Bu xəbəri sizə təqdim etməzdən əvvəl xeylaq götür-qoy etdim. Nəticə olaraq yazmağa qərar verdim. Bir çox xanımlar (elə özüm də bir zamanlar həvəskarı idim) türk seriallarına və serialların baş qəhrəmanlarına aşiq olarlar. Üstəlik onlara bənzəmək, onları ideallaşdırmağa çalışarlar. Ancaq serial qəhrəmanları var ki, onların rolu və canlandırdıqları obrazlar bizi qəzəbləndirər. " Bu qədər də axmaq adam olar?" deyəcək dərəcədə canımızı sıxar. Baxın, bu xəbərimi də məhz o həddindən çox məsum obrazı ilə yaddaşımızda iz qoyan seralları və qəhrəmanları təqdim edəcəyəm.
İlk yerdə Aşkı məmnu serialının Nihal Ziyagil xarakteri durur. Niyə birinci yerdə o? Ona görə ki, o safların şahzadəsidir. Hər şeyi ola-ola xırda bir səbəbdən yapışıb özünə dərd edər və sanki çiyinlərində bütün dünyanın yükünü daşıyarmış kimi dərdli-dərdli dolaşar. Tez-tez bayılıb özündən gedər.
İkinci yerdə bütün cətinliklərə, əziyyətlərə üsyan etməyən Aliyə durur. Bütün serial boyunca onun dərdi bizim dərdimizmiş kimi acı çəkdik. Ancaq anlaya bilmirəm bir insan heç üsyan etməz? Mən olsam çoxdan dəli olmuşdum. Bu qədər səbr Aliyədən başqa kimdə var?
Üçüncü yerdə "Hatırla sevgili" serialının məsum və saf qəhrəmanı Yasəmən durur. Beren Saat bir çoxları tərəfindən bu obrazı ilə sevilmişdisə, daha sonra Bihtər obrazı ilə qarşımıza çıxanda sevənləri üsyan etdilər, bu həddini gözləmirdilər. Ancaq hamımız etiraf edək ki, Bihtər obrazı Bərən Saatın sənətində möhürünü vurub. Möhtəşəm aktrisadır.
Dördü yerdə "Acı həyat" serialının qəhrəmanı, ağlamaqdan gözlərinin yaşı qalmayan Nərmin obrazıdır. Kasıb olan Nərmin varlı və çirkin xarakterli şəxslər tərəfindən aldadılır, cinsi, fiziki, psixoloji olaraq hər cür təcavüzə uğrayar, ancaq serial boyunca ağlamaqdan başqa bir reaksiya verməz.
Beşinci yerdə bütün seral boyunca nağıl qədər uydurma saflığı ilə seçilən Şəhrizaddır. Qüruru yerə göyə sığmayan bu obraz onu alçaldan bir şəxsi necə sevdi anlaya bilmədim. Serial boyu yaxşılıq mələyi kimi dolaşan Şəhrizad bir dəfə də olsun kin saxlamadı. Hər dəfə bu serial qarşıma çıxanda "Qürurun varsa, bir az da kinin olsun" deyirəm.
Altıncı yerdə "İffet"-in İffetı durur. Bu obraz saçlarımı yolacaq qədər qəzəbləndirdi. Serial bitənədək nələr gördük, nələr. "Kifayət qədər səbrli və bağışlayan olsanız arzunuza çatarsınız" mesajını versə də, seralda yaşananlar heç də bunu ispat etmirdi. Sevdiyi tərəfindən təcavüz edilir və bu təcavüzcüyə aşiq rolunu davam edir.
Yeddinci yerdə "Kara Sevda"nın qara bəxtli Nihanı durur. Çox sevimli və şirin obrazdır. Lakin fədakarlıq edəcəm deyə öz həyatını zindana çevirən, üstəlik də Cəhənnəm dolu həyatı necə lazımdırsa davam edir. Televizor qarşısına keçib: "Adam bir az cəsarətli olar. Bir az mübarizə aparar" deyirəm.
İndi siz deyin görək, acıqlandığınız saflar siyahınızda kimlər var?!
XƏBƏR LENTİ
Rusiya Azərbaycandan imtina etdi
4 yığma yenidən birləşir
Dörd uşaqlı ailə batan katerdən möcüzəvi şəkildə xilas oldu - VİDEO
Real şəkilləri illustrasiyaya çevirdi
Meryem Üzerli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Əfqanıstanda sel:onlarla insan həlak olub
Corabla yatmağın ziyanları
Dəbdən düşməyən ayaqqabılar(1)
Sürücülərin qəniminə çevrilən qadın: "Mən qisas alətiyəm"
Bakı milyonçuları
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
Türkiyədə 1500 illik İncil tapıldı-Qeydlər Vatikanı ayağa qaldırdı-FOTO
Pınar Altuğu görənlər təəccüblənib-FOTO
Bərgüzar yenidən ANA OLMAДћA hazırlaşır
Marshmallovlu tart (foto resept)
Bənzərsiz Bentley Continental
Azərbaycan yollarında cərimələnməmək üçün ən aşağı sürət həddi hansıdır?
Özümüzü NEQATİVdən qurtarmanın yolları
Baharın gəlişilə baş qaldıran xəstəliklər
Əliyevdən yeni əfv sərəncamı
Hər dəriyə uyğun təbii maskalar
Enrikenin yeni doğulan körpəsi - FOTO
Sevgi münasibətləriniz necədir?
Regionlara avtobus səfərləri ilə bağlı - RƏSMİ AÇIQLAMA
Ziyafət geyimləri
Anna Mehrabyanın oğlunu Gəncəyə atılan erməni raketi öldürdü
İsa Həbibbəyli vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Özümüzdən başlayaq...
Bakıda qış bitdi?
Maraqlı adət-ənənələr
Obama rəqiblərə "od qoydu"
Yeni MacBook gəlir
Hər kəs bu uşaqdan danışır - VİDEO
"Mən bəzi liderlər kimi saçımı boyatmıram"
Qəbizliyə qarşı xüsusi qarışım
Məşhurların kompleksləri
Narkoz ölüm dadırmı?
Arı sancmalarının insana hansı təsirləri var?
Məryəm makiyajsız video paylaşdı - FOTO
Yağış yağacaq
Azərbaycan Rusiyaya nota verdi
Günün ulduz falı
Yaponiyada zəlzələ olub
Yeni il gecəsi üçün makiyaj
Daha iki millimiz olacaq
Zavoddakı yanğının söndürülməsi üçün helikopter cəlb edildi
Serdar Ortaç - "GOLD & RAY" albomları
Azərbaycanda qiymət dinamikası Rusiyaya ixracın artması ilə bağlıdır?
Cennifer də bahalı corablarını reklam etdi - FOTO
Pakistanda hind filmləri qadağan olundu-SƏBƏB
- ŞƏRHLƏR