Yetim qız
Qadın yanında yanaqları qızarmış bir uşaqla dağa çıxırdılar. Bir qədər sonra onlaraın yanına qonşu bir qadın da gəldi. Onlar söhbət edərək yollarına davam edirdilər. Nəhayət qonşu qadın arxalarındakı uşağı göstərib soruşdu:
- Bu uşaq kimdir? Bacının yetim qızıdır?!
- Hə, odur.
- Hara belə?
- Onu dağa, babasının yanına aparıram.
Qonşu qadın eşitdiklərinə inanmadı.
- Sən dəli olmusan? Bu yazıq qız dağın başında babasıyla nə edəcək?
- Orası məni daha marqlandırmır. Mən bacardığım qədər baxmışam ona. Madam ki, babasından başqa doğması yoxdur, qoy, biraz da o baxsın uşağa. Mənim artıq imkanım yoxdur.
- Yenə də, sənin yanında qalmağı daha yaxşıdır.
- Barbi, məni başa düş. Mən artıq ona baxa bilmirəm. İmkanım yoxdur. Həm də təzə iş tapmışam.
Əgər uşağı babasının yanına aparmasam, işi itirəcəyəm. Onu özümlə apara bilmərəm axı. İndi düzünü de görüm, mənim yerimdə sən olsaydın, nə edərdin?
- Yaxşı, amma sən babanın necə biri olduğunu bilirsən. O, heç özünə baxmır. Belə bir adamla bu zavallı uşaq necə yaşayacaq? Yazıq onun yanında çirk içində, acından öləcək.
- Bəlkə də haqlısan. Ancaq bura İsveçrədir, mən isə işi Almaniyada tapmışam. Bu işi qəbul etmək məcburiyyətindəyəm.
- Məncə, bu barədə biraz da fikirləşməliydin. Hər nəysə, təbii ki, öz işindir, özün bilərsən. Deyə bilərsən, baba niyə dağda tək yaşayır? Hər halda bunun bir səbəbi olmalıdır.
- Hə, düzdür, səbəbi var. Ancaq deyə bilmərəm.
Qadın onun üzünə baxanda bildi ki, o yalan demir. Ancaq bu ixtiyar haqqında hər şeyi bilmək
istəyirdi. Bu onu yaman maraqlandırırdı. Görəsən, necə olub ki, o, buraya gəlib çıxıb və bütün insanlara da nifrət edir.
O, təkid etməyə başladı və nəhayət ki, qonşu qadın təslim olaraq danışmağa başladı:
- Yaxşı, bir az ucundan-qulağından deyərəm. Ancaq bu barədə bir adama da bir söz deməyəsən haa.
Əslində bu sirr onu çox yormuşdu və ürəyini kiməsə açmaq istəyirdi. Babadan qorxmağına baxmayaraq o, hə şeyi danışmaq qərarına gəldi.
Qonşu qadının ona – “Babanın əvvəllər imkanı yaxşı olub” – deməyi onun üçün bir bəhanə oldu.
- Hə, düz deyirsən. O, ailəsi ilə çox xoşbəxt idi. Ancaq içkiyə qurşandı, sonra da qumar oynamağa başladı. Bütün sərvətini itirdi. Ailə üzvlərinin bir qismi bu dərdə dözə bilməyib dünyasını dəyişdi. Sonra isə onlar yaşadıqları yerdən köçdülər. Uzun bir müddətdən sonra oğlu Tobiasla geri qayıtdı. Tobias da mənim bacımla evləndi.
- Hə, düzdür, Tobias. Bəs ona nə oldu?
- Bacımla evlənəndən bir qədər sonra ağır bir qəza keçirdi və dünyasını dəyişdi. Onsuz da bu qocanı heç kim sevmirdi, hələ üstəlik oğlunun da ölümündə onu günahlandırmağa başladılar. O da acıq edib dağa çəkildi və orada yaşamağa başladı.
- Bəs bacın?
- Xəstəydi. Əri öləndən bir-iki ay sonra o da dünyasını dəyişdi.
- Axı ola bilməz ki, təkcə buna görə o dağda, hamıdan uzaq bir yerdə yaşasın.
- Həyatı pis olmuşdu. Kəndə qayıdanda kəndlilər onu qəbul edə bilmədilər. O da buna əsəbiləşdi, üzüldü. Hələ üstəlik oğlunun ölümündə onu günahlandırmağa başladılar. Bu onu lap dəli elədi. Ona görə də hər kəsdən uzaqda yaşamağa başladı.
- Bilirsən, indi bu balaca qızcığaza lap yazığım gləməyə başladı. Gəl, sən bu daşı ətəyindən tök, uşağı onun yanında saxlama."
- Əlimdən başqa bir şey gəlmir. Məcburam, başa düşürsən?
