Günümüzdə kosmetik vasitələr demək olar ki, bütün qadınlara tanışdır. Bəs, kosmetikanın tarixi haqqında necə, məlumatınız varmı? Əgər bu haqda kifayət qədər məlumatlı deyilsinizsə, o zaman, gəlin, makiyajın tarixinə birlikdə nəzər salaq.
Tarixən makiyaja münasibət birmənalı olmamışdır. Məsələn, bəzi Afrika ölkələrində kişilər də kosmetik vasitələrlə üzlərini boyayaraq düşməndən qorunmaq, üzünü gizlətmək məqsədilə istifadə edirlər. Eyni zamanda bir çox dini ayinlərlə əlaqədar olaraq üzü boyamaq Afrika tayfaları arasında geniş yayılıb.
Lakin sırf gözəllik məqsədilə kosmetikaya ehtiyac qədim Misirdə yaranmışdır. Kleopatranı ilkin gözəllik reseptlərinin banisi adlandırmaq olar. Belə ki, misirli xanımlar hələ ta qədimdən gözəlliyə can atmışlar. Onlar ilk dəfə müasir kirşanı xatırladan əhəngli tozdan istifadə edirdilər. Göz kölgələrini isə his, kül əvəz edirdi. Dəmir oksid və gil qarışığından əldə etdikləri məhlulla dodaqlarını, müxtəlif yabanı meyvələrin şirəsi ilə yanaqlarını, təbii həna ilə isə əl-ayaqlarını boyayırdılar.
Misirdən sonra qədim Yunanıstan və Romada da kosmetik vasitələr yaratmağa maraq artdı. Kosmetika sözü elə yunan sözü olub "cosmo"- yəni boyama sənəti adlanır. Makedoniyalı İsgəndərin sarayındakı çinli qadınlar kosmetikaya daha çox meylli idilər. Onlar nəinki üzlərini boyayır, eyni zamanda saç rənglərini də açır, kül və yumurta ağının qarışımından hazırladıqları məhlulla kirpiklərini boyayırdılar. Həddi buluğa çatmış hər bir qız kosmetikadan istifadə edə bilərdi.
Romalılar isə ilk dəfə olaraq müasir şampun, sabun, losyona bənzər müalicəvi kosmetik vasitələr yaratdılar. Romalılar masaja çox önəm verirdilər. Gözəlləşmək məqsədilə süd və süd məhsullarından qida kimi çox istifadə edirdilər. Eyni zamanda zəngin romalı xanımlar dişi uzunqulağın südündə vanna qəbul edirdilər. Romada ağdərili qadınlar daha gözəl hesab edilirdi. Saç rənglərini saraltmaq üçün baş dərilərini sabun, keçi südü və fıstıq ağacının külündən hazırlanmış xüsusi məhlula batırılmış süngər ilə sürtürdülər. Daha sonra saçlarını təbii gün işığında qurudurdular.
İntibah dövründən başlayaraq kosmetik vasitələrdən istifadə qərbi Avropaya yayılmağa başladı. Müasir dekorativ kosmetikadan xüsusilə fransızlar istifadə edirdilər. Çox maraqlıdır ki, o dövrdə fransız qadınları müalicəvi və ya qulluq vasitələri sayılan kosmetikadan qətiyyən istifadə etmirdilər. Yalnız gözəl görünmək üçün dekorativ kosmetika istifadə edirdilər. Ekaterina Mediçinin sarayında kosmetika istifadəsi aristokratlıq əlaməti hesab olunurdu. Baxmayaraq ki, bu cür kosmetikalar dərini tez qocaldırdı, fransız xanımları aristokrat görünüş qazanmaq üçün hər cür qurbana hazır idilər. Onlar qaşlarını tamamilə alırdılar və həmin nahiyədə tük çıxmasın deyə alınlarına əhəng və auripiqment adlı məhlul qarışığını sürtürdülər.
XƏBƏR LENTİ
Gəlinləri məhv edən qaynanalar
Hökumətin namaz icazəsi
Yaxın Şərqdə yeni müharibə başlayır
Gündəlik salat (foto resept)
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Yeni trend: Saç sırğaları
9 möcüzəli ağac şəkli
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi-SƏBƏB
Asılmış kuklalar adası turistləri cəlb edir
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
Ruh sağlamlığını qoruyaq
Arıqladan ərzaqlar
Bu günün hava proqnozu
Hamilə xanımlar üçün ziyafət geyimləri
Azərbaycanda din xadimləri cəzalandırılacaq
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Cennifer Lopezin yeni obrazı - FOTO
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
Bahar allergiyası
Kakao işçi yaddaşı yaxşılaşdırır
Yuxular və yuxuyozmalar (son)
Ermənilərin itkisi getdikcə artır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Tanış olun: Toyota Aqua Cross
Qadın yaylıqlarının bağlanma üsulları
Hava XƏBƏRDARLIĞI
Bahalı əməliyyatları bahalı edən nədir?
Yoldaşınızla keyfiyyətli zaman keçirməyin yolları
Sürətli saç uzadan üsullar
Kerem Bürsinin onurğası zədələndi-FOTO
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Ölkədə hamı bu sayta girir
Növbəti buraxılış imtahanları keçirilir
Merve 110 min pulunu ala bilmir
Limonlu isti suyun möhtəşəm faydası!
Valideynsiniz? Övladınız üçün oxuyun
Əqrəbi çəkməyi unutmayın
Ramazan ayının 6-cı gününün duası
Paxlava (foto-resept)
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
"WhatsApp" 3 günlük bağlandı
Dünyanın ən qəribə toyu
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Yun köynəyinizi yeniləyin
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Eşq sizə nə edər?
Alman dili 9-cu dərs
Dünyanın ən hündür uşağı 2 metrlik boyu ilə -FOTO
Xanımların "Gün toplantısı"
- ŞƏRHLƏR