Hicran nə edəcəyini bilmirdi.Azərlə Asəf üçün çox darıxırdı,ürəyi nigaran idi.Balalarının qabağında özünü suçlu sayırdı.Boğazından nə su,nə çörək keçirdi.Çox götür–qoy edir,boşanmaqdan başqa çıxış yolu tapmırdı.Lakin, bu fikrə əvvəllər də qərar versə də,qohum qonşu onu fikrindən daşındırmış,cavan gəlin üçün boşanmanın asan yol olmadığını,bu zəmanədə atasız üç uşaq böyütmənin nə qədər çətin olduğunu anlatmışdılar.Qəlbində olan özünə inam hissini tamamilə öldürmüşdülər.Hicran da buna görə bir qərara gələ bilmir,lakin,Farizlə yenidən bir yerdə yaşamağı ağlına gətirəndə ürəyi sıxılır,bunun mümkünsüzlüyünü anlayırdı.Bir yerdə yaşamaq ona zülm kimi görünürdü.Gedib bir işdə işləyib balalarını böyüdəcəyinə əmin idi,lakin,hər kəs onun gözünü qorxudur,bir dəstək verib,yol göstərən olmurdu.Bir də Hicranı uşaqlarının gələcəyi qorxudurdu.Fariz kimi atanın yanında necə tərbiyə olunacaqlarından narahat olurdu.
Əhməd kişi eşitdiklərindən sarsılsa da,bir az özünü toxtatmış,Farizin hərəkətini gəncliyin bir səhvi kimi qiymətləndirib,özünü bir az sakitləşdirmişdi.Çox götür-qoydan sonra ailəni hər şeydən ötrü dağıtmazlar qərarını vermişdi.Lakin qızının atdığı addıma da acığı tutmuşdu.Düşünürdü ki,bunu necə ağlına gətirə bilər,atasına necə qıyar,Məyər atasının qəlbində neçə yaranın olduğunu unutmuşdumu,Hicran?Bəs bibisinin intihar etməsinin atasına necə bir çəkilməz dərd olduğunu unutmuşdumu?Hələ üç övladını düşüməmişdimi heç?
Hicranın ortancıl bibisi ailə həyatı qurduqdan sonra,həyat yoldaşının ağır xarakterinin özünə nə qədər zidd oldugunu görüb,qardaşına boşanmaq istədiyini bildirmişdi.Əhməd kişi buna razı olmamış,qız ərə getdisə,geri qayıtmamalı,getdiyi yerdən meyidi çıxmalı olduğunu bildirmişdi.Bibisi Sənubər də ikinci yolu seçmiş,özünə qəsd etmişdi.Xəstəxanada yatarkən qardaşına səhv etdiyini etiraf etmiş,peşman olduğunu söyləmişdi.Lakin hər şey gec idi,həkimlər ona heç bir kömək edə bilməmiş,Sənubər iyirmi dörd yaşında ikən,üç aylıq hamilə olaraq bu dünyadan köçmüşdü.
Bu hadisə Əhməd kişini çox sarsıtmışdı,özünü suçlamışdı.Lakin qüruruna bacısının boşanaraq geri dönməsini sığışdırmamışdı.Beləcə də illər boyunca bir suçluluq hissi onu tərk etməmişdi.Ona görə də indi yeni bir səhv addım atacağından qorxur,yüz ölçüb,bir biçirdi.
Hicran atasıgilin evində aynabənddə oturmuşdu.Birdən həyət qapısının səsini eşitdi, pəncərədən gələnin ortancıl oglu Asəf olduğunu görüb,pilləkənlərdən necə endiyini bilmədi.Balasını bagrına basdı öpdü,oxşadı.Min ilin həsrətlisi idi sanki.Oğlu anasına qısılır,sanki onu bir daha buraxmaq istəmirdi.Böyük oğlunu isə gətirməmişdilər,Farizin nə düşündüyünü anlamırdı Hicran.
Fariz qaynatasıgilin evindən çıxıb bir az getmişdi ki,Hicranın dayısı Cəmil kişini gördü.Lap sevindi.Onun xətrini çox istəyirdi.Lakin tutduğu əməl yadına düşəndə bir az duruxdu.Lakin,başqa çarə yox idi.Bu işi yoluna qoysa,bir o qoya bilərdi.Cəmil kişi neçə belə ailəni barışdırmış,çözülməz problemləri yoluna qoymuşdu.Çox uzaqgörən adam idi.Onu sanki Allah yetirmişdi Farizə.Fariz maşından düşüb ona yaxınlaşdı:
- Salam Cəmil dayı,necəsiz?-deib qucaqlaşdılar.
