Otlardan tutmuş hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.
Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.
Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səthi gərilməyə malik olmasıdır. Səthi gərilmə mayeni təşkil edən molekulların bir-birini cəzb etmələrilə əmələ gəlir. Bu sayədə bir su qabı öz yüksəkliyindən daha yüksək su kütləsini daşırmadan daşıya bilir və ya metal bir iynə suyun üzərinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir.
Suyun səthi gərilməsi məlum olan digər mayelərin hamısından daha çoxdur və bunun yer üzündə çox vacib bəzi bioloji təsirləri var. Bitkilərə təsirini vacibliyinə görə birinci yerdə qeyd etmək olar.
Bitkilər suyun səthi gərilməsi sayəsində hər hansı bir pompaya (nasosa), əzələ sisteminə və s. malik olmadan torpağın dərinliklərindəki suyu metrlərlə yuxarı daşıya bilirlər. Məlum olduğu kimi binalarda suyun yuxarı mərtəbələrə çatdırılması üçün son dərəcə kompleks sistem olan hidrofor sistemindən istifadə edilir. Ancaq bitkilərdə belə bir sistem yoxdur. Su səth gərginliyi sayəsində bitkinin ən ucqar nöqtəsinə qədər çatır. Bitkilərin köklərindəki və damarlarındakı kanallar suyun səthi gərilməsindən faydalancaq şəkildə qurulmuşdur.
Yuxarıya doğru getdikcə daralan bu kanallar suyun yuxarı doğru qalxmasına səbəb olur. Əgər suyun səth gərginliyi digər bir çox mayelərinki kimi aşağı səviyyədə olsaydı, böyük bitkilərin bundan faydalanması mümkün olmazdı. Bu da yer üzündəki bütün canlılara mənfi təsir edərdi. Ancaq həm suyun, həm də bitkilərin qüsursuz yaradılışı sayəsində bu cür problemlər ortaya çıxmır.
Suyun yüksək səth gərginliyi ilə bitkilərin bu xüsusiyyətdən faydalanan quruluşu arasındakı uyğunluq yaradılışdakı qüsursuzluğu göstərir. Bütün bunlar təbiətin və canlıların təsadüflər nəticəsində əmələ gəlmədiyini, qüsursuz şəkildə yaradıldığını göstərən mühüm dəlillərdəndir.
Kazımov İzhar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Quru saçları nəmləndirməyin yolları
Xalq şairi həkim səhvinin fəsadlarını yaşayır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Facebook-da yenilik
Aksessuarlar
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Aktyorun yeni imici bəyənildi - FOTO
20 yaşlı tələbə deputat seçildi
Günün qoroskopu:Qətiyyətli olun!
Hərbçi diplomunu 83 ildən sonra aldı
Dünyanın ən gözəl qadını şam kimi əriyir
Amaliya Pənahova yenə dəyişdi
“E” hərfi olmayan romanın müəllifi Jorj Perek haqqında
Bakıda çirkli çimərliklərin adları açıqlandı
Evdə hazırlanan maskalar
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
Erməni rüsvayçılığı: meyitlərini götürmək istəmirlər
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
Fifi Lapen
Ərdoğandan qorxulu imza
Rusiyada Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib
Saç uzadan kök maskası
Burakın ayaqqabısına görə Fahriye lağa qoyuldu - foto
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq
Ahmet Kural evlənir - FOTO
"Kobra" Pərviz artıq Vətənə qayıdıb
Dəhşətli virusdan 4 min nəfər öldü
Mətbəx mebelləri
52 yaşlı kişi bədənini multfilmlə bəzədi
Bir birindən gözəl jiletlər
Ronaldonun çəkildiyi reklam baxış rekordu qırır – VİDEO
Demet Evqar ilk dəfə ərə gedir_FOTO
Həftənin ilk iş günündə fasilələrlə yağış yağacağı gözlənilir
Məşhur aktyor boşanır
Acunun keçmiş həyat yoldaşı Şeymadan danışdı_FOTO
Hündürdaban ayaqqabılar
Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”
Ətli-göbələkli rulet (foto resept)
Əhali arasında yayılan xəstəlik nədir? - Baş terapevtin CAVABI
Gül suyu maskası
Göbələkli toyuq filesi (foto resept)
Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi - RƏSMİ
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Günün ulduz falı
Uşaqların gülüş yaradan şəkilləri
Praktik gözəllik tövsiyələri
İlk hicablı "Barbie" satılacaq
Bürclər nə vaxt hirslənir (2-ci hissə)
- ŞƏRHLƏR