Allah izn verərsə" dedik axı.
O gecə çarıqçı baba hacət namazı qılaraq Allahu-Təalaya dua edir: "Rəbbim, mən xalqa məscid tikdirəcəyimi dedim. Sən izn versən, məni üzüqara etməzsən, mənə yardım edərsən". Hacət namazından sonra yuxuya gedən babaya yuxusunda belə deyilir: "Ey qulum, hazırlaş, yola çıx. Sənin üçün ruzi olaraq iki salxım üzüm ayırdım. Gedib ondan nəsiblən".
Çarıqçı baba yola hazırlaşır. Kasıb olduğu üçün evində quru çörəkdən başqa heç nə tapılmır və yol üçün bu quru çörəyi götürür və yola düşür. Bir az getdikdən sonra dincəlmək üçün bir qəhvəxananın yanında ağac altında oturur. Çörəyini çıxardıb yeməyə başlayır. Quru çörəyini yeməyə çalışarkən qəhvəçi onu görüb yanına gəlir.
- Baba, nə edirsən, xeyrdir inşaAllah?
- Övladım, yeməyimi yeyirəm - deyir baba.
- Bir az gözlə, bizim talvarda iki salxım üzüm qalıb, onu gətirim, sənin qismətinmiş, bari çörəyini isladarsan.
Qəhvəçi üzümü gətirməyə gedəndə çarıqçı baba anladı ki, ruzisi gələcək. Qəhvəçi əlində üzümlə geri qayıtdıqdan sonra babadan soruşur ki, haradan gəlib, haraya gedir. Çarıqçı baba da yuxuda gördükləri üçün yola çıxdığını danışır. Bunları eşidən qəhvəçi əsəbi halda deyir:
- Baba, sən dəlisən? Bir yuxuya görə heç yola çıxarlar? Mən daim yuxu görürəm, hər yuxuya görə yola çıxmaqmı olar? Məsələn, mən tez-tez bir yuxu görürəm ki, filan kənddə bir çarıqçı baba varmış. Onun qapısının yanından axan bir çeşmə və çeşmənin altında da iki küp qızıl var. Yəni indi mən bütün işlərimi atıb bir yuxuya görə yola düşüm? Baba, sən boş yerə yola çıxmısan - deyəndə çarıqçı baba hər şeyi anlayır. Evinə qayıdaraq qızılları tapıb məscid tikdirir".
Əziz oxuyucular, Allahu Təalanın bizlər üçün necə bir yol çızdığını anlaya bilirsinizmi? Heç bir zaman önümüzdə hazır bir yol yoxdur. Öncə bizi imtahan edir, sonra qazandığımızı, təslim olduğumuzu görmək istəyir. Sonra yardımını göndərir. Necə ki, çarıqçı babaya qızılların yerini birbaşa göstərməkdənsə, o qədər yol gəzdirir. Həm təslimi göstərir, həm də mükafatını verir. Allahın sistemində iştiyak və liyaqat qanunu mütləqdir. Heç kim qarşılıqsız heç bir şeyə sahib ola bilməz. Rəbbimiz ilə olan münasibətlərimizi nəzərdən keçirmək lazımdır. Allahu Təala imanımızın həqiqi imana çevrilməsini istəyir. Bundan sonra da təvəkkülümüz artacaqdır. Anlamaq üçün arifə bir işarə yetər.
Amma bütün bunların başında qəlbi-dilək durur - həyatdaykən Yaradanına qovuşmaq, təslim olmaq diləyi, unutmayaq!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Şaftalı keksi (foto resept)
Ərdoğan Qarabağa görə Moskvaya gedir
Uşaqların məzəli kəlamları
“Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi.
Bakı sakini nazirliyə ceyran bağışladı
Ronaldinyo ev dustaqlığından azad edildi
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Çirkin qadın yoxdur, bədbəxt qadın var
Xəbəriniz varmı: məhşər artıq başlanıb
Ləzzətli kabab
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
86 yaşlı alpinist QƏRARI ilə TƏƏCCÜBLƏNDİRDİ
Zakir Qaralovdan kadr dəyişikliyi
Bu məhsul ucuzlaşdı - FOTO
Gürcüstanın yeni prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir
Fevral ayının HAVAsı
Yaşıl pomidor turşusu (foto-resept)
Ed Sheeran illik qazancını açıqladı
"Çokoprens" qurabiyyə (foto resept)
Ərdoğan prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Günün ulduz falı
Xanımlar üçün yarım boğaz çəkmələr
1 gündə 4 dəfə test verdi - İkisi neqativ, ikisi pozitiv çıxdı
Qarabağda müharibə yaxınlaşır?
Gilas sapının faydaları
Gün işığı görməyənlərə
Bu pətək özü bal süzür
İnsanlara kömək et, uzunömürlü ol
Ailə birlikdir!
"Domino" peçenyesi
İrem Derici hər kəsi təəccübləndirdi-VİDEO
Qardaş qısqanclığı
Dünyaya gələn körpənin qiyməti...
Azərbaycandakı bahalı maşın markalarının sayı açıqlandı
Hamiləlikdə bunlardan uzaq olun
Koronavirusla bağlı şayiə yayanlara müraciət
"Qurban Qurbanovdan hətta Avropada danışacaqlar"
Mətbəx gigiyenası
Evimizin yaraşığı pərdələr
Ordumuzda “Həyəcan” siqnalı
Ancelina Colinin hesabı bağlandı-SƏBƏB
Leyla Əliyeva Gənclər Gününü belə təbrik etdi - VİDEO
MSK seçkinin ilkin nəticələrini açıqladı
Naringili piroq (foto resept)
Paxıllıq
Defnenin qızı diqqətləri üzərinə çəkdi-FOTO
Çin yeni islahatlara hazırlaşır
- ŞƏRHLƏR