-Salam a bala,sag ol.Nə var ,nə yox?Hicran bala necədir,balacalar?-Cəmil kişi hər şeydən bixəbər idi.Təsadüfən bacısıgilə gəlirdi.O, burda yaşamırdı.Evi Bakıda idi.Lakin son illər tez-tez ata ocağına gələr,bir xeyli şəhərə geri dönməzdi.İndi Farizi görməyinə də xeyli sevindi.Bacısının yadigarından xəbər tutacaqdı.
Fariz üzünə yazıq bir görkəm verib,onu dilə tutaraq evlərinə apardı.Evdə əhvalatı bir az öz xeyrinə danışaraq, peşman olduğunu dedi:
-Cəmil dayı,bilirsən ki,sənin xətrini nə qədər istəyirəm.Həm də bilirsən ki,Hicranı nə qədər sevirəm.Ailəmiz,uşaqlar...Bütün bunları necə bir andaca alt-üst etmək olar?Bir səhvdir etmişəm,bir də olmaz.Cəmil dayı,mən ailəmin dağılmasını istəmirəm.Hicranı başa salın,evimizə gətirin,ümüdüm bir sizədir.
Zərnişan arvad çay tədarükü görüb,gəlib qonağın yanında əyləşdi.Üzünə mülayim bir ifadə verib dedi:
-Cəmil qardaş,sizin xətriniz bizim yanımızda çox əzizdir,sizə böyük hörmətimiz var.Bilirəm ki,siz bizi düz başa düşərsiz.Belə hadisələr hər evdə baş verə bilər.Elə onda hamı ailəsini dağıdırmı?Mənim qudalarım düz eləmir.Bir qızlarından soruşmurlarmı ki,bə bu üç balanı kimə qoyuf gedirsən?Mən öz yetimlərimə həm ata olmuşam,həm ana.Çöllərdə min əziyyət görmüşəm.Onda elə dərmanı boğazıma töküf,özümü öldürəydim?!Adam bir çətinliyə dözər,bir də ki,nə olub,Allaha şükür.Yeməyi,içməyi,geyməyi kimdən əskikdir.
Çəmil kişi bu danlaq və qınaq dolu söhbətdən tutulsa da,bacısının qızının əleyhinə bir söz demədi.Bilirdi ki,Hicran belə düşüncəsiz addımı boş yerə atmaz.Lakin ,əhvalatdan bixəbər oldugu üçün gedib söhbəti orda davam etdirməyi məsləhət bildi.Onlar Farizlə Əhməd kişigilə gəldilər.Azər onların anasının yanına getdiyini bilib onlarla getmək istəsə də,nənəsi onu tovlayaraq buraxmadı.
Cəmil kişini görən Səlimə qardaşının boynuna sarıldı,kövrəldi,üzündən öpdü.Bu kövrəlmənin səbəbini hər ikisi gözəl anlayırdılar.Bu kövrəlmə ilə ikisi də,bacıları Çiçəyi xatırlayırdılar.Axı bura ilk əvvəl onun ocağı idi.Arxadan gələn Farizə ötəri salam verdi,küskünlüyünü,incidiyini bildirdi.Səsə gələn Əhməd kişi də onlarla əl verib,görüşdü,onları içəri dəvət etdi. Keçib əyləşdilər.Farizin sıxıla-sıxıla oturması nəzəri cəlb edirdi.Qızlar onlarla görüşüb arxa otağa keçdilər.Gözlərindəki nifrət və qəzəbi Fariz hiss etdi.Bir az da balacalaşdı sanki.Bütün bunlar Əhməd kişinin nəzərindən yayınmırdı.
Onlar xeyli söhbətləşdilər.Səlimə onlara çay gətirdi.Özü də orada əyləşib onlara,daha doğrusu qardaşı Cəmilə qulaq asmağa başladı.Həmişəki kimi,bir böyük məsləhətinə ehtiyacları vardı.Cəmil kişi bir xeyli misal çəkdi,söhbət edib,yeznəsini yola gətirməyə çalışdı."Gənclikdə olan işdi"-deyib Hicranı evlərinə aparmaq istədiyini bildirdi.
Bu hadisədən başını itirən Əhməd kişi:
-Hicran necə istəyir,necə düşünür elə də etsin.Mən bir qərar verə bilmirəm.-dedi.