Qonşular söhbət edərkən balaca qız onların ardınca gəlirdi. Onun yanında Piter adında oğlan da var idi. O, çox dəcəl oğlan idi. Qızla oynayaraq onun başını qatırdı.
Piter də oralarda yaşayırdı və çobanlıq edirdi. O, hər səhər keçiləri dağa otlamağa aparar, axşamları isə geri gətirərdi.
Qadınlar babanın evinə yaxınlaşdıqca həyəcanları artırdı. Qonşu qadın Piterin nənəsinin yanına getməli olduğunu deyib cəld oradan uzaqlaşdı.
Balaca qız hələ də Piterlə oynayırdı. Onun adı Heididir. Heidi zirək, enerjili və nikbin uşaqdır. O, Piterlə tez dil tapmış və dostlaşmışdı. Piter dəcəl olsa da vaxt keçdikcə ağıllanır və dəcəllik etməməyə çalışırdı. Onun babası da vaxtilə çoban olmuşdu. O, elə iş başında, ağacın altında oturanda dünyasını dəyişmişdi.
Heidi o qədər qaçmışdı ki, tərləmiş və alt paltarlarından başqa bütün paltarlarını çıxartmışdı. Xalası onu bu halda görəndə əsəbiləşdi və qışqırdı:
- Paltarlarını neylədin?
- Buradadır", - deyib, paltarlarını çıxardıb atdığı yeri göstərdi.
Xalası onun paltarlarını yığıb Piterlə babanın evinə tərəf getdi. Baba evin qabağında oturub ətrafa baxa-baxa qəlyan çəkirdi. Heidi qabaqda gedirdi. O, babanın yanına çatanda salam verib əlini ona doğru uzatdı. Babası onun əlindən tutdu və eyni zamanda da əsəbiləşdi. Heidinin xalası ona baxıb dedi:
- Baba, deyəsən, tanımadın. Bu, Tobiasın qızıdır.
Qoca qışqırdı:
- Mənim yanıma niyə gətiribsən?
O, əsəbindən qaşlarını çatıb Piterə baxdı. Piter babanın bu baxışlarından qorxaraq qaçıb getdi.
Heidinin xalası isə daha açıq danışmağı lazım bilib, hər şeyi olduğu kimi ona danışdı. Neçə il idi ki, öz bacısının qızına baxır, onun üçün əlindən gələni edirdi. İndi isə ona baxmağa imkanı yoxdur. Növbə babasına gəlib çatmışdır. Almaniyada özünə iş tapmış və Heidini də özü ilə apara bilməzdi. Ona görə də məcbur olaraq qızcığazı buraya gətirmişdir. Bundan başqa çarəsi yox idi.
Baba əsəbindən qadını qovdu və bir də buraya gəlsə, onu döyəcəyi ilə hədələdi.
Qadın da söhbəti uzatmadı. Babanın bu şəkildə də olsa, Heidini qəbul etməyi onu xeyli sevindirdi və tez oradan uzaqlaşdı.
(ardı var...)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukraynada qanlı döyüş gedir
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Günün qoroskopu: gün gözlədiyinizdən də uğurlu olacaq
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
Azərbaycan milli uşaq oyunları-7
Malta mənzərələri rəsmlərdə
Günün ulduz falı
Azərbaycanda zəlzələ oldu
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO
Lindsi Lohan yenidən efirlərə qayıdır
Cennifer Lopez özəl anın FOTOlarını paylaşdı
DİQQƏT: Sabah avtobusların hərəkət sxemi dəyişdiriləcək
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Hikmətli sözlər
Ay Yerə YAXINLAŞIR
Cazibədar xanımlar üçün donlar
Selena Qomez filmə çəkilir - FOTO
Alsunun qızı 1 milyon qazandı-FOTO
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
Kim harda gəldi siqaret çəkir
Hava haqqında
Günəşin enerjisi ilə dünya səyahətinə
Quraqlıq böyük bahalaşmaya səbəb olacaq
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
"Eurovision 2019" bu gün başlayır
Onların da geyimləri var
"Rusiya müharibəni qızışdıracaq"
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Dünyanın ən gözəl çimərlikləri
Sağlamlığımızı kimə etibar etməli?
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Ziyafət donları
Azərbaycan nümayəndələri Yerevana getməkdən imtina etdilər
“Ağıllı” radarlar gəlir
Çernobılda radiasiya yenidən 16 dəfə yüksəldi - VİDEO
Şah plov (foto resept)
Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur
Qatıq maskaları
"Sürpriz" (foto-resept)
Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu
Nikolas Keycə iki kobra hücum etdi-FOTO
Allahın adlarını insana qoymaq olar?
Dünyanın ən gözəl qadını oldu - FOTO
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Saç düzümləri
Ən maraqlı "Şaxta baba" tortları
Trampın qızından ağılasığmaz addım
- ŞƏRHLƏR