Yeznəsinin başına gələnlərdən xəbərdar olan Cəmil kişi,onun nə demək istədiyini anladı.Hicranın yanına getdi.Balalarını öpdü,bacısının yadigarını bagrına basıb,qəhərləndi.Lakin özünü ələ alıb sözə başladı:
-Canım gözüm,bilirsən ki,dayı səni nə qədər çox istəyir.Sənin dırnağına belə daş dəyməsinə razı qalmaram.Eyni zamanda da balalarının.Bu nə işdi tutubsan?Bəs balalarını düşündünmü?Onları kimə etibar edib gedirdin hə?Mənə cavab ver.Fariz onların atasıdır.Bir səhvdir edib.Qadın ürəyi geniş olar,bağışlamagı bacarar.Qoy onları dünyaya gətirdiyi kimi,əziyyətlərini də çəkb böyütsün.Yedirtsin,içirsin,geydirsin.Sən ətrafındakılardan bu qədər narazısansa,bəs bu günahsızları onlaramı etibar edib gedirsən?Bilirsənmi,canım mənim,ana elə bir məhfumdur ki,balalarının uğrunda hər əzaba dözər,qatlaşar.Ona gün ərzində bir dilim quru çörək,bir stəkan su da versələır razı olar,balarının xətrinə,onları kimsəyə etibar etməz,gələcəyini düşünər.Onların gələcəyi üçün yaşayar.İndi yığış gedək.Balanın birinin orda gözü yolda,ikisi burda qardaşlarına həsrət.Nə qədər oturacaqsan.Yazıq atan-anan da bilmir nə etsin.Get,başını sal aşağı öladlarını böyüt.Beş-on ildən sonra onlar sənin arxan,dayağın olacaq.Kİmsə sənə bir söz deyə bilməyəcək.Boşanmaq da çıxış yolu deyil.Məyər görmürsən,tək qadınlar nə əziyyət çəkir.Elə bilirsən indikindən az əzab- əziyyət çəkəcəksən?
Cəmil kişi,bacısının qızını bir daha bağrına basdı.Ondan Çiçəyin ətrini duydu sanki.O da bacısı kimi kövrək,incə bir çiçəyə bənzəyirdi.Boynu bükük çiçəyə.
Hicran dayısının bu söhbətindən çox utandı,dözümsüzlükdə özünü qınadı.Balarının üzünə baxa bilmədi sanki.Getməkdən,qaldığı yerdən davam etməkdən başqa çıxış yolu görmədi.
Ardı var...
XƏBƏR LENTİ
2220 plastik şüşədən gəlinlik
Praktik bilgilər
Fransız həkim ikinci dalğa haqqında: “Tamamilə fərqli olacaq”
Samsung "ikinci nəsil" saatlar satacaq
Dəriyə parlaqlıq verən 2 gözəllik maskası
Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu
Saçlarınız çox tökülür?
Təhsil qız üçün vacibdir yoxsa oğlan üçün?
Gözəl rəsm əsərləri
Koronavirusla bağlı son STATİSTİKA
Əkrəm İmamoğlu koronavirusa yoluxub
Qarabağın ilkin adları
Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bizim fotomodellər (2)
Qarpızın faydaları
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Azərbaycanda hava şəraiti dəyişəcək
Ölmədən öncə bunları edin
2 milyondan çox insanı xilas edən şəxs-FOTO
Real olduğuna inanamayacağınız faktlar
Cex prezidenti Azərbaycandan danışdı
Ermənistan ordusu atəşkəs rejimini yenə pozub
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq?
Körpələrin qidalanması ilə bağlı yalnış məlumatlar
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
Adınızın baş hərfinə görə sevgi
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
Ziyafət geyimləri
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-6 Sentyabr
Məşhurlara məxsus bahalı üzüklər
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Necəsiniz?
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Bu universitetdə tələbələr silah gəzdirə bilər
Ən bahalı brilyant üzüklər
Daxili orqanlar ayaqlarla əlaqəlidir
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Bezeli, biskvitli qozlu tort (foto resept)
İlin adamı seçildi
HAVA necə olacaq?
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Bir az dəbli olaq
Şəkidə böyük inzibati kompleks tikilir
Bacı həsrəti
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Allahı göstər, inanım
Hande Keremle sevgilidir?
Qara sarımsağın faydaları
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Bu nömrələrdən sizə mesaj gələ bilər
- ŞƏRHLƏR